Gözəgörünməz müharibələr: Psixoloji və ideoloji savaşlar – Hərbi ekspert (FOTOLAR)

2018/03/4_6085081528.jpg
Oxunub: 4154     15:10     17 Mart 2018    
Hələ ibtidai icma quruluşu zamanı - insanlarda müharibə anlamının olmadığı vaxtlarda savaş anlamının ortaya gəlməsi bir neçə amillərdən yarandı. Əsas amil qida üstündə savaşlar idi. Ov edən insanlar ərazilərində icmadan kənar insanları sıxışdıran zaman əks tərəf aqressiya göstərərək etiraz edir və bununla kicik savaşlar böyüş qırğınlara gətirib çıxarırdı. Parakəndə yumruqlaşmalar artıq gündəmdən silinir, icmaarası savaşlar ortaya gəlirdi. İlk olaraq yalın əllə vuruşanlar, sonradan daş, ağac, qaya parçalarından vaz keçdilər və ilk primitiv silahlara əl ataraq daha böyük qırğınlar törətməklə dünya düzəninə müharibə anlamını addım-addım yaxınlaşdırırdılar.

Ağaclar yonulub üzərinə ucluq taxmaqla nizələrə çevrilir, oxlar, qılınclar, yabalar, qalxanlar, süngülər və s. meydana gəlir, müharibə texnologiyaları insanların məişət vasitələrindən daha cəld inkişaf edirdi. Kiçik bir ov heyvanı üstündə başlanan savaş əraziləri artıq nüfuz dairələri üçün böyük müharibələr meydanına öz yerini verməkdə idi. Müharibələr böyüdükcə və müasirləşdikcə silahlarla birlikdə müharibə aparma strategiyasında olan digər faktlar da hərəkətdən qalmadı. Taktiki gedişlər, hücumlar, müdafiələr zaman kəsiyində daha başqa və daha vacib olan faktorlara diqqət ayırmağı tələb edirdi. Bu heç də zəkadankənar silah və texniki vasitələr deyildi. Bu, insan faktoru idi. Təcrübə və analizlər göstərdi ki, qoşunun böyük və yaxşı sılahlanması varsa, lakin onun psixoloji və ideoloji hazırlığı yoxdursa, o, bir ovuc, eyni zamanda bu keyfiyyətləri olan toplum qarşısında məğlubiyyətə uğrayacağı şübhəsizdir. Beləliklə, biz bu yazıda gözə görünməz lakin birbaşa savaşlardan daha qanlı, daha vacib və daha dağıdıcı olan psixoloji və ideoloji müharibə (PİM) faktorlarına baxış edəcəyik.

PİM-lər bütün savaş tarixi zamanı bir-biri ilə sıx bağlı olub. Bütün müharibələrin hədəfi qələbə olduğu ücün onu aparan dövlətin və ordunun mənəvi, psixoloji və ideoloji durumu müəyyən səviyyədə olmalıdır. Ən əsası isə xalq və ordu düşmən üzərində qələbəyə inamlı və ondan bir qat güclü olduğunu bir meyar kimi öz qarşısında məqsəd qoymalı, buna daxilən inanmalıdır. Bu yalnız kiçik toplumlara, fərdlərə yox, ümumən ölkə əhalisinə aid olan bir faktordur. Bütün psixoloji və mənəvi hazırlıq anlayışının son mənzili isə ideoloji hazırlıqdır desək, yanılmarıq. Buna da gəlib çatmaq ücün ən əsası xalqın və ordunun mütəmadi olaraq təbliğat və təşfiqatla möhkəm ideologiyaya gətirilib çatdırılması üçün proqramların olmasıdır.

PİM-in məramları psixoloji və ideoloji müharibə, mübarizə, basqı, siraət etmə, həmlədir. Bunlar düşmən tərəfin qoşunlarına, əhalisinə, cəmiyyətinə, hökumət və dövlət orqanlarına onların mübarizə əzmini, mənəviyyatını, daxili gücünü, inamını qırmaq ücün aparılan xüsusi əməliyyatdır ki, bunun üçün xüsusi olaraq böyük qüvvələr, ideoloqlar, konfliktoloqlar, psixiatrlar, insan zəkasına təsir edə biləcək Elmi Tədqiqat İnsitutlarından (ETİ) mütəxəssis ordusu cəlb edilir. Əsasən bu tədbirlər düşmənə, yaxud hücum əməliyyatı aparılacaq dövlətə bütün hərbi və diplomatik əməliyyatlardan çox öncə başlanılır.

