Azərbaycan və Ermənistan ordusunun silahlanması SIPRI hesabatında - HƏRBİ EKSPERT (ANALİZ)

2018/03/000_1521197114.jpeg
Oxunub: 6221     15:09     16 Mart 2018    
Ötən günlərdə "Stohkolm Sülh araşdırmaları İnstitu"nun (SIPRI) dünya ölkələrinin silah idxalı üzrə araşdırmaları dərc olundu. Aydındır ki, bizi daha çox maraqlandıran öz ölkəmizin və işğalçı düşmənin silah idxalıdır.

Düşmənin silah idxalından onun hansı sahələri bərkitmək istəyi və hansı ssenari ilə müharibə aparmaq istəyi haqqında dolayı yolla məlumat almaq mümkündür. Ona görə də bəzən idxalın nəinki bir komponenti gizlədilmir, onun kommutativ digər bir komponenti haqqında məlumatlar da SIRPI-dan gizlədilərək verilmir. Məsələn, Ermənistan ordusu 2016-2017 hesabat ilində Rusiyanın müasir daşınan "Verba" zenit raketlərini alıb. Bu raketlərin "İqla-S" raketlərindən üstünlüyü onun daha hündürdən (4500 metr) uçan hava hədəflərinə qarşı da mübarizə apara bilməsidir. Bundan əlavə bu raketin infraqırmızı başlığı üç dalğa uzunluğu diapazonunda işlədiyindən, müxtəlif temperaturlu istilik mənbələrini, infraqırmızı aldadıcı qurğularını ayırdetmə qabiliyyətinə malikdir. Yəni, bu başlıqlar od püskürən yayındırıcı təyyarə sistemlərini, reaktiv mühərrikləri və kiçik ölçülü daxili yanma mühərriklərini ayırd edə bilir. Bunlar istehsalçının reklam xarakterli deklarasiya olunmuş məlum taktiki-texniki xüsusiyyətlərdir. Lakin bu sistemlərlə birlikdə bir neçə formada hava kəşfiyyatı və hədəfəyönəldici qurğular da ixrac olunur ki, onların xüsusiyyətlərinə görə idxalçının bu silahı hansı taktiki konsepsiya daxilində istifadə etmək niyyətini aşkar edir. Elə bu TƏİR üzərində də misal gətirək.

"Verba" TƏİR-i idxalçının arzusu ilə 1L122 kiçikölçülü nəzarət və aşkarlayıcı radiolokatoru ilə təhciz olunur ki, bu da atəş açan əskərin müşahidə qabiliyyətinə arxayın olmadan, 40 kiliometr məsafədən təyyarə və helikopter tipli hədəfləri, 20 kilometr məsafədən isə PUA tipli hədəfi aşkar edərək müəyyən edir, uçuş istiqamətini göstərir, bir-birindən aralı yerləşən atəş nöqtələrinə kabel və ya radio vasitəsilə ötürür. Atəş nöqtəsindəki əsgərin sol gözünə bağlanmış portativ ekrana ona yaxın olan hədəfin xüsusiyyətləri ötürülür.

Burada maraqlı bir vəziyyət yaranır. Bu kiçikölçülü radiolokator iki taktiki xüsusiyyətdə istehsal olunub. Birinci ifada antennasının ölçüsü 1200×800 mm olan 1L122-1E radiolokatorun bütün idarəetmə və təhcizat sistemləri ilə birgə çəkisi 150 kiloqram olaraq, 30 kiloqramlıq əskər komplektlərinə bölünür ki, piyada hərəkət edərək çətin relyefdə mövqe tutan hərbi birləşmənin (dəstənin) istifadəsinə yararlı olsun.

İkinci ifada isə antenna müstəvisinin ölçüləri 1900×1200 mm olan 1L122-2E radiolokatorunun bütün sistemləri 900 kq çəkidə olaraq müxtəlif avtomobillər üzərində qurulur. Bu sistemin aşkaretmə məsafəsi 80 km, aşkaretmə hündürlüyü 20 km (10 km yüngül ifada), aşkaretmə bucağının dəqiqliyi 50% artıq olaraq, 1° təşkil edir. Əlbəttə ki, bu sistem dağ atıcılarına yaramır. Onu hərəkət zamanı qısamüddətli dayanacaqlardan istifadə etmək mümkündür. Bu vasitə manevrdə, marşda olan hissələr üçün daha məqsədəuyğundur. Əlbəttə düşmən özünün tank birləşmələrini, böyük kolonlarını marş zamanı özüyeriyən Zenit Raket Kompleksləri vasitəsilə müdafiə etməyə çalışacaq. Bundan əlavə düşmənin stasionar NNM divizionları işğal altında olan torpaqların hava akvatoriyasını tam əhatə edir.

