Britaniya BMT TŞ-ni təcili iclasa çağırıb

2018/03/4634116345345_1516600188435345_1521032086.jpg
Oxunub: 1361     20:53     14 Mart 2018    
Britaniya Sergey Skripal və qızı Yulianın zəhərlənməsilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili görüş keçirməsini istəyib.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin tvitter sosial şəbəkəsi vasitəsilə yaydığı məlumatda Baş nazir Tereza Meyin Rusiyaya qarşı bir sıra sanksiyalar elan edəcəyi göstərilib.

Qeyd edək ki, Britaniya Baş naziri Tereza Meyin bazar ertəsi günü parlamentdəki çıxışında Skripal hadisəsindəki dəlillərin Rusiyanı göstərdiyini söyləməsi və Rusiyaya məsələ ilə bağlı açıqlama etməsi üçün iki gün vaxt verməsindən sonra iki ölkənin münasibətləri gərginləşib.

Üstəlik Meyin verdiyi möhlət dünən axşam bitsə də, Rusiya tərəfi hələki bununla bağlı heç bir açıqlama verməyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   BMT     Rusiya  

Britaniya BMT TŞ-ni təcili iclasa çağırıb

2018/03/4634116345345_1516600188435345_1521032086.jpg
Oxunub: 1362     20:53     14 Mart 2018    