Düşmənin seytnot vəziyyəti: Genişmiqyaslı təlimlərin həftəlik analizi – Hərbi ekspert

2018/03/3e592213208e48e825fe04b8aaeca445-(1)_1521119058_1521281363.jpg
Oxunub: 4067     18:03     17 Mart 2018    
Azərbaycanın ordu rəhbərliyinin hazırladığı və Ali Baş Komandanın təsdiq etdiyi plan əsasında Milli Ordumuz genişmiqyaslı hərbi təlimlərə başladı. Martın 12-dən 17-nə qədər davam edən bu təlimlərin çox geniş proqramı var idi.

Bu proqrama hərbi hissələrin kolonnalarda və dəmiryol platformalarında hərbi toplanış rayonlarına marşı, bu kolonları marşda hava hücumundan müdafiəsi, texnikanın yüklənmə stansiyalarının hava hücumundan müdafiəsi, hərbi toplanış rayonlarının pusqudan və hava hücumundan müdafiəsi, komanda-qərərgah təlimləri, hərbi birləşmələrin gecə və gündüz hərəkətininn öz xüsusi taktiki təminatı, artilleriya, tank və motoatıcı birləşmələrin gecə və gündüz atış təlimləri, aviasiya və HHM qüvvələrinin düşmən əks-təsiri altında atış təlimləri, çoxnövlü qoşun birləşmələrinin dağ-meşə və düzənlik relyefi şəraitində müdafiənin, əks-hücumun və hücumun butün taktiki elementlərinin tətbiqi təlim senarisində öz əksini tapmışdı. Bütün bunlardan əlavə, təlimin mürəkkəbliyinə baxmayaraq, onun ssenarisinə düşmənin bizim rabitə qovşaqlarına və HHM sistemlərinə qarşı kütləvi radioelektron əks-təsir vasitələrini tətbiqi daxil edilmişdi.

Bu təlimlərdə 25000 hərbi qulluqçunun, 250 tank və zirehli döyüş maşınının, 1000-ə yaxın kiçik və böyük raket-artilleriya sistemlərinin, 50-dən çox pilotlu aviasiya vasitəsinin iştirakını nəzərə alsaq, təsəvvürümüzdə möhtəşəm bir mənzərə canlanar. Bu səviyyəli təlimlərin qəzasız və xəsarətsiz başa çatdırılması birləşmələrin və döyüş heyətlərinin hərbi ixtisasa peşəkar yiyələnməsindən, zabitlərimizin operativ-taktiki hazırliq səviyyəsinin kafi dərəcədə yüksəkliyindən xəbər verir. Bu təlimlərin nəticəsində zabit korpusumuzun operativ-taktiki səviyyəsinin daha yüksək pilləyə qalxması qaçılmazdır. Əsgər necə rejim, kalorisi düzgün hesablanmış qida və idmanla kişiləşirsə, zabit də təlim və manevrlərdə püxtələşir.

Ssenariyə əsasən, ordumuz düşmənin aqressiv hərbi provokasiyasının qarşısını atəş həmlələri ilə alıb, onun döyüş təminatını iflic edir və hücum əzmini qırır. Sonra ordumuz yerli qüvvələrlə əks-həmlə edərək cəbhə xəttini bərpa edir və bu mövqelərdə qalmır, irəliləyərək hücum üçün daha əlverişli mövqe tutur. Eyni zamanda düşmənin bazalarını kazarmalarını, rabitə qovşaqlarını, raket mövqelərini, HHM divizionlarını, həyəcan siqnalı əsasında toplanış rayonuna istiqamət götürmüş hərbi kolonlarını, sursat anbarlarını və nəqliyyat kommunikasiyalarını sarsıdıcı atəş təsiri altında saxlayaraq öz qoşunlarımızı cəmləyir və bir neçə istiqamətdən əks-hücum təşkil edirlər. Ordumuz düzənlik və dağ-meşə relyefində çevik irəliləyərək qoşun növlərinin səlis uzlaşması şəraitində düşmənin atəş nöqtələrini və müqavimət ocaqlarını məhv edərək, mütəşəkkil irəliləmə və cəbhəni döndərmə manevrləri həyata keçirir.