Buradan maraqlı suallar doğur: Düşmən onsuz da artıqlaması ilə təhciz olunduğu daşınan HHM vasitələrini nə məqsədlə artırmağa çalışır? Buna cavab tapmaq onların hansı müvafiq radiolokatorlarla komplektləşdirildiyi bilinəndən sonra daha asan olacaq.

Düşmənin idxal etdiyi silahların içində 9M133 "Kornet" taknəleyhinə raket sistemləri də var. Qeyri-mütəxəssislər tərəfindən belə qəbul olunub ki, TƏİR müdafiəyə hazırlaşan tərəfin silahıdır. Müəyyən mənada bu düzdür. Bu silah mövqeləri tanklardan, hətta aşağıdan uçan helikopterlərdən də müdafiə etməkdən ötrüdür. Amma bu mövqe, hücumda olan birləşmənin də mövqeyi ola bilər. Bu silahın istehsalçısı olan "Tula maşınqayırma zavodu"nun annotasiyasında belə yazılıb: "Kornet kompleksi yüksək mobilliyə malik universal hücum-müdafiə vasitəsi olaraq, piyada qoşunlarının tanklara qarşı müdafiə qabiliyyətini artırmaq, hücumda isə düşmənin müxtəlif dayanaqlı atəş nöqtələrini susdurmaqdan ötrü nəzərdə tutulub".

Bu silah həm piyada hərəkət edən, həm də müxtəlif nəqliyyat vasitələrində hərəkət edən mobil piyada dəstələrində istifadə olunur. Buraxıcı qurğunun 26 kq çəkisi və raketlərin bağlı plastik konteynerlərinin çəkisi 30 kiloqram olduğundan, piyada hərəkət edən dəstənin bu silahla təhcizatı xüsusi əməliyyatlar istisna olmaqla, məqsədəuyğun deyil. Xüsusi əməliyyat kimi düşmənin Murovdağdakı postlarımıza hücum əməliyyatını qəbul etsək, bu silahın ciddi bir vasitə olması aydın görünür. Lakin, "hər gözəlin bir eyibi olduğu kimi", bu sistemin də çox ciddi bir eyibi var. Bu sistemin raketi yalnız lazer şüasından əmələ gəlmiş "koridorun" içində hərəkət edir. Yəni lazer şüasını bir ip hesab etsək, bu raket həmin ipə sancılmış bir muncuq kimi hərəkət edəcək. Əlbəttə, Rusiyanın "Kornet-E" sistemindən başqa nisbətən başqa xarakterli “Kornet-EM" və “Kornet-D" sistemləri də var. Məsələn Azərbaycan 2013-cü ildə bu sistemin daha mükəmməl versiyasını alıb. Lakin Ermənistanın aldığı 9M133 raketləri təxminən 200 m/san orta sürətlə lazer şüasının içində hərəkət edir. Atış məsafəsi 5500-6000 metrə qədərdir ki, atıcı operator təxminən 30 saniyə ərzində lazer şüasını hədəfin üzərində saxlamalıdır. Onların raketləri yarı yolda olanda, postda olan S-60 topunun yüksək hazırlıqlı və təhcizatlı heyəti atəş nöqtələrini aşkar edərək məhv edəcək. Bu da dolayı yolla raketin məhvi deməkdir. Çünki "atdın-unutdun" raketlərindən fərqli olaraq "Kornet" lazer şüası olmadan idarəni itirir və məhv olur.

Bundan əlavə 2006-2007 hesabat ilində düşmən ordusu bir batareya (6 buraxılış qurğusu) BM-9A52 "Smerç" uzaqvuran reaktiv atəş sistemləri əldə edib ki, bu da onların ordusunun atəş gücünü artırıb.

Həmin hesabat ilində Azərbaycan ordusunun idxalı daha möhtəşəmdir. 2013-cü ildə sifariş verilən 36 ədəd TOS-1 ağır alovsaçan qurğuların tədarükü başa çatdırılıb.

Bundan əlavə 24 ədəd TOS-1A ağır odsaçanları da alınıb ki, bu da ordumuzun Quru Qoşunlarının uzunmüddətli betonlaşdırılmış mühəndis-müdafiə qurğularına qarşı mübarizə qüdrətini artırıb. Bu isə öz növbəsində Quru Qoşunlarının aviasiya zərbələrinə olan tələbatını müəyyən qədər azaldıb ki, aviasiyanın daha rasional tətbiqinə imkan verəcək.

