Hindistan 2 ayda 5 raket sınağı keçirib

2018/03/agni-5_650x400_71482721510456_1521451525.jpg
Oxunub: 1087     18:10     19 Mart 2018    
Bir müddət öncə bütün diqqətlərin ABŞ və Şimali Koreya böhranına cəmləndiyi bir vaxtda Cənubi Asiyada nüvələşmənin davam etməsi və sürətlənməsi görməzdən gəlinir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ekspertlər bu səbəbdən dolayı Hindistanın silah quruculuğunda yeni sürət pilləsinə atlanmaq üçün özündə cəsarət tapdığını düşünürlər.

Onlar Hindistanın nüvə arsenalı inventarını inkişaf etdirmə sürətini artırdığını bildirirlər.

Cənubi Asiyanın nüvə modeli üçün 2018-ci il fərqli məna kəsb etmir. Bu iki ay öncə başladı və budur bir tərəf, Hindistan artıq 5 dəfə raket sınağı həyata keçirib. Bunlardan dördü nüvə imkanlı digəri isə tank əleyhinə raketdir.

Sınaqlar ilk olaraq böyük partlayış gücünə malik qitələrarası ballistik raket olan Agni-V ilə başladı. O, 5500-5800 kilometr mənzilə sahibdir. Agni-V 1500 kiloton nüvə başlığı daşıya bilər. 2012-ci ildən etibarən 5 dəfə bu raketin sınağı həyata keçirilib.

Daha sonra fevralın 6-da Agni-I qısa mənzilli strateji ballistik raketin sınağı keçirilib. O, 700-900 kilometr mənzilə sahibdir və 1000 kiloqram nüvə başlığı daşıya bilir.

Bu sınaqlarla kifayətlənməyən Hindistan ordusu bir neçə gün sonra yer-yer qısa mənzilli taktiki ballistik raketini sınaqdan keçirdi. 350 kilometr mənzilə sahib raket 500-1000 kiloqram nüvə başlığı daşımağa qadirdir.

Fevralın 20-də Hindistan daha bir nüvə imkanlı ballistik raket olan Agni-II-ni sınaqdan keçirdi. Orta mənzilli bu raket 2000-3000 mənzilə sahibdir və 1000 kiloqram nüvə başlığı daşıya bilər. Agni-II-nin Hindistanın quru çəkindirmə qüvvələrinin onurğasını təşkil etdiyi bildirilir.

Lakin bundan sonra sınaqlara davam edən Hindistan üçüncü nəsil tank əleyhinə idarəolunan raketinin səhra şəraitində sınağını həyata keçirdi və onun iki tankı məhv etdiyi aydın oldu.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Nüvə-slahı   Agni-V  

Hindistan 2 ayda 5 raket sınağı keçirib

2018/03/agni-5_650x400_71482721510456_1521451525.jpg
Oxunub: 1088     18:10     19 Mart 2018    