Rusiyada Belarus və Rusiya hərbçilərinin iştirakı ilə hərbi təlimlər keçiriləcək

2018/03/1477839674567_1521028977.jpg
Oxunub: 1047     20:01     14 Mart 2018    
Rusiyanın Ulyanovsk vilayətində Rusiya və Belarus hərbçilərinin iştrakı ilə hərbi təlimlər keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərin aktiv fazası martın 19-dan 22-dək keçiriləcək. Təlimlərin məqsədi Rusiya-Belarus taktiki batalyon qrupunun sülhməramlı əməliyyatlara hazırlanması və bufer zonalara müdaxiləsinə dair tapşırıqların icrasında yüksək nəticələ əldə etməkdir.

Artıq təlimlərdə iştirak etmək üçün hətta Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri qrupu və Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qoşunları da Ulyanovska gəlməkdədir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya-Belarusiya   Təlimlər  

Rusiyada Belarus və Rusiya hərbçilərinin iştirakı ilə hərbi təlimlər keçiriləcək

2018/03/1477839674567_1521028977.jpg
Oxunub: 1048     20:01     14 Mart 2018    