ABŞ SSRİ-nin NATO-ya qoşulmasına niyə icazə vermədi? – ARAŞDIRMA

2018/03/45645_1521010133.jpg
Oxunub: 2312     14:45     14 Mart 2018    
1949-cu ilin aprelində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO, Şimali Atlantika Alyansı) quruldu. Uzun illərdir ki, bu hərbi və siyasi qurum əvvəl SSRİ-yə, sonra isə postsovet Rusiyasına qarşı olan əsas hərbi bloka çevrildi. Sovet dövründə NATO blokunun təhdidlərinə qarşı çıxmaq üçün Sovet İttifaqı, daha sonra Rusiya daim müxtəlif strategiyaları hazırlayırdı. NATO ölkələrinin orduları hər zaman ehtimal olunan düşmən kimi araşdırılıb. NATO ilə SSRİ arasındakı əlaqələr isə həmişə birmənalı olmayıb. Maraqlıdır ki, tarixinin müxtəlif dövrlərində Sovet İttifaqı bir neçə dəfə NATO-ya qoşulmağa çox yaxın olub.

Anders Foq Rasmussen NATO-nun Avropada Sovet təcavüzünə qarşı çıxması üçün yaradıldığını iddia etdi. Müharibədən sonrakı dövr, həqiqətən, Sovet İttifaqının real genişlənmə və post-Hitler Avropasında sosialist model dövrü idi. Şərqi və Mərkəzi Avropa ölkələrinin bəziləri - Polşa, Macarıstan, Çexoslovakiya, Rumıniya, Bolqarıstan, Yuqoslaviya və Albaniya dərhal sovet təsir orbitasına daxil oldular. 40-cı illərin ikinci yarısında güclü kommunist hərəkatın hakim olduğu Yunanıstanda vətəndaş müharibəsi gedirdi. Bu şəraitdə sovet təhlükəsindən ehtiyatlanan Qərb, NATO blokunu yaratmağa başladı.

Başlanğıcda NATO-ya 12 ölkə - ABŞ, Böyük Britaniya, Fransa, Kanada, İslandiya, Danimarka, Norveç, Belçika, Hollandiya, Lüksemburq, İtaliya və Portuqaliya daxil oldu. Bu siyahıda on üçüncü üzv Sovet İttifaqı ola bilərdi. Ən azından belə bir ideya Sovet rəhbərliyinin yüksək səviyyəli nümayəndələri tərəfindən müzakirə olunurdu. Hətta 1949-cu ildə, Sovet İttifaqının xarici işlər naziri Andrey Yanuaroviç Vışinski Britaniya diplomatik xidmətinin rəhbəri Ernest Bevinin Qərb İttifaqının Müdafiə Təşkilatının (NATO-nun sələfi) yaradılması barədə təklifinin SSRİ üçün də maraqlı olduğunu bildirdi. Sovet İttifaqının bu struktur ilə əməkdaşlıq imkanları, hətta SSRİ-nin təşkilatda iştirakı ilə bağlı müzakirələr aparmaq təklif olunurdu. Əslində, burada təəccüblü heç bir şey yox idi - NATO birliyinin yaradılmasından dörd il əvvəl Sovet İttifaqı və Qərb dövlətlərindən olan müttəfiqləri ilə birlikdə nasist Almaniyasına, sonra isə Yaponiyaya qarşı İkinci Dünya müharibəsinadə eyni cəbhələrdə mübarizə aparırdılar.

1952-ci ildə NATO ilk genişləndirilməsini Türkiyə və Yunanıstan (sonuncuda bu zaman kommunist silahlı müqaviməti yatırıldı) kimi iki çox strateji əhəmiyyətli ölkəni sıralarına qəbul etdi. Eyni ildə, avqustun 25-də İosif Stalin Fransanın səfiri Lui Joksu qəbul etdi. Diplomat general Şarl de Qollun sovet lideri Stalinə dərin hörmət hissi bəslədiyini söyləyərək, Şimali Atlantika alyansına münasibətlərini izah etdi. Joks Fransanın NATO-nun yaradılmasının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olmayan dinc bir təşkilat kimi qəbul etdiyini söyləməsi sovet liderinin ironiyasına səbəb oldu.

