Türkiyə hərbi karvanı Hələbə çatıb

2018/03/645x344-turkish-military-convoy-reaches-aleppo-to-establish-6th-observation-point-15214089398366456_1521450490.jpg
Oxunub: 640     13:07     19 Mart 2018    
Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi karvan altıncı müşahidə postunu qurmaq məqsədilə Hələbin şimal-qərbinə gedib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, karvan heç bir təhlükə yaşamadan Hələbin Anadan rayonuna çatıb.

Əsgərlər burdakı yüksəkliklərdən birində düşərgə salıblar. Onların yerləşdiyi ərazilərlə üzbəüz ərazilər isə Bəşər Əsədə sadiq qüvvələrin nəzarətindədir.

Yeni müşahidə məntəqəsinin Türkiyə-Suriya sərhədinin 35 kilomterliyində yerləşdiyi bildirilir. Qeyd edək ki, Rusiya-Türkiyə-İran üçlüsünün Astana görüşlərində qəbul etdiyi qərara görə TSQ münaqişəsiz ərazi elan edilə İdlibdə müşahidə postları qurur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Suriya   Hələb  

Xəbər lenti

Türkiyə hərbi karvanı Hələbə çatıb

2018/03/645x344-turkish-military-convoy-reaches-aleppo-to-establish-6th-observation-point-15214089398366456_1521450490.jpg
Oxunub: 641     13:07     19 Mart 2018    