2017-ci ildə alınan əlavə 40 ədəd BTR-82A zirehli transportyoru piyada qoşunlarının döyüş qabiliyyətini daha da gücləndirəcək.

24 ədəd 9P157-2 “Xrizantema-U" TƏİR kompleksi və onun üçün 800 ədəd 9M123 raketləri cəbhə xəttinin düzənlik boyu uzanan Azərbaycan ordusunun tank əleyhinə müdafiə qabiliyyətini qat-qat artıracaq. Bu sistemin raketləri səsdən iti 400 m/san sürətlə uçduğundan, taktiki xüsusiyyətləri daha üstündür. "Kornet"dən fərqli olaraq həm lazerlə, həm də millimetlik dalğa diapazonunda idarə olunur. Sistem iki kanallı olduğundan eyni zamanda iki hədəfə atəş açmaq mümkündür.

Bu raketlə 340 km/saat sürətlə uçan hava hədəflərini də vurmaq mümkün olduğundan, ən sürətli helikopterləri də məhv etmək mümkündür. Maksimum sürəti ilə manevr edən tank da bu ağır TƏİR-dən yayına bilməz. Çünki 60 km/saat sürətlə manevr edən hədəfi dayanaqlı müşayətə götürüb zərbə endirə bilir. Raketin uzunluğu 2 metr, start çəkisi 46 kq (bağlı start konteynerində 54 kq) olduğundan yalnız nəqliyyat vasitəsində yerləşdirilir. Xrizantemanın nəqliyyat vasitəsi BMP-3 PDM-inin şassisi bazasında yığılıb.

Bu il "Tatra" 815 dördoxlu avtomobili üzərində yığılan Çexiya istehsalı RM-70 tipli 122 mm-lik 10 ədəd yaylım atəş sistemləri alınıb. Çexiyanın bu sazişdə əli olmamasını bildirdiyinə görə, həmin silahın istifadəçisi olan 20 dövlətin hər hansı birindən alınması ehtimal oluna bilər. Belə addım əsasən təqdir olunmayan bir addımdır. Lakin "Tatra" avtomobili dünyada geniş yayıldığından, mülki avtomobillərin demək olar bütün qovşaqları bu hərbi avtomobillə unifikasiya olunduğundan, hərbi tədarükçülər bizim fikrimizcə bu sövdələşmədə uduzmayıb. Avtomobilin şassisinin uzunluğu imkan verir ki, platforman ortaslnda, kabina ilə artilleriya hissəsinin arasında sursat daşıyıcı və doldurucu qurğusu yerləşdirilsin. Bu qurğu yaylım atəşindən sonra qısa bir zamanda paketi doldurmağa imkan verir. Avtomobilin artilleriya hissəsi BM-21"Qrad"la eyni olduğundan, bu sahədə də istismar problemi yarana bilməz. "Tatra" şassisini isə 50 ildir ki “heç kimin öldürə bilməyəcəyi" şassi adlandırırlar. Atəşi idarəetmə və hesablayıcı sistemlər isə İsrail tərəfindən montaj edildiyindən, istismar problemləri olmayacaq.

DANA-nın əcaib görünüşünə baxmayaraq, mühərrik və şassisi açıq satışda olan kommersiya avtomobili TATRA-815 ATP-50 avtoqaldırıcısı ilə eynidir. Müəyyən dəyişikliklər edilib ki, şassi 50 santimetr enəlib. Burada da atış idarəetmə sistemi İsrail istehsalıdır. Maraq doğuran yalnız haubitsanın avtomatik mərmi doldurma sistemidir. O qovşağın texniki xidmət və ehtiyat hissələrlə təhcizatında çətinlik yarana bilər. Lakin Müdafiə Sənayesi Nazirliyimizin istismarında olan 5 müstəvili pressesiyalı çoxşpindelli dəzgahlar ən mürəkkəb detalı da təkrarlamaq imkanına malikdir. Belə detalları təkrarlamaq yolu ilə ölkə müəssisələrində sənaye mədəniyyətini qaldırmaq mümkündür. Gələcəkdə yaradıla biləcək öz sistemlərimiz üçün texniki bünövrə qoyula bilər.

Əlbəttə, ölkəmizin əsassız və haqsız silah embarqosunda olması belə idxal taktikasını seçməyə məcburiyyət yaradır.