Stalin bu vəziyyətdə Andrey Vışinskidən zarafatla Sovet İttifaqının da NATO-nun sülh blokuna qoşulması məsələsinə neçə baxdığını soruşdu. Ancaq hər bir zarafat həqiqət payına sahibdir və Stalinin sözləri də istisna deyildi - generalissimus Sovet İttifaqının NATO-ya daxil olma ehtimalı barədə həqiqətən də düşünə bilərdi. Bu ABŞ və İngiltərənin, Sovet İttifaqına qarşı çıxmaq üçün Avropa ölkələrini birləşdirmək səylərinə və təcavüzkar planlarına mane ola bilərdi.

1953-cü ildə İosif Vissarionoviç Stalin öldü və artıq 1954-cü ildə Sovet İttifaqı yenidən NATO-ya qoşulma imkanını müzakirə etməyə başladı.

1954-ci ilin fevralında Berlində xarici işlər nazirlərinin Konfransında, Sovet İttifaqının nümayəndələri Konstitusiyasında öz neytral statusunu təsdiq etdiyi təqdirdə Qərbi və Şərqi Almaniyanın birləşməsinə öz tərəfindən zəmanət verərək kollektiv təhlükəsizlik barədə müqavilə bağlamağı təklif etdilər. Beləliklə, Berlin Divarının dağılmasından 36 il əvvəl məhz Sovet İttifaqı Almaniyanın vahid ölkə kimi birləşdirilməsini təklifinin müəllifi rolunda çıxış edirdi! Qərb ölkələri isə hərbi və siyasi maraqlarına zidd olması səbəbi ilə Moskvanın təklifini qəbul etmədi.

Sovet İttifaqının Xarici İşlər Naziri Vyaçeslav Mixayloviç Molotovun Avropa kollektiv təhlükəsizlik müqaviləsi yaradılması təklifi Qərb tərəfdaşları tərəfindən rədd edildi. Rəsmi olaraq, qərb ölkələrinin nümayəndələri müqavilənin tərəfləri arasından ABŞ və Çinin çıxarılmasından narazı qaldılar. Prinsipcə, bu çox məntiqli idi, çünki Amerika Birləşmiş Ştatlarını bir Avropa dövləti adlandırmaq mümkün deyil. Moskva, həqiqətən, Avropada olan ölkələrlə Avropa təhlükəsizliyi ilə məşğul olmaq istəyirdi. Digər tərəfdən isə Britaniya tərəfi NATO blokunu məhv etmək məqsədi ilə Sovet rəhbərliyini siyasi intriqalar yaratmaqda ittiham etdi.
Buna baxmayaraq, Vyaçeslav Molotov kollektiv təhlükəsizlik müqaviləsinə imza atmaqdan imtina etməyib - bu, sovet diplomatlarının böyük səbrini göstəricisidir. Moskvada müqaviləni bağlamaq üçün prinsipləri yenidən işləyib başa çatdırdılar. Artıq 1954-cü ilin martın 10-da Andrey Qromıko, Vyaçeslav Molotova Avropada kollektiv təhlükəsizlik müqaviləsi bağlamaq üçün yeni təkliflər layihəsini təqdim etdi. Bu layihədə, Sovet İttifaqının Şimali Atlantika Alyansına xüsusi şərtlərlə qoşulma ehtimalı haqqında da danışılırdı.

Vyaçeslav Molotov, layihənin təkrar işlədi. Sovet İttifaqının ABŞ və NATO -nun digər Avropa ölkələri ilə bağlı dinc və neytral siyasət həyata keçirəcəyi təqdirdə Avropada kollektiv təhlükəsizlik müqaviləsində ABŞ-ın iştirakına qarşı olmadığı XİN səviyyəsində rəsmən elan etdi. 1954-cü ilin martın 26- da Nikita Xruşşov və Georgi Malenkov Sovet İttifaqının dünyanın istənilən ölkəsinə qarşı təcavüz təzahürlərindən imtina edəcəyi halda, NATO üzvlüyünə hazır olduğu barədə layihəni imzalayaraq təsdiq etdilər.

