Ukraynanın qılınc və qalxanı: 2017-ci ildə müdafiə sənaye kompleksinin əsas nailiyyətləri – ARAŞDIRMA (III Yazı)

2018/03/1_1521188275.jpg
Oxunub: 4684     16:25     16 Mart 2018    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

2017-ci il Ukrayna müdafiə sənayesinin zirehli texnika, aviasiya və gəmiqayırma sənayesində, yüksək dəqiqlikli silah istehsalı, radiolokasiya və radio rabitə, hava hücumundan müdafiə sistemlərinin istehsalında əsas nailiyyətlərini nəzərdən keçirək. Bu silsilə yazıların hazırlanması üçün "Ukroboronprom"a daxil olan yüzlərlə şirkətlərin 2017-ci ildə istehsal nəticələri öyrənilib və analiz edilib. Açıq mətbuatda dərc edilən məlumatlardan məlum olur ki, Ukrayna hazırkı şəraitdə də fəal surətdə hərbi-texniki potensialının genişləndirir.

Bu məqalədə dövlətin güclü dəmir yumruğunu yaradan Ukrayna hərbi-sənaye kompleksi (HSK) zirehli müəssisələrin nailiyyətlərinə nəzər salmaq niyyətindəyik.

Zirehli vasitələr, artilleriya silahları, xüsusi texnikalar

2017-ci ildə Ukraynanın müdafiə sənayesinin qabaqcıllarından biri - Xarkov dövlət müəssisəsi olan "V. O. Malışev adına zavod" Ukraynanın Şərqində hərbi əməliyyatlardan təmir üçün gətirilən "Bulat" əsas döyüş tanklarının fəal bərpasını təklif etdi. 2017-ci ilin noyabr ayından etibarən 53 döyüş vasitəsi tam bərpa olundu, 12 ədəd tank isə hazırda təmir olunmaqdadır. 2017-ci ilin iyulunda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının "milli təhlükəsizlik ehtiyaclarını və Ukraynanın Milli müdafiəsinin maliyyələşdirilməsi üçün təxirəsalınmaz tədbirlər haqqında" qərarı qüvvəyə mindi. Bu qərarla USQ-nə 300 milyon qriven dəyərində əvvəllər ancaq ixrac edilən müasir "Oplot" tanklarının təqdim edilməsi nəzərdə tutuldu.

Əsas döyüş tankı "Oplot"

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovun sözlərinə görə, 2018-ci ildə dövlət müdafiə sifarişi (DMS) bu seriyadan olan ən azı 10 tankın istehsalını nəzərdə tutur. Şirkət həmçinin "Oplot" tanklarının əvvəlki modeli T- 84 tanklarının əsaslı təmir və yenilənməsinə də başlayıb.

Hərbi əməliyyatlar zonasında USQ-nin atəş gücünü artırmaq üçün T-80QP tanklarının bərpası Xarkov zavodunun mütəxəssisləri tərəfindən başa çatdırılıb.

Zavod mühərrikləri, transmissiya və hərəkətli şassi hissələrini tam bərpa edib. Tanklara müasir elektron avadanlıqları, atəşi idarəetmə sistemləri quraşdırılıb, mühafizəsi gücləndirilib. Tanklara 70 km/saat qədər sürətə çatmağa imkan verən 1250 at gücündə qaz turbinli mühərriklər ilə təchiz olunub. Buna görə də onu haqlı olaraq "uçan tank" adlandırırlar. Hal-hazırda, USQ-də olan 5 desant-hücum briqadasının hər birində bu tanklarla silahlanan bir tank bölüyü mövcuddur.

T-80 əsas döyüş tankı

Bundan əlavə, "Xarkov" zavodu T-64 əsas döyüş tanklarının bütün təmir-bərpa işlərini həyata keçirir. İlkin məlumatlara görə, zavod 2017-ci ildə USQ-yə ən azı 50 ədəd zirehli nəqliyyat vasitəsi təhvil verib.

