Ağ Evdə sürpriz: Tramp dövlət katibini niyə dəyişdi? - ANALİZ

2018/03/5a223e49370f2cfa348b45d5_1521045727.jpg
Oxunub: 1562     20:31     14 Mart 2018    
ABŞ Dövlət Departamentinin yeni rəhbəri vəzifəsinə təyin olunan MKİ-nin direktoru Mayk Pompeo sələfi Reks Tillersondan daha çox siyasi təcrübəyə malikdir. Bununla yanaşı, bir çox xarici siyasət məsələlərində də daha sərt bir mövqe tutur. Bu təyinatın ABŞ-ın aparıcı təşkilatlarında mühafizəkarları daha da gücləndirəcəyi ehtimal olunur.

ABŞ Dövlət Departamentinin yeni rəhbərini təqdim edən Tramp əməkdaşlıq etdikləri zamandan Mayk Pompeonu yaxşı tanıdığını və Pompeonun bu kritik zamanda bu iş üçün ən doğru adam olduğunu qeyd edib.

MKİ başçısı olan Mayk Pompeonun, Reks Tillersonu əvəz edə biləcəyini barədə məlumatlar zaman-zaman Vaşinqtondan yayılırdı. Məlumdur ki, ABŞ Dövlət Departamentinin keçmiş başçısının ABŞ-ın ilk işgüzar prezidenti ilə fikir ayrılıqları mövcuddur.

Trampın özü də Dövlət katibi Reks Tillersonun vəzifədən getməsinə movqelərinin uyğun gəlməməsi ilə əlaqələndirib. Amerika mətbuatında prezident və Dövlət katibi arasındakı gərginlik barədə məlumat verilirdi, hətta Tillersonun açıq şəkildə prezidentin ünvanına kobud ifadələr işlətdiyi də qeyd olunurdu.

Bundan sonra o istefası barədə şayiələri bir neçə dəfə rədd etsə də, sonunda gözlənilən baş verdi.

Praqmatik getdi, mühafizəkar gəldi

Tillersonun getməsinə ABŞ-ın öz diplomatik korpusu da daxil olmaqla bir çoxları inanmırdı. Çünki eks Dövlət katibi indi-indi iş həcmini mənimsəməyə başlayırdı. Dövlət qulluğunda bir gün də işləməyən Tillersondan fərqli olaraq, 2010-cu ildə Pompeo biznesdən ABŞ Konqresinə Respublika Partiyasının üzvü kimi seçilib.

Bu qanunvericilik orqanında Mayk ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü idi. O, həmçinin 2012-ci ilin sentyabrın 11-də Liviyanın Benqazi şəhərində ABŞ səfirinin terrorçular tərəfindən öldürülməsini araşdıran Konqress komisiyasının üzvü olub. Pompeo, olduqca sərt mühafizəkar mövqeyi ilə tanınır. Onun Respublikaçılar Partiyası daxilində mövcud olan qeyri-rəsmi "Çay Partiyası" ilə də əlaqələndirlər. Milli Atıcılar Assosasiyasının üzvüdür.

Pompeo Milli Təhlükəsizlik agentliyinin qaçaq agenti Edvard Snoudenin ABŞ-a dönməsində israrlıdır. O, həmçinin terrorla mübarizə zamanı 2001-ci ilin sentyabrında ABŞ administrasiyası tərəfindən açılan Quantanamo həbsxanasının bağlanmasını da lazım bilmirdi.

Həmişə münasibətlərində müəyyən qədər rəqabət olan Pentaqon və MKİ-nin hazırkı vəziyyətdə - Mettisin və Pompeonun beynəlxalq məsələlər üzrə eyni fikirdə olmaları səbəbindən - yaxınlaşmasını təmin ediləcək.

Pompeonun beynəlxalq siyasətə sərt yanaşması ABŞ-ın diplomatik idarəçiliyinin dünya problemləri ilə bağlı fikirlərinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Moskva ilə dialoqa məhdud olsa da razı olan Tillersondan fərqli olaraq Pompeo daha çox "şahin" mövqeyində dayanır. Hələ konqresmen olarkən Pompeo Ukrayna üçün açıq dəstək nümayiş etdirirdi: "Putinin hesablarını dəyişdirmək və Kiyevə tərəf qoşun yeridən Rusiya üçün riskləri artırmaq lazımdır".

Pompeo, Ukraynaya müasir hücum silahının verilməsini və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini ən qızğın şəkildə dəstəkləyən konqressmenlərdən birincisi hesab oluna bilər.

Əslində Pompeonun gəlməsinin Rusiya ilə münasibətlərə ciddi təsir edəcəyini zənn etmirəm. Çünki bu münasibətlər ola biləcəyi qədər ən pis səviyyədədir. Bəzi ekspertlər isə Rusiya ilə ABŞ arasındakı münasibətlərin hələ ən aşağı nöqtəyə çatmadığını bildirirlər. Buna səbəb kimi Tillersonun Putinlə "ExxonMobil" şirkətində çalışdığı dövrdən yaxşı şəxsi münasibətlərinin olduğunu, hətta Rusiya prezidentinin onu "Dostluq" ordeni ilə təltif etdiyini əsas gətirirlər. Əvvəllər çox hadisələr olub. İndi isə real olaraq yaxşı heç nə gözləməyə dəyməz.

