Ordu.az Thefirearmblog.com saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusu bəyan edib.
2019-cu ilin dövlət büdcəsinə 35 min ədəd M17 və M18 tapançalarının alınması üçün Konqresə müraciət edilib.
Korpus hərbçiləri öncə 2000 ədəd silahla təchiz etmək, partiyanın qalan hissəsinin isə bir neçə partiyada alınmasını arzulayır.
Qeyd edək ki, hazırda ABŞ Dəniz Piyadalı Korpusunun hərbçiləri 4 tapança modeli – “Beretta M9”, M9A1, M45A1 (“Colt” 1911) və M007 (“Glock 19”) istifadə edirlər. Yeni tapançalar vasitəsilə bütün tapançalar əvəzlənəcək.
Ağalar Qəribov
Ordu.az