"Xarkov" zavodu tərəfindən bərpa edilən T-64 tankının USQ-yə göndərilmədən öncə sınaqdan keçirilmə videosu

Morozov adına "Xarkov Maşındüzəltmə konstruktor burosu" 2017-ci ildə yeni zirehli personal daşıyıcıları BTR-4E ilə Ukrayna ordusunun təchizatını gücləndirməkdə davam etdi. Ötən il ərzində büro seperatçılara qarşı faktiki döyüş şəraitində tətbiq təcrübəsini nəzərə alaraq, zirehli personal daşıyıcılarının texniki xüsusiyyətlərinin yaxşılaşdırılması üçün tədbirlərin tam spektrini həyata keçirdi. Zirehli vasitələr artıq daha güclü və sakit mühərriklə təchiz olunub, silahlar təkmilləşdirilib, mina əleyhinə müdafiə güçləndirilib, silah və sursat təchizatı və idarə edilməsi müəyyən qədər dəyişib. Donbas müharibəsindən öncə bu modifikasiyada olan yüzlərlə zirehli personal daşıyıcıları büro tərəfindən USQ-yə təhvil verilib.

2017-ci ilin sentyabrında "Xarkov Avtomobil Zavodu" MT-LB şassisi üzərində olan UR-77 özüyeriyən reaktiv minatəmizləmə qurğularının təmiri üçün tenderin qalibi oldu.

"Kiyev zirehli tank zavodu" ordunun atəş gücünü artırmaq üçün təhlükəsizlik orqanlarına 50-dən çox yeni BTR-3DA təqdim etdi.

Bu ZPD-nin əsas üstünlüyü 30 mm ZTM-1 avtomatik topuna malik BM-3M "Storm-M" zirehli döyüş moduluna sahib olmasındadır; modul iki istiqamətdə sabitləşdirmə funksiyasına malikdir və dəqiqədə 330 atəş tezliyini təmin edir. Mühərrik Almaniyanın "Deutz" şirkətindən, avtomatik transmisiya isə Amerikanın "Allison" şirkətindəndir. BTR-3DA bu arsenalla - 7.62 mm KT pulemyotu 2000 mərmi ilə, KBA-117 avtomatik qumbaraatanı, dinamik müdafiə olmadan 800 mm zirehi 5 km məsəfədən dəlib keçə bilən "Baryer" TƏİR kompleksi - faktiki olaraq hər hansı bir düşmən zirehli vasitəsi üçün ölümcül təhlükə yaradır.

2017-ci ildə KBZ T-64 və T-72AV tanklarının yenidən qurulmasını da həyata keçirdi. Bundan əlavə, keçən il zavod öz layihəsini - yeni modernləşdirilən T-72AMT tankını təqdim etdi.

Tank "Bıçaq" adlı yeni dinamik müdafiə, kumulyativ sursatlara qarşı barmaqlıq, yeni elektron optik avadanlıq, Türkiyənin ASELSAN və Ukraynanın "Libid K2" şirkətlərinin rəqəmsal radiostansiyaları və müasir peyk naviqasiya sistemi ilə təchiz olunub. 2017-ci ildə müəssisə tərəfindən istehsal olunan, modernləşdirilən və bərpa edilən zirehli nəqliyyat vasitələrinin ümumi sayı 100 ədədən çoxdur. Xatırladaq ki, Kiyev zavodunun mobil briqadaları son bir ildə əməliyyat zonasında birbaşa zirehli vasitələrin təmiri ilə məşğul olublar və döyüşdə zədələnən 50-dən çox texnikanı yerində bərpa ediblər.