Tarix

Tarixə baxış zamanı məlum olur ki, kecmiş dövrdə sərkərdələr ilk olaraq PİM anlayışında öz düşmənlərini özlərinin döyüş gücü, qoşunlarının sayı və digər metodlarla qorxutmağa, onların döyüş əzmini zəiflətməyə müraciət edirdilər. Bizim eranın 480-ci ilərində fars şahı Kserks Yunanıstan səfəri zamanı özünün qoşunu və onun döyüş gücü haqqında belə məlumat yayırdı ki, əgər fars qoşunlarındakı döyüşçülərdən hər biri bir ox atarsa, bu zaman günəşin üzü tutular, yerə qaranlıq çökər. Bundan əlavə, o, yunanların cəsusunu buraxaraq ona coxlu qızıl verib təlimatlandırmışdı ki, o, yunan sərkərdələrinə səhrada qum dənəcikləri sayında olan fars qoşunu haqqında məlumat aparsın. Çingizxan isə hər döyüşdən əvvəl döyüş filləri, alovlu ilanlar, zəhərli tüstü haqqında şaiyələr yayaraq düşmən döyüşçülərini qorxu və nigarançılıqda qoyurdu. Bundan sonra isə ot tayalarına od vurdurur, adi ağacları yandıraraq tüstü edirdilər. Bunu görən əks tərəf xaosa düşərək qaçmağa üz tuturdu. Hindlilərin “Manu qanunu”na əsasən, qarşı tərəfin qoşunlarının içində üsyan edənləri yaxşı mükafatlandırmaq lazım idi. Yuli Sezar hansısa bir şəhəri fəth etmək istədikdə, gizlicə o şəhərə çalğıçılar, oyunbazlar göndərir, xalqın başını qatmaqla onun mübarizə əzmini qırırdı. Ona görə də bir xalqı məhv etmək istədikdə, onu xırda ticarətə və çalıb oynamağa, əyləncəyə öyrətmək kifayətdir.

XIII əsrin ortalarında artıq ciddi olaraq ilk “yanlış məlumat ötürmə”, yəni sadə xalq arasında deyilən “dezinformasiya” anlayışı hərbi əməliyyatlarda istifadə olunmağa başlandı. 1242-ci ildə Şayo çayı ətrafında macarları məğlub edən monqollar qənimətlər arasında IV Bela adlı macar kralının möhürünü tapdılar. Batının əmri ilə əsirlər macar dilində kralın adından təslim olma haqqında əmr yazaraq həmən möhürlə möhürləyib onu qoşunlara çatdırmağa başladılar. Bu metod hər zaman olmasa da, bir çox hallarda öz bəhrəsini verdi.

Lakin PİM-lər hər zaman uğurla nəticələnmirdi və hətta onların əks təsirləri də olurdu. Belə ki, XVI əsrdə ispanlar İngiltərəyə qarşı “Məğlubedilməz armadanı” göndərən zamanlarda İngiltərədə gizlin olaraq kraliça Yelizavetanın pis işlərlə və gizli olaraq fahişəliklə məşğul olması haqqında vərəqələr çap edərək yaymağa başladılar. Lakin bu, gözlənilən nəticəni vermədi. Xalq belə təhqirə dözmədi. Hətta karaliçanın əleyhdarları da bu faktdan sonra Yelizavetanın tərəfinə keçərək İspanlara qarşı birləşdilər.

ABŞ-ın müstəqilliyi uğrunda gedən savaşlar zamanı amerikalılar ilə Britaniya əsgərləri arasında “əgər Amerika tərəfə keçərsə, ona böyük torpaq sahəsi veriləcək” kimi vəd edən vərəqələr yaydılar. Bunun nəticəsində İngiltərə ordusuna qatılan çoxlu sayda muzdlular ABŞ tərəfə keçərək əks tərəfə qarşı vuruşdular.

