Britaniya Rusiyanın 23 diplomatını ölkədən kənarlaşdırır - YENİLƏNİB

2018/03/16549844516_1521032896.jpg
Oxunub: 1280     21:03     14 Mart 2018    
Böyük Britaniya agent Sergey Skripal və onun qızı Yulianın zəhərlənməsi ilə əlaqədar 23 rus diplomatını ölkədən çıxarma qərarı verib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Tereza Meyin verdiyi iki günlük möhlət ərzində Rusiyadan hadisə ilə bağlı heç bir açıqlamanın edilməməsidir.

Qeyd edək ki, hər iki agent yaşadıqları Britaniyanın Salisbury bölgəsindəki evlərində zəhərlənmiş halda tapılıblar. Mey açıqlamasında dəlillərin Rusiyanın hadisə ilə əlaqəli olduğunu göstərdiyini bəyan edib.

Mey bir qədər öncə parlamentdə etdiyi çıxışında kəşfiyyatçı olduğunu iddia etdiyi 23 rus diplomatın çıxarılması üçün onlara bir həftə vaxt veriləcəyini bildirib.

O, həmçinin Rusiya və İngiltərə arasında planlaşdırılmış yüksək səviyyəli təmasların dondurulacağını da əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Rusiya   Sergey-Skripal  

Britaniya Rusiyanın 23 diplomatını ölkədən kənarlaşdırır - YENİLƏNİB

2018/03/16549844516_1521032896.jpg
Oxunub: 1281     21:03     14 Mart 2018    