Suriya SQ Deradakı üsyançıları bombardmana tutub – VİDEO

2018/03/489479846514651_1521462339.jpg
Oxunub: 803     16:28     19 Mart 2018    
Son bir neçə gün ərzində Suriya Hərbi Hava Qüvvələri Dera vilayətindəki üsyançılara qarşı hücumlarının intensivliyini yüksəldib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, xüsusilə ordunun döyüş təyyarələri vilayətin Busrə əl-Hariri zonasındakı mövqelərini ağır bombardmana tutub.

Məlumata görə, hücumların intensivləşdirilməsinə səbəb kimi buradakı üsyançıların öz fəaliyyətlərini aktivləşdirməsi və hökumət qüvvələrinə qarşı hücumları artırması göstərilir.

Qeyd edək ki, Busrə əl-Hariri hökumət qüvvələrinin əsas dayaq məntəqələrindən olan İzra qəsəbəsinin yaxınlığında yerləşir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   Dera  

Xəbər lenti

Suriya SQ Deradakı üsyançıları bombardmana tutub – VİDEO

2018/03/489479846514651_1521462339.jpg
Oxunub: 804     16:28     19 Mart 2018    