Birinci Dünya Müharibəsi zamanı - 1914 cü ildə müharibə gedən şəraitdə Britaniya Xarici İşlər Nazirliyinin nəzdində “hərbi təbliğat bürosu” (sonradan hərbi məlumat idarəsi) yaradıldı ki, bu da sonradan Məlumat və Analitika Nazirliyinə çevrildi. Bu nazirlik öz hərbçiləri arasında və rəqib ordusunda təbliğat və təşviqat işləri ilə məşğul olmağa başladı. 2 avqust 1815-ci ildə isə Fransanın baş qərargahının 2-ci bölməsində Hərbi Təbliğat İdarəsi fəaliyyətə başladı. İdarə əsasən rəqibə informasiya və psixoloji həmlə üçün nəzərdə tutulurdu. Fransız ordusunun bütün tərkibində rəqib qoşunlarının yerləşdiyi ərazilərdə informasiya və psixoloji çap materiallarının çatdırılması üçün təyyarələr mövcud idi. 1917-ci ildə Amerika ekspedisiya korpusunun nəzdində psixoloji seksiyalar da yaradılmağa başlanıldı.

İkinci Dünya Müharibəsi zamanı İngiltərə təyyarələri Almaniya üzərində təbliğat vərəqələri atmağa başladılar. Bu vərəqələrdə Hitlerin generalları Gerinq, Gebbels, Ribbentrop, Gimlerin xarici banklara yerləşdirdikləri böyük məbləğdə pullar haqqında malumat var idi. Əhali və əsgərlərə çatdırılırdı ki, generalların məramı savaş yox, sadəcə varlanmaqdır. Bu da əhali və əsgərlərin müflisləşməsinə gətirib çıxaracaq. Bununla İngiltərə Almaniya ordusu və əhalisinin çox hissəsinin inamını qırmağı bacardı. Bundan əlavə, BBC radiosu açıq əlaqə vasitələri ilə İngiltərəyə öz təyyarəsi ilə qaçmış alman pilotları haqqında məlumatlar verirdi ki, əslində alman pilotlarının soyadlarını araşdırdıqda onların döyüş zamanı həlak olan pilotlar olduğu məlum olurdu. Eyni zamanda, alman zabitləri kimi özlərini təqdim edən, alman dilində sərbəst danışmağı bacaran britaniyalı zabitlər radioefir zamanı öz “həmvətənlərinə” milləti düşünməyi, Hitlerin nasist rejiminə etiraz etməyi, silahı kənara atıb müttəfiq qoşunlarına tərəf keçməyi tövsiyyə edirdilər. Rəqibin mənəviyyatına ziyan vurmaq üçün həlak olmuş əsgərlərin cibindən çıxan “göndərilməmiş məktublardan” hissələr çap olunurdu. Məqsəd lazımsız müharibədə ölümün qiymətsizliyini anlatmaq idi. Bundan əlavə, üzərində uşaqlar və qadınların olduğu fotolar da var ki, bu fotolarda aşağıdakı cümlələr yazılırdı: “Onlar sizi diri və sağlam olaraq gözləyir, əgər siz ölərsinizsə, onlar arxada gizlənmiş fərari və ştablarda, isti yerlərdə oturmuş zabitlərin qisməti olacaqlar”. Çətin şəraitdə olan rəqib əsgərlərinə daxili güclərinin sındırılması üçün üzərində dadlı delikoteslər, yeməklər, tortlar olan şəkillərin atılması nümunəsi də gündəmdə idi. Sovet ittifaqında yaranmış psixoloji müharibə orqanları 20 dildə olan, 20 mindən yuxarı təbliğat və təşviqat çap materialları hazırlanırdı ki, bunun da çox hissəsi alman dilində idi və bunun ümumi tirajı 2 miyardı aşırdı. Bundan əlavə, qoşunların təmas xəttində yüksəksəsli danışıq qurğuları qurularaq alman qoşunlarına silahı qoyduqları təqdirdə, isti yemək və insani rəftar vəd olunurdu. Sovet orqanları tutulan əsirlərin bəzilərini seçərək onlarla yaxşı rəftar edir, yedirib geyindirirdilər. Sonradan onları azad edərək öz vətəndaşlarına Sovetlərdə insana xoş rəftar haqqında danışmaq tapşırığı verirdilər. Bu da öz effektini verirdi. 1943-cü ildə 96-cı diviziyanın ərazisindən azad edilən 34 alman qayıdarkən özləri ilə 312, Breslau yaxınlığındakı mühasirədən isə 1500 alman gətirmişdilər. 2-ci Belarus cəbhəsinin komandanlığı yerlərdə olan komandirlərə də belə əməliyyatlar keçirməyi tövsiyyə edilmişdi.