Eyni zamanda ordumuzun aviasiyası, ümumqoşun artilleriyası və xüsusi təhkim olunmuş raket-artilleriya birləşmələrinin köməyi ilə düşmənin hava hücumundan müdafiə sistemini sındıraraq, havada ağalıq etməlidir. Bu da düşmənə zərbələri sarsıdıcı yox, məhvedici təşkil etməyə imkan verəcək ki, bu da insan itkilərinin sayını azaldacaq.

Təlimin ssenarisi göstərir ki, bu illik planlı təlimdən əlavə həm də düşmənə bir messajdır. 2016-cı il Ermənistan ordusunun aprel təxribatından sonra ordumuz irəliləyərək Tərtər və Xocavənd rayonları ərazisində ölkəmizin ərazisini düşməndən təmizləmişdi. O vaxtdan düşmən həmin məntəqələrdə bir neçə dəfə təxribat apararaq öz hərbi mövqelərini geri qaytarmağa cəhd edir. Nəticədə, hər dəfə cavab tədbirləri nəticəsində geri oturdulublar. Öz qeyri-sağlam təxəyyüllərində yaratdıqları qəhrəman erməni əsgəri obrazı onların qəlbini isidir, işğal olunmuş torpaqlarda bərkinmək ümidi yaradır və danışıqlarda daha azğın mövqe tutmağa sövq edirdi. Lakin 2016-cı ildə düçar olduqları məğlubiyyət onların cəmiyyətində ümidsizlik hissləri yaradıb. Rəsmi erməni təbliğatının bu məğlubiyyətin qiymətini heçə endirməyə çalışmasına baxmayaraq, əhali artıq başa düşür ki, işğal altında olan əraziləri heç vaxt özününküləşdirə bilməyəcək. Bu fikir onların mətbuatından dolayı yollarla sızmağa başlayır. Baxmayaraq ki, işğalçılıq siyasətinə münasibətdə bu ölkənin hakimiyyəti və müxalifəti tam yekdil mövqedədirlər.

Bu fikirləri başqa ölkələrdə yaşayan ermənilər də özlərinin tanışları olan azərbaycanlılara da deməyə başlayıblar. Onların Ermənistanda yaşayan qohumlarının fikrincə, Azərbaycan gec-tez onların dövlətindən “hesab istəyəcək”, onların işğal etdiyi əraziləri geri qaytamaq üçün müharibəyə başlayacaq. Erməni hakimiyyətinin və təhrikçi diasporasının təbliğat məqsədi ilə Dağlıq Qarabağda yaratmağa çalışdığı infrastruktur obyektləri az adamı aldada bilir. Azərbaycanla həmsərhəd erməni rayonlarının əhalisi anlayır ki, Ermənistan ərazisi Rusiyanın siyasi çətiri altındadır. Bu baxımdan onlar yeni evlər tikməyə, şəraitlərini yaxşılaşdırmağa şəxsi investisiyalarını qoymağa çalışmırlar. Arxayınçılıq hissi yoxdur. Tarixən erməni xalqı güzəran arxasınca uzaq məsafələrə köç etməyə meylli xalq olduğundan, yaranmış durum ölkədən köç edənlərin sayını artırıb. Qarabağ ərazisində keçmiş sovetlər birliyinin qeydiyyat olunduğu yerə təhkim forması qurulsa da, bu əhalini orada girov kimi saxlamağa cəhd olunsa da, onların bəziləri köçmək üçün yeni hiyləgər üsullar düşünüb, oradan qaçırlar.

