TƏPH-in təhlükəsizliyini təmin etmək üçün minlərlə əsgər yerləşdirilib

2018/03/1654845184_1521033326.jpg
Oxunub: 822     17:16     14 Mart 2018    
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz boru kəmərinin təhlükəsizliyini təmin etmək məqsədilə əraziyə minlərlə əsgər yerləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, çəkilməkdə olan boru kəmərinin Türkmənistan hissəsi artıq yekunlaşıb və bir aydır ki, Əfqanıstan hissəsində işlər gedir. 1814 kilometrlik xəttin 816 kilometri Əfqanıstan ərzisindən keçir. Çox strateji əhəmiyyətə malik kəmər Hilmənd, Fərəh, Qəndəhar kimi qiyamçıların aktiv olduğu ərazidən də keçir və buna görə də hökumət xəttin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər görür.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Boru-kəməri   Hindistan   Pakistan  

Xəbər lenti

TƏPH-in təhlükəsizliyini təmin etmək üçün minlərlə əsgər yerləşdirilib

2018/03/1654845184_1521033326.jpg
Oxunub: 823     17:16     14 Mart 2018    