Cənubi Koreya “Taurus” raketləri ilə bağlı müqavilə imzalayıb

2018/03/received_2494799940746159_1520963089.jpeg
Oxunub: 944     21:39     13 Mart 2018    
Cənubi Koreya 90 ədəd “Taurus” uzaq mənzilli hava-yer raketlərinin alınması ilə bağlı yeni müqavilə imzalayıb.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Satınalmaları Proqram İdarəsinin (DAPA) mətbuat katibi Kanq Huan-Seok bildirib.

“2017-ci ildə Müdafiə Sənayesi Proqramları Dövlət Komitəsi 90 ədəd “Taurus” raketinin alınması qərarına gəldi. Koreya yarımadasında gərginliyin azalmasına baxmayaraq müqavilə fevral ayının sonlarında imzalanıb”, - deyə o bəyan edib.

Qeyd edək ki, bu vaxta qədər Cənubi Koreya 170 ədəd “Taurus” yüksək dəqiqlikli raketlərin alınmasını həyata keçirib. Onların əksəriyyəti F-15K qırıcılarına quraşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   Taurus  

Xəbər lenti

Cənubi Koreya “Taurus” raketləri ilə bağlı müqavilə imzalayıb

2018/03/received_2494799940746159_1520963089.jpeg
Oxunub: 945     21:39     13 Mart 2018    