Yalnız Rusiyaya qarşı deyil

Yeni dövlət katibi KXDR ilə əlaqəli olduqca sərt bir yanaşma nümayiş etdirərək, Kim Çen Inın ünvanına birbaşa təhdidlər səsləndirməkdən də çəkinməyib. Pompeo, ictimai çıxışlarından birində Kim Çen Inın öldürülməsinə də eyham vurub.

"Kim Çen Inın birdən yoxa çıxa biləcəyi vəziyyət yaranarsa, MKİ tarixini öyrənmək lazımdır, yalnız bu barədə danışmaq olmaz", - deyə Pompeo bildirib. Ondan "birdən Km qəflətən vəfat etsə nə olacaq?" soruşduqda MKİ rəhbəri gülərək "Kimsə bunun təsadüf olduğunu düşünə bilər", - deyə əlavə edib.

Əslində Pompeonun şərhi ABŞ kimi nəhəng bir dövlətin Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı üçün yolverilməz idi. Çünki dövlət orqanlarına ölkə başçıları ilə əlaqəli əməliyyatlar barədə məlumatlar səsləndirilməsi qadağandır.

Bu cür bəyanatlar ABŞ Dövlət Departamentinin yeni rəhbəri kimi Pompeonu bir az pis vəziyyətdə qoya bilər. Çünki may ayında baş tutacaq Tramp- Kim Çen In görüşünü hazırlamaq onun vəzifəsidir.

Tramp isə Pompeonu təqdim edərkən Şimali Koreya probleminə toxunaraq, Dövlət Departamentinin yeni rəhbərinin Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsinə nail ola biləcəyini qeyd edib.

Pompeo həmçinin İranın nüvə proqramı ilə bağlı proqramın dondurulması müqabilində Tehrana qarşı sanksiyaların aradan qaldırılmasının əleyhinədir. Lakin bu məsələdə o tək deyil - bu fikir Ağ Evin bütün üzvləri tərəfindən dəstəklənir. Eyni zamanda, Pompeonun təyin olunmasında müsbət bir faktor da var. Konqresmen olaraq ABŞ siyasət idarəsinin necə işlədiyini yaxşı bildiyi üçün, bu gün müşahidəçilər tərəfindən kifayət qədər zəif fəaliyyət göstərdiyi qeyd olunan Dövlət Departamentində səliqə-səhman yarada bilər.

Trampın prezidentliyindən bəri bir il keçməsinə baxmayaraq, bir çox vacib vəzifələr hələ də doldurulmayıb. Dövlət Departamentindəki vəzifələrin bir çoxuna namizədlər Konqressdə dinləmələrdən sonra təyin olunur. Bu məsələdə Pompeo lazım olan kadrları Konqresdən tez bir zamanda keçirilməsinə və eyni zamanda Konqresdə vaxtilə "Çay Partiyası" üzvlərindən onun ətrafinda olan bəzilərini Dövlət Departamentindəki vəzifələrə təyin olunmasına kömək edə bilər.

MKİ-nin rəhbəri vəzifəsində Pompeonu onun müavini Cina Hespel əvəz etdi. MKİ-nin müxtəlif ölkələrdə rezident rəhbəri olan xanım Haspel bu təşkilatda 1985-ci ildən çalışır. Bir çox ölkələrdə xüsusi əməliyyatlara rəhbərlik ediən Haspel ABŞ-da MKİ-yə rəhbərlik edəcək ilk qadın kimi tarixə düşə bilər. Bu yolda tək maneə Konqresdəki dinləmələrdir. Pompeonun Konqresdəki nüfuzu bu problemi nisbətən yümşaltsa da tam həll edə bilməz. Səhv bir söz və ya bir ifadə Trampın namizədinin əli boş geri dönməsi ilə də nəticələnə bilər.

Hespel 2002-ci ildə Taylandda yerləşən MKİ-nin gizli "Cat's Eye" (Pişik gözü) həbsxanasına rəhbərlik edib. Əl-Qaidə üzvlərindən bu həbsxanalarda saxlananlar olub. 2017-ci ilin fevralında Pompeo Hespeli özünə müavin təyin edərkən bəzi ABŞ qəzetləri 2002-2005-ci illərdə Hespelin MKİ-nin tam məxfi proqramına rəhbərlik edərkən, tabeliyində olan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən məhbuslara işgəncə verilməsi ilə bağlı məlumatlar dərc etdilər. İddialara görə, onlardan biri olan Abu Zubeyd adlı şübhəlini Amerika xüsusi xidmət orqanlarının əməkdaşları tabutda dondurub, yuxudan məhrum edib və təzyiqli su ilə işgəncələrə məruz qoyublar. 2005-ci ildə xanım Hespel söz-söhbətlərə birdəfəlik son qoymaq üçün bütün işgəncə elementləri olan dindirilmə videomateriallarının məhv edilməsini əmr etdi.

Xatırladaq ki, bu hadisələr 2001-ci ilin sentyabrın 11- də baş verən terror hadisəsindən sonra prezidenti Corc Buş tərəfindən xüsusi xidmət orqanlarına geniş səlahiyyətlər verildiyi vaxta təsadüf edirdi.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Tillerson   Pompeo   Dövlət-Departamenti  

Xəbər lenti

Ağ Evdə sürpriz: Tramp dövlət katibini niyə dəyişdi? - ANALİZ

2018/03/5a223e49370f2cfa348b45d5_1521045727.jpg
Oxunub: 1563     20:31     14 Mart 2018    