1950-ci illərdə Koreya müharibəsi dövründə ABŞ-da “psixoloji müharibələr idarəsi” yaradıldı. Bu yaranışın məhz Koreya üçün məramı kimi təbliğat və psixoloji həmlə meyar götürüldü. Müharibənin ilk günlərində Amerika 10 miyondan cox vərəqələr hazırlayaraq təyyarə və artilleriya vasitələri ilə (təbliğat mərmiləri vasitəsi ilə) Koreyalıların olduğu ərazilərə atdırdı. Koraeya Xalq Ordusu və Çin Xalq Azadlıq Ordusu (ÇXAO) öz növbəsində SSRİ Silahlı Qüvvələrinin “xüsusi təbliğat” orqanlarının köməyi ilə Amerika və Cənubi Koreya ordusuna qarşı təbliğat və psixoloji metodlarını işə saldı. Bu zaman Amerika rəsmiləri rəqibin güclü informasiya həmləsini hiss etdilər Belə ki, bir sıra Amerika qəzetləri ABŞ qoşunlarındakı əsgərlərin pis vəziyyəti və mənəvi durumu haqqında yazılar yazmağa başladı.

Vyetnam müharibəsinin aktiv fazası başlayana qədər ABŞ öz PİM konsepsiyasına yenidən baxmalı oldu. Koreya müharibəsi göstərdi ki, idarələrin canfəşanlığına və külli miqdarda vəsait xərclənməsinə baxmayaraq Koreya əsgərlərinə psixoloji və ideoloji cəhətdən əks-təsirin miqyası çox kiçik oldu. Bu zaman strategiya, taktika və təşkilat baxımından dəyişikliklər labüddür. Artıq 1955-ci ildə “psixoloji müharibə aparılması” adı altında FM-33-5 adlı təlimat yarandı. General U.Torkel həmin təlimatın səmtlərini müəyyənləşdirərək yazırdı: “Xüsusi müharibə metodları – bu, düşməni daxildən məhf etmək üçün nəzərdə tutulan metodlar toplusudur ki, bu zaman düşmənin adət-ənənəsi, psixologiyası, ideoloji hazırlığı, daxili qüvvəsi, siyasi baxışları, insani keyfiyyətləri mütləq öyrənilməli, ümumən döyüş taktikaları aparma texnikasına da nəzər yetirilməlidir. Bu kimi metodlar çox zaman böyük öldürücü gücü olan silahlardan da dağıdıcı effektə malikdir”.

Bu təlimatın qəbul edilməsindən sonra artıq ABŞ müharibə aparma konsepsiyasinda xüsusi müharibə metodları başlıca yer almağa başladı. Koreya müharibəsinin öz cəmiyyətində acı nəticələrini dadan ABŞ, Vyetnama ordu göndərməmişdən əvvəl artıq daxildə ideoloji hazırlıqlar aparmağa start verdi. Bu hazırlıqların ilkin mərhələsində həm cəmiyyət, həm ordu nəzərdə tutulurdu. İnsanlar artıq Amerikanın başqa bölgələrdə müharibələr aparmasını alqışlayır, onların başqa xalqların rifahı üçün çalışdığına əmin olurdular. Orduda da artıq döyüş əhval-ruhiyyəsi böyüyür, əsgərlər həşərat saydıqları vyetkonqları əzmək üçün hər zaman hazır olduqlarını bəyan edirdilər. ABŞ quru, dəniz və hava qoşunlarında psixoloji müharibə metodlarına başcılıq “Vyetnama yardım komandanlığı”nın baş qərərgahı yanında PİM baş idarəsinin öhdəsinə düşürdü.

