Çinlə birgə hərbi təlimlər bərpa oluna bilər – Hindistan BQ rəisi

2018/03/5_1521027585.jpg
Oxunub: 1129     19:35     14 Mart 2018    
Doklamda ötən il yaşanan qarşıdurmadan sonra pozulan Çin və Hindistan əlaqələri yenidən yaxşılaşmaqdadır. Hətta iki dövlət arasındakı ənənəvi birgə hərbi təlimlər də tezliklə bərpa oluna bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Baş Qərargah rəisi general Bipin Ravat bildirib.

O, iki dövlətin silahlı qüvvələri arasında hər il baş tutan “bonhomie” təlimlərinin yenidən həyata keçiriləcəyini söyləyib.

“Çinlə birgə təlimlər hər il baş verir. Sadəvə ötən il Doklamdakı gərginliyə görə saxlanıldı, lakin indi bu təlimlər geri dönür”, - deyə Ravat qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan-Çin   Doklam   Təlimlər  

Çinlə birgə hərbi təlimlər bərpa oluna bilər – Hindistan BQ rəisi

2018/03/5_1521027585.jpg
Oxunub: 1130     19:35     14 Mart 2018    