“Koreyaarası sammit faydalı olacaq” - Mogerini

2018/03/1039_1521006844.jpg
Oxunub: 1081     13:49     14 Mart 2018    
“Koreyaarası sammitin keçirilməsi Cənubi Koreya və KXDR arasında etibarın artmasına səbəb olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.

“Hazırda bizə Uzaq Şərqdən müsbət xəbərlər gəlir. Təxmin etmək olar ki, baş verə biləcək faciənin yerini çoxtərəfli diplomatiya tutur”, - deyə Mogerini bildirib.

O qeyd edib ki, Cənubi Koreya və KXDR arasında keçiriləcək sammit həm Koreya yarımadası, həm də dünyada sülh və sabitliyin bərqərar olması üçün faydalı olacaq.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Avropa-İttifaqı   Cənubi-Koreya   KXDR   Federika-Mogerini  

“Koreyaarası sammit faydalı olacaq” - Mogerini

2018/03/1039_1521006844.jpg
Oxunub: 1082     13:49     14 Mart 2018    