Yaradılmış xüsusi taburların vəzifəsi təbliğat materiallarının hazırlanması və yayılması olduğu üçün onların silahlanmasında çap və nəşr avadanlıqları, səsverici və gücləndirici aparatlar, kinoproektorlar qurulmuş maşınlar və s. kimi texnikalar var idi. Adi psixoloji əməliyyatların quru qoşunlarına aid olan hissəsinin komandanlığında 1000-dən çox əməkdaş çalışırdı ki, bunlardan 118 nəfəri Vyetnam dilini mükəmməl bilirdi. Həmçinin yüzlərlə vyetnamlılar əməkdaşlığa cəlb olundular ki, əsas prioritet olaraq əks tərəfin əhalisinin adət ənənələri, dini sitayiş elementləri, inanc yerləri, ümidləri və s. kimi müddəalar götürülürdü. Əməkdaşlar ilkin olaraq “Yusia” və “Amerikanın səsi” agentlikləri ilə sıx əlaqə qurdular.

Döyüşlərin başlandığı fazada isə döyüş komandanlıqları yerlərdəki qüvvələrlə fasiləsiz təmasda olurdular. Onların vəzifəsi düşmənin əzmini qırmaq, onun sıralarında qorxu, inamsızlıq, əsəb yaratmaq idi. Bunun üçün Amerika ordusu ilə PİM qrupları əhali arasında insanlığa sığmayan və qadağan olunmuş metodlardan istifadədən də çəkmirdilər. Məsələn, əhali və qarşı tərəfin qüvvələri arasında vahimə yaratmaq üçün Hanoy şəhərinin 60-cı kilometrliyində yerləşən Fuli qəsəbəsi yer üzündən silindi. Qəsəbə və kəndləri güclü bombardmana məruz qoydular, əhali ağır yanıqlar və ağrı şokuna məruz qalırdı. Bombardman üçün napalm diyircəklə doldurulan və içində kiçik oxlar olan bombalardan istifadə edilirdi. Belə metodlar əksər hallarda öz bəhrəsini verirdi. Kəndlərdə əhali öz qoşunlarına qarşı çıxır, böyük sayda Vyetnam əsgərləri kəndlərinin bombalanmaması üçün təslim olurdular.

İkinci Dünya Müharibəsi metodları yenidən gündəmə gəlirdi. Cəngəlliklərə, vyetkonq əsgərləri ola biləcək ərazilərə, ölü və yanmış əsgərlərin şəklini, Vyetnam ordusunda xidmətin ağır və təhlükəli olduğunu bildirən yazılı və Vyetnam ordusunun komandanlığının kənarda pulları var-dövləti var deyə vərəqlər atırdılar. Bundan əlavə ərazinin bombalanacağı haqqında xəbərdarlıqlar da olurdu ki, bu isə çox zaman öz bəhrəsini verirdi. Cəngəlliklərdən napalm qorxusundan qaçan əsgərlər açıq ərazilərə çıxır, bu zaman Amerika əsgərlərinin pulemyot və artilleriya atəşinə düşür, ya da kütləvi əsir götürülürdülər. Bundan əlavə, dinc sakinlərə qarşı da müxtəlif “sülhsevər aksiyalar” həyata keçirilməkdə idi. Məsələn, “Amerika vətəndaşlarından “Vyetnamlılara hədiyyə” aksiyası altında ABŞ təyyarələrindən Vyetnam kəndlərinə atılan minlərlə bağlamada siqaret, saqqız, konfet, diş pastası, düyü, oyuncaq və bir sıra ərzaqlar, əşyalar olurdu. Bununla da, Vyetnam əhalisinin ABŞ-ın sülhsevər olduğuna inandırılması üçün əməliyyatlar keçirilirdi. ABŞ dövlətinin Vyetnamda məğlubiyyətinə baxmayaraq, PİM metodları öz bəhrəsini verdi. Ümumən 250 mindən çox vyetnamlı könüllü olaraq təslim oldu. Bu da savaş anlamı üçün çox böyük rəqəmdir.

