Rumıniya NATO-nun tələbini qarşılayan ilk dövlət oldu

2018/03/M113_0256756_1521283290.jpg
Oxunub: 1031     20:37     17 Mart 2018    
Rumıniya NATO-nun silah-sursat xərcləmələrinə ayrılan vəsaitin ədalətli paylaşımına dair qoyduğu tələbi qarşılayan ilk dövlət oldu.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberqin illik hesabatında qeyd olunub.

Qeyd edək ki, NATO üzv dövlətlərinə qarşı müdafiə büdcəsinin ÜDM-nin ən azı 2%-nə bərabər olması ilə bağlı tələb qoyub. Eyni zamanda bunun 33%-nin silah-sursat alınmasına xərclənməli olduğu da tələb edilir.

Rumıniya artıq 33%-lik göstəriciyə çatan ilk NATO dövləti olub. Ölkənin Müdafiə Nazirliyindən verilən bəyanatda 2%-lik tələbə də yaxınlaşıldığı və 2026-cı ilə qədər çatılacağı qeyd olunub. Hazırda Rumıniyanın müdafiə büdcəsi ÜDM-sinin 1,81%-nə bərabərdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rumıniya   NATO  

Rumıniya NATO-nun tələbini qarşılayan ilk dövlət oldu

2018/03/M113_0256756_1521283290.jpg
Oxunub: 1032     20:37     17 Mart 2018    