2017-ci ildə Ukraynanın Silahlı Qüvvələri Kiyevin "Praktika" ETB-nin özəl müəssisəsi tərəfindən istehsal olunan xüsusi zirehli "Kozak-2" avtomobilini qəbul edib. Zirehli avtomobil hər cür yol və ərazi ilə 10 nəfərə qədər şəxsi heyəti və hərbi yükü daşımaq üçün nəzərdə tutulub. Ekipajın atəş dəstəyi üçün, zirehli avtomobil 12.7 mm-lik pulemyot ilə silahlandırılıb. Onun hazırlanması zamanı əvvəlki modelin Donbasda döyüş tətbiqi zamanı bütün xüsusiyyətləri nəzərə alınıb. Yeni seriyada daxili yanğın söndürmə sistemi, şinlərin dayanmadan doldurulması, ön və arxa şüşələrin qızdırılması sistemi ilə təchiz olunub. Bu döyüş avadanlığının üstünlükləri artan zireh qorunması səviyyəsidir və STANAG-ın ikinci səviyyəsinə uyğun gəlir. Bunu, 7.62 mm-lik kiçik silahların və döyüş sursatlarının parçalarının qarşısını alan Finlandiyanın "Miilux" firmasının 12 mm zirehli poladdan ibarət təbəqələri təmin edir. Ekipajın etibarlı qorunmasını PSZA-5 səviyyəsinə uyğun olan mina əleyhinə zirehli kapsul, yüksək keçicilik qabiliyyətinə isə "Iveco Eurosargo" 4x4 tam ötürücülü şassisi və 5.9 litr həcmli 280 at gücünə malik "Iveco Tector" turbodisel mühərriki (həcmi 5.9 litr) zəmanət verir. Noyabr ayında "Pratkika" ETB müəssisəsi USQ-yə 10 ədəd zirehli texnika təhvil verdi.

Bundan əvvəl, zirehli avtomobil Milli qvardiyanın və Ukraynanın Sərhəd Mühafizəsi Xidmətinin ehtiyaclarına istiqamətləndirildi. Bu məqsədlər üçün yüzdən artıq avtomobil təslim edilib. 2017-ci ilin dekabr ayından etibarən "Praktika" ETB, FHN-nin tələbatını təmin etmək məqsədi ilə partlayıcı maddələrlə iş aparmaq üçün nəzərdə tutulan "Kozak PM-L" yüngül nəqliyyat vasitələrinin 8 ədəd istehsalı üzrə tenderin qalibi oldu.

"Jitomir Zirehli Tank Zavodu", Ukrayna şərqindəki müharibə zonasında istifadə edilən müxtəlif piyadaların döyüş maşınlarının təmiri və müasirləşdirilməsini, BTR-3 zirehli personal daşıyıcılarının bərpasını həyata keçirib. Cari və əsaslı təmir- bərpa işlərinin bütün kompleksindən sonra zirehli vasitələr ön xəttdəki Ukrayna ordusuna ötürülur. 2017-ci ildə müəssisənin əməkdaşları modernləşdirilən PDM üçün nəzərdə tutulan "Şkval" və "Stiletto" döyüş modullarını sınaqdan keçirdi. Zavodda həmçinin, BTR-4E və onun döyüş modulları - BM-7 "Parus" istehsalının mənimsənilməsi proqramı həyata keçirilir.

Lvov zirehli tank zavodu əsasən T-72 tanklarının bərpası və modernləşdirilməsini həyata keçirərək, bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə ən azı 72 ədəd texnika təhvil verməlidir. Ötən il zavod həmçinin T-64 tanklarının, BRM-1K zirehli nəqliyyat vasitələrinin və T-80 tanklarının və müxtəlif xüsusi avadanlıqların əsaslı təmirini həyata keçirib. Müəssisə, "Teximpex" şirkəti ilə birlikdə ən azı 10 yeni zirehli təmir-təxliyyə vasitəsinin (BREM) və 20 ədəd "Dozor-B" zirehli vasitəsinin istehsalı üçün dövlət müdafiə sifarişini yerinə yetirməklə məşğuldur.