Əfqanıstan və Sovet İttifaqı arasında baş verən savaşda sovetlərin PİM idarələri müxtəlif vasitələrdən istifadə etməyə başladılar. Bu zaman təbliğat materialları doldurulmuş mərmilər, səsgücləndirici quraşdırılmış texnikalar və radioyayım kimi vasitələr işə keçdi. Bundan əlavə, həbs edilən mücahidlərin bir çoxunu həbsdən azad edərək onları öz kəndlərinə göndərir, müqavimətin lazımsız olduğu haqda bilgilər vermək tələb olunurdu. PİM fazasında əhaliyə maddi və tibbi yardım ayrılması da nəzərdə tutulurdu. 1988-ci ilə qədər 5680 ailəyə təmənnasız olaraq yardım və 20325 ailəyə tibbi yardım edildi. Bundan əlavə “yanacaq” metodları da gündəmdə idi. Bu metodlara görə uzaq qışlaqları, sərhəddə yaxın ərazilərin, magistral yolların yaxınlığında məskunlaşmış kəndlərin əhalisinə pulsuz ağ neft paylanılırdı ki, bu da həmən vaxt Əfqanıstanı üçün çox böyük bir yardım idi. Kənd və qışlaqlarda elektrik enerjisi, qaz olmadığından ağ neft qızıl kimi qiymətli idi. Bu da əsas yollarda diversiya aktlarının qarşısını azacıq da olsa ala bilirdi. Bu zaman PİM aparan orqanların əsas vəzifəsi əhali tərəfindən müxalif mücahidlərin sıralarına axının qarşısının alınması, əhali tərəfindən agenturaya cəlbetmələr və mücahidlərə müqavimətin təşkil olunması idi. Metodlar arasında qeyri-ənənəvi aspektlərə də rast gəlinirdi. 1985-ci ildə xüsusi təbliğat idarəsinin zabitləri əfqan dilində, Əfqanıstanda hərəkatda olan mücahid liderləri haqqında 1000-lərlə alçaldıcı lətifələr kitabı hazırlayaraq paylamışdılar. Bu da onlara inamın azalması üçün aparılan təbliğat idi ki, əsasında onların lazımsız və gülünc olmasına işarə idi. Lakin sovet təbliğatı idarələrinin keyfiyyət və iş prinsipi baxımından ABŞ-ın PİM idarələri qarşısında effektsizliyi və zəifliyi mübahisəyə gəlməz bir fakt olaraq qalmaqda idi.

Qarabağ müharibəsi

Ermənistanın Azərbaycana qarşı apardığı qəsbkar müharibə şəraitində ilkin olaraq Ermənistan PİM aspektlərinə müraciət etdi. Hələ münaqişənin əvvəlində lobbi təşkilatları vasitəsi ilə dünyaya bu “yazıq xalqın vəhşi türklər” tərəfindən tarix boyu sıxışdırılması, qətliamlar, qırğınlar haqqəmda əfsanələri yeridilməyə başladı. Qarabağ ermənilərinin haqqının tapdanması, onların sıxışdırılması kimi məlumatlar yayılmağa başlandı. Münaqişənin ilkin dövrlərində “Krunk” və “Daşnaksutyun” terrorçu partiyaları hər zaman Azərbaycanlı əhaliyə basqı zamanı, məlumatları öz xeyirlərinə dəyişməyə müvəffəq olurdular. Bununla Azərbaycanı dünyada qəsbkar və barbar bir toplum kimi təqdim etməkdə israrlı idilər.

Sumqayıt hadisələri zamanı SSRİ DTX-sı ilə sıx əlaqədə olan Ermənistan xüsusi xidmət orqanları baş vermiş faciəni dünyaya fərqli çatdırmağı bacardılar. Bu zaman erməni vətəndaşı və DTX agenti olan şəxsin hazırladığı ixtişaş azərbaycanlıların ayağına yazıldı və dünyada qınandı. Qarabağ savaşı dövründə də belə nümunələr az deyil. Xocalı qətliamı zamanı ermənilər “Stepanakert üçün təhlükə yaradan” yaşayış məntəqəsində hərbi əməliyyatlar zamanı dinc əhali üçün dəhliz qoyduqlarını və bu dəhlizin azərbaycanlılar tərəfindən atəşə tutulduğunu bəyan etsələr belə, ərazidə olan xarici KİV nümayəndələrinin müdaxiləsi nəticəsində məqsədlərinə çata bilmədilər. Dünya Xocalıda törədilən vəhşiliyi ilk mənbələrdən alaraq həqiqəti bildi və Ermənistan ilk olaraq PİM-də zərbə aldı. Apardıqları informasiya savaşında hər zaman öndə olan Ermənistan, əldə edilən bütün vasitələrdən yenilik qismində istifadə etməkdə maraqlıdır.

