Rusiya MN: ABŞ zərbələrinə görə Suriyada minlərlə cəsədlər dağıntılar altında qalıb

2018/03/1087_1521271554.jpg
Oxunub: 1076     15:35     17 Mart 2018    
ABŞ-ın Rəqqaya endirdiyi aviazərbələr nəticəsində hələ də həlak olan minlərlə dinc sakinlərin cəsədlərini dağıntılar altından çıxarmaq mümkün olmayıb.

Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Cəsədlərin dağıntılar altında qalması ilə əlaqədar olaraq həmçinin ərazidə infeksiya xəstəliklərinin artacağı, bunun epidemiyaya çevrilə biləcəyi qeyd edilir.

Məlumata görə, ABŞ koalisiyasının tərkib hissələrindən olan “Şimali Suriya Demokratik Federasiyası”nın silahlıları dinc əhalinin Rəqqanı tərk etməsinə müxtəlif vasitələrlə mane olurlar.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   ABŞ   Suriya   Rəqqa  

Rusiya MN: ABŞ zərbələrinə görə Suriyada minlərlə cəsədlər dağıntılar altında qalıb

2018/03/1087_1521271554.jpg
Oxunub: 1077     15:35     17 Mart 2018    