NATO təyyarələri Donbas və Rusiya sərhədlərində kəşfiyyat keçirib

2018/03/232343_1521017999.jpg
Oxunub: 1846     18:04     14 Mart 2018    
ABŞ Hərbi Hava Qüvvələri və NATO komandanlığının iki təyyarəsi Rusiya sərhədləri yaxılığında və Donbasda təmas xətti boyunca kəşfiyyat uçuşu həyata keçirib.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərb aviasiya resursları məlumat yayıb.

Britaniyanın Mildenholl aviabazasında hava qalxan göyərtə nömrəsi 62-4134 olan strateji RC-135W təyyarəsi Polşa üzərindən uçmaqla Kalininqrad vilayətinin sərhədləri borunca uçuş keçirib, sonra isə Estoniya səmasına keçərək Leninqraf və Pskov vilayətlərinin sərhədləri boyunca uçub.

NATO qüvvələri isə ABŞ Hərbi Hava Qüvvələrinin “RQ-4B Global Hawk” PUA-sı ilə növbəti dəfə Donbas yaxınlığında kəşfiyyat uçuşu həyata keçiriblər. Təyyarə bir neçə dəfə 40 kilometr məsafə saxlayaraq Luqansk ərazisinə yaxınlaşıb, lakin daha yaxın məsafəyə uçmayıb.

Ordu.az

Teqlər: NATO   Global-Hawk   Donbas  

NATO təyyarələri Donbas və Rusiya sərhədlərində kəşfiyyat keçirib

2018/03/232343_1521017999.jpg
Oxunub: 1847     18:04     14 Mart 2018    