Çin Afrikada səssizcə hərbi mövcudluğunu genişləndirir

2018/03/received_2498057380420415_1521286973.jpeg
Oxunub: 1262     23:34     17 Mart 2018    
“Çinin Afrikadakı təhlükəsizlik izləri onun qitədəki iqtisadi maraqlarının dərinləşməsi səbəbi ilə səssiz şəkildə genişlənməkdədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Afrika üzrə tədqiqat qrupu Təhlükəsizlik Araşdırmaları İnstitutunun konsultantı Piter Fabrisius bildirib.

Piter Fabriusun hesabatından önə çıxan fikirlər aşağıdakılardır

“Bəzi ekspertlər Çinin gələcəkdə maraqlarını ordu ilə qoruya biləcəyinə dair şübhələr oyandırsa da, onun Afrikadakı mövcudluğunu bu baxımdan sınaq zəmini kimi görürlər.

Tarixi olaraq Çin Afrikada təhlükəsizlik mövcudluğunu davam etdirib. O, əvvəllər BMT-nin sülhməramlı missiyalarına dəstək verirdisə, artıq bundan öz maraqlarının müdafiəsi üçün istifadə edir.

Təsadüfi deyil ki, Cibuti Çinin ilk xarici dəniz bazasına ev sahibliyi edir. Cibuti Afrika buynuzunda yerləşən strateji məntəqədir. Onun Qırmızı dənizə və Ədən körfəzinə çıxışı var. Bu ölkə eyni zamanda bir neçə ölkə ilə, hətta Birləşmiş Ştatlarla da hərbi təsisatlar tikilməsi üzrə danışıqlar aparır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Afrika   Cibuti  

Çin Afrikada səssizcə hərbi mövcudluğunu genişləndirir

2018/03/received_2498057380420415_1521286973.jpeg
Oxunub: 1263     23:34     17 Mart 2018    