Beləliklə, Sovet İttifaqı müharibə sonrakı şəraitdə Avropada sülh naminə Qərblə əməkdaşlığa hazır olduqlarını ifadə etdi. 1954-cü ilin martın 31-də SSRİ, Ukrayna SSR və Belarus SSR NATO-ya qoşulmaq üçün ərizə verdilər.(Burada Ukrayna və Belarusun ərizə verməsi SSRİ-nin bloka qəbul ediləcəyi təqdirdə daha çox səs çoxluğunu əldə etməsi üçün atılan taktiki addım olduğu ehtimal edilir).

Sovet İttifaqının NATO-ya üzvlüyünə dair müraciəti Qərbi Avropada şiddətli bir reaksiyaya səbəb oldu. Bir çox siyasi və ictimai şəxsiyyətlər, partiyalar və hərəkatlar bu təşəbbüsünü səmimi şəkildə SSRİ-nin Avropa kollektiv təhlükəsizliyini təmin etmək yolunda atdığı əməli addım kimi təsdiqlədi. SSRİ-nin NATO üzvü olduqdan sonra, Avropada müharibə təhlükəsi minimuma endiriləcəyi gözlənilirdi. Lakin ABŞ, Böyük Britaniya və Fransanın rəhbərliyi Sovet ideyalarını qəbul etmədi.

İlk növbədə, Sovet İttifaqının qəbulu gec-tez Amerika Birləşmiş Ştatlarının NATO sıralarını tərk etməsi ilə nəticələnəcəkdi, buna görə də ABŞ Avropa təhlükəsizlik müqaviləsində iştirak edə bilməyəcəkdi. Müqavilədə ABŞ-ın olmaması Sovet İttifaqının dominantlığına səbəb olacaqdı. Birləşmiş Krallıq və Fransa isə sovet dövlətinə qarşı ciddi bir əks-təsir vasitəsi kimi qəbul edilə biləcək gücə malik deyildi. Moskva bu dəfəki imtinadan sonra da güzəştlərə hazır olduğunu ifadə etdi. Sovet İttifaqı bu dəfə Amerika Birləşmiş Ştatlarını Avropanın təhlükəsizlik müqaviləsi layihəsində tam və daimi tərəfdaş kimi iştirak etməsinə etiraz etməməyi qərara aldı.

Buna baxmayaraq Qərb ölkələrinin liderləri Avropada Sovet İttifaqının daxil olduğu bir təşkilatın yaranacağı barədə söz eşitmək belə istəmirdilər. Onlar bunu öz hakim mövqelərinə təhdid kimi gördüklərini və bunun Avropa ölkələri içərisində Sovet İttifaqına meylli əhval ruhiyyənin artmasına, Avropanın tədricən sovetləşdirilməsinə gətirib çıxaracağına inanırdılar. Buna görə, 1954-cü il mayın 7-də Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa Sovet İttifaqının NATO-ya üzvlüyü üçün ərizəsinə rəsmi imtina ilə cavab verdilər.

Rəsmi mesajda qeyd olunub ki, Sovet İttifaqının təklifi qeyri-realdır və buna görə də müzakirəyə çıxarılmağa belə layiq deyildir. Təbii ki, Qərbin Sovet İttifaqının təklifindən imtina etməsinin izah edilməsi tələb olunurdu. Buna görə də Sovet İttifaqına NATO-ya qəbul üçün əvvəlcədən qəbuledilməz şərtlər irəli sürüldü, məsələn Avstriya və Almaniyadan sovet qoşunlarının çıxarılması, Uzaq Şərqdə hərbi bazalardan imtina edilməsi və ümumi tərksilah barədə müqavilə imzalanması və s.

Ancaq Moskvada razılıq əldə etmək ümidini itirmirdilər. 1954-ci ilin oktyabr- noyabrında Cenevrədə baş tutan SSRİ və Qərb ölkələrinin diplomatik korpusunun nümayəndə heyətlərinin növbəti konfransından əvvəldə bu məsələ ilə bağlı uzun yazışma və danışıqlar aparıldı. Lakin sonda Sovet İttifaqının Avropa ilə müqavilə bağlamaq niyyətinin mümkünsüz olduğu bəlli oldu. Bundan sonra SSRİ öz hərbi-siyasi blokunun yaradılması barədə qərar verdi.

