Çavuşoğlu: “Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”

2018/03/1043_1521024356.jpg
Oxunub: 1096     18:44     14 Mart 2018    
“Türkiyə Suriyanın Afrin ərazisində hərbi əməliyyat keçirsə belə, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Suriyanın şərq, yaxud qərb hissəsindən asılı olmayaraq biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik”, - deyə Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə Rusiya və İranla birgə bütün bəyanatlarında Suriyanın bütövlüyünü dəstəklədiyini dilə gətirir.

““Zeytun budağı” əməliyyatına gəlincə isə, onun məqsədi regionda terrorizmi məhv etməkdir. Bu terror təşkilatları bizim təhlükəsizliyimiz üçün təhdiddir”, - deyə nazir vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Türkiyə   Suriya   Mövlud-Çavuşoğlu  

Çavuşoğlu: “Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”

2018/03/1043_1521024356.jpg
Oxunub: 1097     18:44     14 Mart 2018    