Bu psixoloji durum onların rəhbərliyini çox məyus edir. Bu, Ermənistan üçün hərbi-siyasi vəziyyəti daha da çətinləşdirir. Ölkənin iqtisadiyyatını gücləndirmək üçün əllərində maddi, innovasiya və insan potensialları yoxdur. Əllərində oyun dili ilə desək, bir “kozır” var: Rusiyadan qəpik-quruşa nisyəyə alınan böyük miqdarda nisbətən müasir silahlar, Rusiya hərbi məktəblərində və akademiyalarında havayı hazırlanan çoxsaylı zabitləri. Mövqeyi divara qısnanan, seytnot vəziyyətinə düşən oyunçular kimi, erməni rəhbərliyi əvvəl-axır bu "kozır"dan istifadə etməyə çalışacaq. Əlbəttə, öz güclərini real qiymətləndirən düşmən, böyük müharibə aparmaq iqtidarında deyil.

Onlar öz əhalisinə Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarının işğalını belə izah edirdilər ki, bu ərazi Dağlıq Qarabağın erməni ərazisi olmağı üçün əsaslı qarantiyadır. Bu ərazilərin mövcudluğu erməniyə məxsus Qarabağın mövcudluğu deməkdir. İndi əhali məntiqlə düzgün olaraq fikirləşir ki, “sığorta zolağının” bir hissəsi qeyd-şərtsiz itirilibsə, sabah başqa hissəsi və yaxud hamısı qeyd-şərtsiz itirilə bilər. Deməli, “erməni Qarabağı”nın mövcudluğunu sığortalayan heç nə qalmır. Bu nəticə düşmən cəmiyyətdə məğlubiyyətin qaçılmazlığı psixologiyasını yaratmalıdır. Əhalinin gözündə qalibiyyət əfsanəsi yaradaraq, ümidlərini artırmaq üçün, onu yenidən aqressiv düşüncə tərzinə qaytarmaq üçün, 2016-cı ildə ordumuzun azad etdiyi mövqeləri geri qaytarmaq planları çox gerçək ola bilər. Bundan sonra onlar həmin mövqelərdə nəyin bahasına olaraq olsun möhkəmlənərək, relyefin yaratdığı taktiki imkanlara və xarici havadarlarının siyasi köməyinə bel bağlaya bilərlər.

Ordumuzun keçirdiyi təlimlər düşmən rəhbərliyinin belə planına tam hazır olmaq planıdır. Bundan əlavə ordumuzun imkanlarını nəzərə alaraq, Ali Baş Komandanlıq nəinki azad olunmuş əraziləri qorumaq, həm də düşmənin verdiyi fürsətdən maksimum istifadəyə çalışmaq əzmindədir.

Erməni ordusunun Qarabağ ərazisində tank atışları təlimi də məncə taktiki hazırlıqdan əlavə psixoloji yük də daşıyır. Bu təlimin keçirilmə vaxtının Azərbaycan ordusunun təlimləri ilə üst-üstə düşməsi, erməni cəmiyyətinə informasiya kanallarının psixoloji təsirini yüngülləşdirmək rolunu da oynayır. Məlumatı məlumata qatanda onun təsiri də miqyasındakı nisbətlər gözlənilməklə ortaqlaşır. Lakin bu təlimlərə hazırlıq ərəfəsində düşmən əsgərinin bədən xəsarəti nəticəsində ölməsi, tam əks effekt yarada bilər. Bizim və düşmən təlimlərinin miqyası dəhşətli dərəcədə fərqli olsa da, təlimlərimizin qəzasız və səlis gedişi, onların kiçikmiqyaslı təlimində isə əsgər ölümünün olması tam fərqli durum yaradır.

Vüqar Miraslanov
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Azərbaycan-Ordusu   Təlimlər  

Düşmənin seytnot vəziyyəti: Genişmiqyaslı təlimlərin həftəlik analizi – Hərbi ekspert

2018/03/3e592213208e48e825fe04b8aaeca445-(1)_1521119058_1521281363.jpg
Oxunub: 4068     18:03     17 Mart 2018    