Qətər VBCI transportyorları üçün döyüş modulları sifariş verib

2018/03/131_1521043557.jpg
Oxunub: 1032     00:05     15 Mart 2018    
Ötən ilin dekabr ayında Qətər hökuməti “Nexter Systems” şirkəti ilə 490 ədəd VBCI zirehli maşınına dair müqavilə imzalayıb, indi isə onların döyüş modulları ilə təchiz edilməsi ideyası həyata keçirilir.

Ordu.az BMPD portalına istinadən xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Transportyorlar üçün “Protector RWS” döyüş qüllələrinin təchizatına dair Qətər “Kongsberg” şirkəti ilə yeni müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Qətər təchizatın həyata keçirilməsinə razı olduğu 8 il üçün Norveç firmasına 1,93 milyard dollar vəsait ödəyəcək.

VBCI-lər həmçinin məlumatların ötürülməsi və rəqəmsal hesablamaların aparılmasını təmin edəcək cihazlarla təmin ediləcək.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Qətər   Norveç   Protector-RWS   VBCI  

Qətər VBCI transportyorları üçün döyüş modulları sifariş verib

2018/03/131_1521043557.jpg
Oxunub: 1033     00:05     15 Mart 2018    