Keçmiş XKİ rəhbəri: “Qərbə Qarabağ münaqişəsi indi olduğu vəziyətdə lazımdır” – ÖZƏL

2018/03/maxresdefault_1521467008.jpg
Oxunub: 1337     21:34     19 Mart 2018    
Ordu.az ordu generalı, Rusiya Federasiyası Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri (1996-2000), Rusiya xarici işlər nazirinin birinci müavini (2000-20040. Rusiyanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Vyaçeslav Trubnikovla müsahibəni təqdim edir.

- Cənab Trubnikov, Rusiya və Azərbaycanda keçirilən prezidenti seçkilərindən sonra Qarabağ ətrafındakı danışıqlar prosesində ciddi dəyişikliklər gözləməyə dəyərmi?

- Hesab edirəm ki, belə dondurulmuş vəziyyətdə olan, hətta qaynar haldakı Dağlıq Qarabağ münaqişəsi belə çox təhlükəlidir. Buna görə də bu münaqişənin hər yolla həllini axtarmaq lazımdır. Əlbəttə, diplomatik yolla. Yəqin ki, burada erməni tərəfi barədə yaxşıca düşünmək lazımdır.

Məncə, təşəbbüs əsasən erməni tərəfinin hesabında olmalıdır. Onlar təzyiq dilində danışmaq, Ermənistan idarəetməsi altında olan Azərbaycan torpaqlarını Bakıya təzyiq dəstəkləri qismində istifadə etmək yerinə kompromisə getməlidir. Kompromis axtarmaq və bu münaqişənin tənzimlənməsi yollarını barədə düşünmək lazımdır.

Rusiyanın mövqeyinə gəlincə isə, biz bu vəziyyətdən çıxmaq mövqeyindən çıxış edirik. Bu nə qədər tez olsa, bir o qədər yaxşıdır.

- Sizcə, Qarabağda münaqişənin eskalyasiyası mümkündürmü?

- Bilirsiniz, Qərbə bu münaqişə indi olduğu vəziyətdə lazımdır. Axı o, tamamilə dondurulmayıb. Təəssüf ki, orada hələ də bəzən atışmalar olur. ATƏT-in Minsk Qrupunun üzvü olanda mən həm Azərbaycan, həm də erməni tərəfinə ön mühakiməsiz yanaşırdım. Hər il bizim qrup İrəvan və Xankəndi vasitəsilə Bakıya, Bakı və Xankəndi vasitəsiylə isə İrəvana uçurdu. Biz tərəflərin mövqelərini yaxşılaşdırmaq üçün hər şey etməyə çalışırdıq.

- Hazırda ATƏT-in Minsk Qrupu Azərbaycan tərəfinin ümidlərini doğrultmur. Minsk Qrupunun formatının dəyişdirilməsinə zərurət varmı?

- Bu barədə mühakimə yürütmək mənim üçün çətindir. Minsk Qrupunda xatırladığım format çox işlək və efektiv idi. Mən indi bu problemlə məşğul olmuram. Lakin həmin dövrü qürurla xatırlayıram, belə ki, biz – Rusiya, Amerika və Fransa tərəfləri hər şeyi birlikdə etməyə çalışırdıq, qarşılıqlı anlaşma şəraitində işləməyə cəhd edirdik. Bu çox dəyərli idi. Lakin indi Qərb və Rusiya arasındakı münasibətlər əsasən Rusiya və ABŞ arasında mövcud olan əlaqələrin səviyyəsinin aşağı olmasına görə pisdir, odur ki, hətta Minsk Qrupu kimi formatlarda belə konstruktiv birgə fəaliyyətdən bəhs etmək çətindir. Əgər amerikalılar bizimlə danışmaq istəmirlərsə, ingilislər isə futbol üzrə Dünya Çempionatının baykot edilməsindən bəhs edirlərsə, bu artıq qeyri-sağlam münasibətlər, danışmamaq istəyidir.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Qarabağ   Vyaçeslav-Trubnikov   Minsk-Qrupu   Ermənistan   Qərb  

Keçmiş XKİ rəhbəri: “Qərbə Qarabağ münaqişəsi indi olduğu vəziyətdə lazımdır” – ÖZƏL

2018/03/maxresdefault_1521467008.jpg
Oxunub: 1338     21:34     19 Mart 2018    