1955-ci ilin mayln 14- də Varşavada Avropa ölkələrində sülhün və təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə iclası keçirildi. Sovet İttifaqı, Polşa, Çexoslovakiya, Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Rumıniya və Albaniya tərəfindən "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım" müqaviləsi imzalandı. Sənədin imzalanması, Varşava Müqaviləsi Təşkilatının yaranma tarixinin başlanmasının əsasını qoydu. Tədbirləri əlaqələndirmək üçün Siyasi Məsləhət Şurası və Silahlı Qüvvələrin Birləşmiş Komandanlığı (SQBK) yaradıldı. Sovet İttifaqının ilk marşalı İvan Stepanoviç Konev SQBK-in Baş Komandanı təyin edildi.

Belə ki, Sovet İttifaqının Avropada təhlükəsizlik müqaviləsinin bağlanmasına dair göstərdiyi bütün səylərin qarşısı faktiki olaraq öz dar siyasi məqsədlərini həyata keçirməyə çalışan Qərb dövlətlərinın təşəbbüsü ilə alıdı. Qərb təbliğatının əksinə olaraq Soyuq Müharibə bağlı bütün hadisələr üçün ümumi məsuliyyəti Sovet İttifaqı deyil, Qərb ölkələri daşıyır. Maraqlıdır ki, 1983-cü ildə Y.V. Andropov, Sovet İttifaqının bir daha NATO-ya mümkün qoşulma məsələsini qaldırdı, lakin bu təklif Cənubi Koreyanın "Boeing" təyyarəsi ilə bağlı hadisədən sonra gündəmdən qalxdı. Xatırladaq ki , həmin təyyarədə olan olan 23 ekipaj və 246 nəfər mülki sərnişin SSRİ-nin Su-15 qırıcı təyyarəsinin hücumu nəticəsində həlak oldular.

1950-ci ildən 1980-ci ilə qədər Qərbin əlində formal da olsa, Sovet İttifaqının Qərb ölkələri ilə müqayisədə siyasi və iqtisadi sistemində olan böyük fərqlər bəhanəsilə NATO-ya qəbul edilməsinə etirazını başa düşmək olardı. Sovet İttifaqı dağılandan sonra isə bu bəhanə də aradan qalxıb. Rusiya siyasi və iqtisadi inkişaf modelini Qərbdən götürməsinə baxmayaraq, Avropada heç kim heç vaxt Rusiyanı NATO-da görmək istəmir. Hətta Rusiyada "demokratlar"ın hakimiyyətdə olduğu 1990-cı illərdə, Boris Yeltsin və ətrafı tərəfindən hazırlanan Rusiyanın NATO-ya inteqrasiya planını da Qərb rədd etdi.

Hazırda Rusiya üçün NATO-ya üzv olmaq heç bir məna kəsb etmir. Alyansın özündə bir çox narazılıqlar mövcuddur.

Məsələn, NATO-nun əsas üzvlərindən olan Türkiyənin terrorla mübarizədə tək buraxılması, ABŞ-ın Türkiyənin mübarizə apardığı PKKYPG üzvlərini hərtərəfli dəstəkləməsi, Avropa-ABŞ-NATO münasibətlərində ciddi siyasi-iqtisadi problemlərin qabarıq şəkildə nəzərə çarpması yuxarıda yazılanları sübut edir.

Bununla yanaşı, Avropanın özündə də NATO-nun üzvü olan ölkələrin Amerika siyasi ambisiyalarında alət olaraq istifadə edilməsi və bu oyunlarda yaxından iştirak etməsindən narazı olanların sayı durmadan artır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: NATO   SSRİ   ABŞ   Soyuq-Müharibə  

ABŞ SSRİ-nin NATO-ya qoşulmasına niyə icazə vermədi? – ARAŞDIRMA

2018/03/45645_1521010133.jpg
Oxunub: 2313     14:45     14 Mart 2018    