Şərqi Qutada kimyəvi silah istehsal edilən labaratoriya aşkarlanıb

2018/03/12_1521013298.jpeg
Oxunub: 958     15:39     14 Mart 2018    
Şərqi Qutanın Əş-Şifoniya qəsəbəsinə daxil olan Suriya qoşunları bu ərazidə kimyəvi silah istehsalı üzrə ixtisaslaşan labaratoriya aşkarlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Sana” agentliyi məlumat yayıb.

Məlumata görə, aşkarlaan avadanlıqlar ərazidən qaçmağa məcbur olan terrorçular tərəfindən istifadə edilib.

Suriya ordusunun zabitinin açıqlamasında aşkarlanan avadanlıqların Səudiyyə Ərəbistanının istehsalı olduğu, müdafiə vasitələrinin isə Qərb ölkələrinə mənsub olduğu bildirilir.

Xatırladaq ki, daha öncə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisi Valeri Gerasimov Şərqi Qutada terrorçu birləşmələrin kimyəvi silah hazırlaması ilə bağlı açıqlama verib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Şərqi-Quta   Labaratoriya  

Şərqi Qutada kimyəvi silah istehsal edilən labaratoriya aşkarlanıb

2018/03/12_1521013298.jpeg
Oxunub: 959     15:39     14 Mart 2018    