Pentaqon düşmənlərin əsl niyyətini müəyyən edəcək SZ istəyir

2018/03/345345_1521008057_1521283674.jpg
Oxunub: 887     18:45     17 Mart 2018    
ABŞ Müdafiə Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (DARPA) düşmənlərin öz taktikalarından xaos yaratmaq, hökumətlərə təhdid meydana gətirmək, xarici təsiri yaymaq üçün necə istifadə etdiklərini aşkarlayacaq və başa düşəcək süni zəka (SZ) hazırlamaq üzərində işləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb kimi Şərqi Avropadan İraqa qədər böyük bir ərazidə ABŞ əsgərlərinin çətin problemlərlə üzləşməsi göstərilib.

Belə ki, geniş bir coğrafiyada mübarizə aparan qüvvələr çox zaman düşmənlərin özlərini başqa cür apardığı təqdirdə, tamamilə fərqli bir niyyətdə olduqları ilə bağlı problemlərlə üzləşirlər.

“Biz problemə iki perspektivdən baxırıq: düşmənlərin nə etmək istədiyini aydınlaşdırmağa çalışır və daha sonra onun bu planı necə həyata keçirəcəyini anlamaq istəyirik – yəni nə vaxt həyata keçirəcək, kimlər istifadə olunacaq və s.”, - deyə DARPA-nın proqram meneceri Fotis Barlos bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   SZ  

Xəbər lenti

Pentaqon düşmənlərin əsl niyyətini müəyyən edəcək SZ istəyir

2018/03/345345_1521008057_1521283674.jpg
Oxunub: 888     18:45     17 Mart 2018    