“Ukrayna sülhməramlıların sayını artırmağa hazırdır” - Poroşenko

2018/03/56456_1521032366.jpg
Oxunub: 1339     20:57     14 Mart 2018    
“Əgər zərurət olarsa, Ukrayna BMT sülhməramlı missiyalarındakı mövcudluğunu genişləndirməyə hazırdır”.

Ordu.az Capital.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

O, bu barədə Avstriya prezidenti Aleksandr Van der Bellenomla görüşdən sonra çıxışında bildirib.

“Biz cənab Bellenomla Donbas ətrafındakı vəziyyəti müzakirə etdik. Avstriya prezidenti növbəti dəfə Vyananın BMT sülhməramlılarının Donbasda yerləşdirilməsi mövqeyindən çıxış etdiyini bildirib. Avstriya Donbasa öz sülhməramlılarını göndərməyə razıdır. Ukrayna da BMT missiyalarındakı sülhməramlılarının sayını artırmağa hazırdır.”, - deyə Poroşenko vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Ukrayna   BMT   Sülhməramlılar  

“Ukrayna sülhməramlıların sayını artırmağa hazırdır” - Poroşenko

2018/03/56456_1521032366.jpg
Oxunub: 1340     20:57     14 Mart 2018    