SIPRI: Türkiyənin silah ixracı 145% artıb

2018/03/received_2494953697397450_1520960733.jpeg
Oxunub: 1136     21:08     13 Mart 2018    
2013-2017-ci illərdə Tükiyədən silah ixracının həcmi, ötən 5 ildən fərqli olaraq 145% artıb.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) hesabatında bildirilir.

Hesabata əsasən ümumiyyətlə dünya üzrə silah ixracı bir neçə Avropa ölkəsinin əlində cəmləşib. Şərqdə isə silah ixrac edən ölkələrin siyahısında Türkiyədən başqa İsrail və Cənubi Koreyanın da adı var.

Son dövrdə hərbi əməliyyatların çoxaldığı Yaxın Şərq bölgəsində silah satışı həcmi dəfələrlə artıb. Orada əsas silah tədarükçüləri ABŞ və Avropa ölkələridir. Ancaq bölgədə ən çox silah idxalçısı isə Səudiyyə Ərəbistanıdır.

2013-2017-ci illər ərzində Səudiyyə Ərəbistanı ötən 5 ildən fərqli olaraq, 225% daha çox silah və sursat idxal edib. Səudiyyə Ərəbistanı Hindistandan sonra dünyada ən çox silah idxal edən 2-ci ölkədir.

Hesabatdan məlum olur ki, dünyada satılan silahların 3/1-ni ABŞ tədarük edir. ABŞ-dan ixrac edilən silahların həcmi son 5 ildə 25% artıb. Bu silahların tam yarısı Yaxın Şərqə göndərilib.

Dünyanın qabaqcıl silah ixracatçısı olan ölkələr siyahısında ABŞ-dan sonra Rusiya, Fransa, Almaniya və Çindir. Bu ölkələr dünyada satılan silahların 74%-ni təmin edirlər. SIPRI mərkəzinin məlumatına görə, son 5 ildə dünyada silah satışının həcmi 10% artıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: SIPRI   Türkiyə   Silah-ixracı  

Xəbər lenti

SIPRI: Türkiyənin silah ixracı 145% artıb

2018/03/received_2494953697397450_1520960733.jpeg
Oxunub: 1137     21:08     13 Mart 2018    