Zirehli avtomobil "Dozor-B"

Müəssisənin 2017-ci ildə USQ- nin silahlandırılması üçün qəbul edilən xüsusi avadanlıq seqmentində ən son nailiyyətlərindən biri QPM-72 yanğınsöndürmə tankıdır. Maşın yanğın söndürmək, anbarlarda, arsenallardada xilasetmə əməliyyatları aparmaq üçün nəzərdə tutulub. Müasir yanğın nasosu 20 ton tutumlu yanğınsöndürmə çənindən 100 metr məsafədə yanğının mərkəzini söndürməyə imkan verir. Onun xarakterik xüsusiyyətləri yüksək keçicilik qabiliyyətindən, ekipajın müxtəlif tipli döyüş sursatlarından və yanğından 30 mm zireh vasitəsilə qorunmasından ibarətdir.

Bundan əlavə, kabində bir filtrasiya-ventilyasiya qurğusu quraşdırılır, kabin və korpusun üstdən sulanması daxildə temperaturunun aşağı düşməsinə səbəb olur. QPM-72 yanğınsöndürmə tankı, Vinnitsa yaxınlığındakı Kalinovka kəndi ərazisindəki sursat anbarında yerləşən yanğının söndürülməsi zamanı əsl döyüş sınağından keçib.

Nikolayev zirehli tank zavodunun qüvvələri 50-dən çox zirehli avtomobil bərpa edib və modernləşdirib. Bunların sırasına NATO tərəfindən qəbul edilən müasir rəqəmsal radiostansiyalarla təchiz olunan bir neçə BRDM-2 də daxildir. Zirehli vasitələr yeni avadanlıqlarla təchiz edilib, bir çox avadanlıqların montaj yerləri dəyişdirilib, ekipajın rahat daxil və xaric olması üçün lyukun erqonomik planı artırılıb. Modernləşmə Ukrayna hərbçilərə döyüş zonasında kəşfiyyat aparmaq və kolonları müşayiət etmək üçün bu döyüş vasitəsini daha səmərəli istifadə etməyə imkan verir. Nəqliyyat vasitələri 7,62 mm-lik PKT pulemyot və 14,5 mm-lik KPVT pulemyot ilə silahlanıb, xüsusi silahlar quraşdırmaq da mümkündür. BRDM-2 yüksək keçicilik qabiliyyətinə malikdir, zirehli korpusun xüsusiyyətləri isə su maneələrini aşmağa imkan verir. Nikolayev zirehli tank zavodu BTR-80 və BTR-70 zirehli personal daşıyıcılarını modernləşdirir, sonuncuların benzin mühərrikləri dizel mühərrikləri ilə əvəz olunur.

Üçüncü il ardıcıl olaraq dövlət müəssisəsi olan "Dəqiq mexaka zavodu" ETK dövlət müdafiə sifarişi qrafikini qabaqlayır. Yalnız 2017-ci ilin 10 ayı ərzində Kamenes-Podolsk müəssisəsi 250-dən çox ZTM1 və ZTM2 avtomatik topunu hazırlayıb.

BTR-4V-də quraşdırılan BM-7 "Parus" döyüş modulu

Bu 30 mm top, yüngül döyüş maşınlarına yerləşdirilən "Storm", "Parus", "Şkval" və "Stilet" döyüş modullarının bir hissəsidir.

Eyni zamanda, Kiyevin "Artilleriya silahları" konstruktor bürosu zirehli döyüş vasitələrinin döyüş modullarına quraşdırılmada istifadə olunacaq 30-mm "KBA-2" avtomatik topları üçün 100 ədəd, "KBA-113 ( 2A42) üçün 25 ədəd, "KBA-117 (30 mm qumbaraatan) üçün 50 ədəd lülə təqdim etməlidir.

2017-ci ilin oktyabrında Vinnitsa dövlət müəssisəsi "45-ci Eksperimental Mexamika zavodu" 26 ədəd "Ural-4320" bazasında bərpa edilən və modernləşdirilən AS-5.5 yanacaq doldurma maşınını və 6 ədəd TRM-80 və MTO-80 tank təmir maşınını USQ-yə təhvil verdi. Müəssisədə BTR-4K zirehli personal daşıyıcılarının təmiri prosesi mənimsənilib. Zavod tərəfindən KrAZ-63221 şassisi əsasında hazırlanan AC-12-63221 yanacaq doldurma maşını 2017-ci ildə Ukhrayna Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

Bu xüsusi texnikalar istənilən yol və yolsuzluq şəraitində zirehli və zirehsiz vasitələri avtomobil yanacağı ilə təmin etmək və yanacağın qısamüddətli saxlanması üçün nəzərdə tutulur.

