TSQ-dan Afrin dərsi: “Zeytun budağı” əməliyyatı – DOSYE

2018/03/345345_1521466998.png
Oxunub: 4789     17:20     19 Mart 2018    
Yanvarın 20-də Türkiyə ordusu Suriyada "Zeytun Budağı" əməliyyatına başladı. Səhəri gün TSQ-nın bölmələri Afrin kantonuna daxil oldu.

Afrin kantonu və şəhəri

Afrin kantonu Suriyanın şimal-qərbində Hələb əyalətində yerləşir. Şərqdə Aazez, cənubda Cəbel-Semann və Xarim, şimal və qərbdə isə Türkiyənin Hatay və Kilis şəhərləri ilə sərhəddə malikdir. Onun inzibati mərkəzi 19-cu əsrdə əsası qoyulan, eyniadlı çayın hər iki tərəfində yerləşən Afrin şəhəridir. Hələb şəhərinin 40 km şimal-qərbində və Türkiyə sərhədindən 28 km məsafədə yerləşir.

Afrin çayının vadisi 637-ci ildə Müsəlman fəthindən əvvəl Roma imperiyasının bir hissəsi olub. Qısa müddət ərzində Antioxiya knyazlığı tərəfindən ələ keçirilsə də, yenə də 1260-cı ildə müsəlmanlar tərəfindən ələ keçirilib. Osmanlı dövründə bu ərazilər Kilis vilayətinin bir hissəsi olub. 1923-cü ildən Afrin Fransanın mandat ərazisi olan Hələb (1920-1924) dövlətinin, sonra isə Suriyanın (1924-1930) əyalətinə çevrilib. 1930-1958-ci illərdə Suriya Respublikasının, sonra isə Birləşmiş Ərəb Respublikasının (Misir və Suriya), 1961-ci ildən müasir Suriya Ərəb Respublikasının tərkibinə daxil edilib. Afrinin rəmzi zeytun (bölgədə zeytun yağı istehsalı çox inkişaf edib) budağıdır.

Afrin kantonunda əsasən ərəblər və kürdlər yerləşdirilib. Yaxın Şərqdəki bir sıra nəşrlər anklavın əhalisini 500 min nəfər, digərləri isə 1,5 milyon nəfər (son siyahıyaalma 1981-ci ildə aparılıb) olduğunu iddia edir. Türkiyə isə 1 milyona qədər əhalisi olan Afrində, əhalinin yarıdan çoxunu etnik ərəblərdən ibarət olduğunu bildirir.

2011-ci ilin mart ayında vətəndaş müharibəsi başlayandan sonra kürdlər Suriya münaqişəsində neytral qaldılar. Sonradan bölgədə PKK-nın bir qolu olan silahlı YPG dəstələri peyda oldu və 2012-ci ilin yayında hökumət qoşunları ilə qarşıdurmaya girdi. Eyni ilin iyul ayında hökumət qüvvələri Afrin ərazisini tərk etməyə məcbur edildi. O vaxtdan etibarən, YPG terrorçuları Afrinə nəzarəti əldə saxlayıb. 2016-cı ilin martından Afrin Suriyada özünü muxtar bölgə elan edən qondarma "Suriya Kürdüstan"ının bir hissəsinə çevrilib. Heç bir dövlət, o cümlədən Suriya hakimiyyət orqanları müxtariyyəti tanımayıb.

Əməliyyatın səbəbləri və məqsədləri

"Zeytun Budağı" əməliyyatı Suriyadakı PYD təşkilatının hərbi qanadı olan YPG terrorçularına qarşı yönəlib. Əslində isə bu təşkilatlar PKK terror təşkilatının bir qoludur.

Hərbi əməliyyatın başlandığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin sərhədlərini qorumağa ehtiyacı olduğunu açıqladı. Ankaraya görə, Afrin dağlarından təbii sığınacaq kimi istifadə edən YPG terrorçuları sərbəst şəkildə Kilis şəhərinin (eyni adlı əyalətin inzibati mərkəzi) və Hatay vilayətinin böyük bir hissəsini bombalamaq imkanına malikdir və bunu davamlı olaraq həyata keçirirlər, eyni zamanda Türkiyə ərazisindəki PKK terrorçularına silah və sursat çatdırmaqla məşğul olurlar.

Afrin əməliyyatı dörd mərhələdə həyata keçirildi. Belə ki, 30 kilometrlik təhlükəsizlik zonası yaradıldı və hazırda zonanın terrorçulardan tam təmizlənmə prosesi davam etdirilir. Baş nazirin müavini Bəkir Bozdağ, YPG terrorçuları məğlub edildikdən sonra Afrin ərazisini Suriya Ordusuna və təhlükəsizlik güclərinə təslim ediləcəyini açıqlayırdı.

Rusiya Müdafiə Nazirliyi isə Afrində böhranın əmələ gəlməsinə ABŞ-ın bu ərazilərdə YPG terrorçularını silahlandırması və onlara təlim verməsi kimi təxribatçı addımların səbəb olduğunu bəyan etdi. Amerika Suriya və Türkiyə sərhəddində təhlükəsizlik zonası adı altında YPG terrorçularından ibarət yeni “ordu” yaratmağı planlaşdırırdı. Bu təşəbbüs Türkiyədə güclü bir əks reaksiyaya səbəb oldu. Xüsusilə, Rəcəb Tayyib Ərdoğan, "Amerika Birləşmiş Ştatları sərhədlərimizdə terrorçu bir ordu yaratmaq istədiklərini etiraf etdi. Biz bu səyləri beşiyində boğmalıyıq" sözləri ilə sərt təpkisini ortaya qoydu. Nəticədə ABŞ öz planlarından imtina etdiyi barədə görüntü yaratmağa çalışdı.

Əməliyyatın xoronologiyasını BURADAN oxuya bilərsiniz.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Afrin-əməliyyatı   Zeytun-budağı   YPG   Terror  

Xəbər lenti

TSQ-dan Afrin dərsi: “Zeytun budağı” əməliyyatı – DOSYE

2018/03/345345_1521466998.png
Oxunub: 4790     17:20     19 Mart 2018    