2017-ci il iyulun 4-də yaşayış məntəqsini atəşə tutan Ermənistan silahlı qüvvələrinin mərmisindən həyatını itirmiş 2 yaşlı Zəhra haqqında dünyaya yeni bir yalan yeritmək istədilər. Guya Azərbaycan ön xətdə dinc əhali yerləşdirməklə şantaj əməllərinə qurşanıb. Bu zaman da Ermənistanın düşündüyü kimi PİM baş tutmadı. Artıq Azərbaycan da bu sahədə addım atmış, Ermənistanla hərbi aspekdən başqa informasiya aspektindədə peşəkar səviyyədə danışmağa başlamışdı. Bu zaman isə əks-reaksiya özünü göstərməyə başladı. Ermənistanda tələbələr, əsgər valideyinləri, ictimai mitinqlər başladı. Əhali bu müharibəyə qarşı olduğunu bəyan etdi. Gənclər əsgəri xidmətdən imtina etdilər. Bunun qarşısında aciz qalan Ermənistan hakimiyyəti qarşılanma tədbiri kimi kütləvi həbslərə üstünlük verdi, bu isə münaqişəni daha da dərinləşdirdi.

Psixoloji müharibə anlayışının “əsəblər müharibəsi” adlandırılması təsadüfi deyil. Müasir dünyada tarixi PİM-lərə KİV və sosial şəbəkələr də qoşulub. Əsasən PİM müharibəsi, əks-kəşfiyyat yönlü olaraq xüsusi xidmət orqanları, ordu, kəşfiyyat idarələri, təhlükəsizlik xidmətləri tərəfindən toplum şəkildə aparılır. Düzdür, bu sahədə düşmənin PİM müharibəsinə qarşı həmlə göstərən aktiv insanlar da var. Qarşı tərəf üçün bu insanlar hər zaman təhlükə mənbəyi və hədəfdirlər. Çünki dövlət və hökumət strukturundan kənarda olan bu insanlar daha sərt, daha innovasyalı mübarizə üsullarına əl atır, böyük maraq dairəsi olan sosial şəbəkə və elektron vasitələrlə bağımsız olaraq mübarizə aparırlar. Onlar üçün çərçivə yoxdur. Aparılan müharibənin hüdudları durmadan genişlənməkdədir. Bu zaman əsas ortaya atılmış ideya və bu ideyanın yayıcılarıdır. İdeya bu gün sosial şəbəkədən, KİV-dən başlasa belə, yayımında sonradan ümumtəhsil müəsisələrini, cəmiyyətin təbəqələrini, hətta hökumət və dövlət orqanlarını bürüyəcəyi şəksizdir. Bütün bunların qarşısının alınması, əsas təsir metodlarının hazırlanması əsasən dünyada qloballaşan internet şəbəkəsində bir sıra tədbirlərin işlənib hazırlanması üçün zəmindir. Məhz bu zaman ortaya atılmış provokasiya vasitələri zərərsizləşdirmək, onların əhatə dairəsini məhdudlaşdırmaq olur. Hazırda PİM-lər dünyada silah və digər vasitələrin yenilənməsindən də sürətlə yenilənməkdədir ki, onunla mübarizə metodları da yenilənməli və “qeyri-ənənəvi” metodlar seçilməklə təkmilləşməlidir.

Hərbi ekspert Abuzər Əbilov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Gözəgörünməz-müharibələr   Psixoloji-müharibələr  

Gözəgörünməz müharibələr: Psixoloji və ideoloji savaşlar – Hərbi ekspert (FOTOLAR)

2018/03/4_6085081528.jpg
Oxunub: 4155     15:10     17 Mart 2018    