2017-ci il ərzində "Şepetovski təmir zavodu" BM-21 "Qrad" YARS, 152 mm 2S3 "Akasiya" və 122-mm 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğularının tam bərpa prosesini həyata keçirərək ordunun tələbatını ödəməyə çalışır.

152-mm 2C3 "Akasiya" özüyeriyən artilleriya haubitsası

Yalnız 2017-ci ilin 3 rübü ərzində zavod Ukrayna Müdafiə Nazirliyi üçün ümumilikdə 104 silah sistemi, 56 ədəd ehtiyat hissələri və avadanlıqları təmir edib. Zavodda aktiv şəkildə 122 mm BM-21 "Qrad" və BM 9P140 "Uraqan" YARS xüsusi hissələrin istehsalı mənimsənilir. Zavodda dəfələrlə ön xəttə səfər edən briqadalar hərbi əməliyyatlar zonasında birbaşa hərbi texnikaların təmiri ilə məşğul olublar.

9P140 RS3V "Uragan"

"Şepetovski təmir zavodu"nun bərpa etdiyi 2C3 "Akasiya" və 2С1 "Qvozdika" ÖAQ-nın atəş şınaqlarının videosu :

2017-ci ərzində USQ və Milli Qvardiyaya "Ukrayna zirehli texnika" şirkətinin məhsulu olan "Varta" xüsusi zirehli maşınlarının ən azı iki partiyasını sifarişçilərə çatdırıb. Belarusiyanın MAZ-5434 şassisi bazasında toplanan bu tam ötürücülü avtomobillər, döyüş zonasında səmərəli tətbiq edilir. Onlar ekipajın qorunmasını təmin edən MRAP mina qorunması ilə təchiz edilir və 6 kq trotil ekvivalentində mina partlamasından ekipajı etibarlı müdafiə edir. "V" formalı zirehli kapsula NATO standartlarına uyğun yanğın söndürmə sistemi ilə təchiz olunub.

"Varta" mövcud mövqe müharibəsi şəraitində və düşmənin diversiya-kəşfiyyat qruplarına qarşı effektiv qarşıdurma üçün ideal texnikadır. 7.62 mm pulemyot və ya 12.7mm NSV quraşdırıla bilər. Döyüş modulunun uzaqdan idarə edilməsi mümkündür.

Şirkət həmçinin Milli Qvardiya ilə birlikdə xüsusi təyinatlı əməliyyatlar üçün nəzərdə tutulan "Varta-Novator" zirehli pikapını hazırlayaraq sınaqlarını keçirir.

Ford 550 şassisində yığılan avtomobilin zirehlənməsində PSZA-4 və PSZA-5 sinfinə uyğun olan İsveçin "Armox" paslanmayan poladından istifadə edilib.

2017-ci ildə Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın zirehli potensialı əhəmiyyətli dərəcədə artıb. Ukraynanın müdafiə sənaye obyektlərində 150-dən çox tank, onlarla BTR-3 və BTR-4 və digər texnikalar yenilənərək bərpa olunub, sınaqlardan sonra isə USQ-yə təhvil verilib.

Yazıda informnapalm.org saytının materiallarına geniş yer verilib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Ukrayna   Zurehli-texnikalar   Ukroboronprom  

Ukraynanın qılınc və qalxanı: 2017-ci ildə müdafiə sənaye kompleksinin əsas nailiyyətləri – ARAŞDIRMA (III Yazı)

2018/03/1_1521188275.jpg
Oxunub: 4685     16:25     16 Mart 2018    