NATO-nun trendləri yüksəlir – İLLİK HESABAT

2018/03/received_2498061293753357_1521297479.jpeg
Oxunub: 680     19:08     17 Mart 2018    
NATO çəkindirmə və müdafiəni yenidən gücləndirmək üzrə səylərini artırır və alyansın 2017-ci il üçün illik hesabatı alyansın trend xəttinin yüksəldiyini göstərir.

Ordu.az ABŞ Müdafiə Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq danışıb.

O, xüsusilə Rusiyanı müdaxilədən çəkindirməklə bağlı üzv dövlətlərin ciddi addımlar atdığını, 2017-ci ildə pribaltika respublikaları və Polşaya 4 çoxməqsədli döyüş qrupunun yerləşdirilidiyini qeyd edib.

Batalyon böyüklüyündəki bu qruplara Kanada, Almaniya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlar rəhbərlik edir. Rusiyanı çəkindirməklə bağlı görülən tədbirlərin bir hissəsi isə Qara dənizdə həyata keçirilib. Alyans hibrid müharibələrə qarşı mövqeyini də gücləndirib.

Eyni zamanda NATO İraq və Suriyada İŞİD-ə qarşı vuruşan qlobal koalisiyaya qoşulub. Bundan başqa Avropa İttifaqı ilə əlaqələr gücləndirilib və Monteneqro 29-cu üzv kimi alyansa qəbul edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Stoltenberq   ABŞ  

Xəbər lenti

NATO-nun trendləri yüksəlir – İLLİK HESABAT

2018/03/received_2498061293753357_1521297479.jpeg
Oxunub: 681     19:08     17 Mart 2018    