SIPRI-nın verdiyi məlumata görə, ölkəmiz 2017-ci ildə İsraildən "Zərbə" modifikasiyası ifasında 40 ədəd "Orbiter-1K" pilotsuz uçuş aparatları də alıb. Bu isə ordumuzun xüsusi əməliyyatlar imkanını artıraraq, bu əməliyyatlarda insan həyatı riskini azaltmağa imkan verəcək.

Bu ilin tədarükləri arasında İsraildən alınmış və Azərbaycanın hərbi tərsanəsində yığılmış 4 ədəd OPV-62 ("Saar 62" tipli) gəmi komplektləri maraq doğurur. 470 ton su basımı, 61,79 metr uzunluğu olan bu gəmilər 32 dəniz mili sürətilə hərəkət edə bilir (təxminən 60 km/saat) və 13 millik patrul hərəkət sürəti ilə 5000 mil bazaya qayıtmadan xidmət apara bilir. Dəniz akvatoriyamızın ölçülərini nəzərə alarsaq, bu 20 sutkadan artıq avtonom xidmət deməkdir.

Bu gəmilərin təhcizatı üçün dəniz ifasında alınmış "Spayk" TƏİR-lərini də görmək olar. İsrail mənbələrindən aldığımız məlumata görə, bu TƏİR-lər "Spayk-NLOS" variantındadır. Belə silah gəminin subasımını, xətti ölçülərini və heyətini artırmadan onun atəş qüdrətini artırmağa imkan verir. Bu silahla sahil müdafiə gəmilərimiz oxşar tipli gəmilərlə onların atəş vasitələrinin təsir dairəsinə girmədən 25 km məsafədən mübarizə apara bilərlər. 4 gəminin qiyməti Kipr Respublikası üçün düzəldilmiş eyni tipli gəmilərlə müqayisə etdikdə, təxminən 200 milyon dollar civarında ola bilər.

Bu dörd gəmi əvvəllər istehsal olunmuş 6 ədəd "Şaldağ" patrul katerləri ilə birlikdə Azərbaycanın HDQ-nin döyüş qabiliyyətini çox yüksəldəcək. Türkan tərsanəsində özülü qoyulmuş 2 ədəd Saar 72 tipli korvetləri istifadəyə verilərsə, ölkəmiz Xəzər akvatoriyasında ən güclü hərbi dəniz qüvvələrinə malik 2-ci ölkə olacaq. Çünki 800 ton subasımı olan bu gəmilər hərbi helikopterlə, 8 ədəd gəmi əleyhinə "Qabriel"(Harpunla əvəz oluna bilər) raketləri ilə, "Barak-8" Zenit raket kompleksi ilə və 76 mm-lik çox gözəl xüsusiyyətlərə malik "Oto Melara" istehsalı baş artilleriya qurğusu ilə, sualtı qayıqları aşkarlayıb onlara bomba-torpeda hücumu təşkil edən sistemlərlə təhciz olunur.

Məsələn, Rusiyanın Xəzər dəniz qüvvələrinin flaqmanı "Dağıstan" gəmisi 1700 ton subasımı olmasına baxmayaraq, subasımının böyük bir hissəsini qurunun dərinliklərinə 2500 km dərinliyində hücum edə bilən qanadlı raketlərin 8 buraxılış qurğusu və bu raketlərin ehtiyat anqarları zəbt edir. Eni 250-300 km, uzunluğu təxminən 1000 km olan qapalı göl hövzəsində gəminin bu silahla təhcizatı təəccub doğurur. Sağ əllə sol qulağı qaşımaq təəsüratı yaradır. Amma gəmiyə vacib lazım olan HHM vasitələri "Saar 72" gəmisindən qat-qat zəifdir.

Bu baxış göstərir ki, ölkəmizin silah tədarükü imkan çatdığı səviyyədə qənaətbəxş aparılır. Qalır elə iqtisadi inkşaf modeli qurmaq ki, bu vacib silahlanma zərurəti ölkəmizin xəzinəsinə qaldırılmaz yük olmasın.

Hərbi ekspert Vüqar Miraslanov
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Azərbaycan   Ermənistan   SIPRI  

Xəbər lenti

Azərbaycan və Ermənistan ordusunun silahlanması SIPRI hesabatında - HƏRBİ EKSPERT (ANALİZ)

2018/03/000_1521197114.jpeg
Oxunub: 6222     15:09     16 Mart 2018    