İki ədəd “Alliqator” Kubandakı aviapolka təhvil verilib

2018/03/received_2494794027413417_1520954061.jpeg
Oxunub: 986     23:12     13 Mart 2018    
“İki ədəd yeni Ka-52 “Alliqator” helikopteri Krasnodar diyarında yerləşən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrinin 4-cü ordu aviasiya hərbi hissəsinə daxil olub”.

Ordu.az Aex.ru saytına istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.

“Hazırda istehsalçı zavodda Ka-52 helikopterlərinin yığılması tamamlanmaq üzrədir, bundan sonra bütün “Alliqator”lar orduya təhvil veriləcək”, - deyə Astafyev bildirib.

O qeyd edib ki, ilin əvvəlində də Kubandakı hərbi hissələrə 4 ədəd “Alliqator” verilib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Alliqator   Helikopter   Rusiya  

İki ədəd “Alliqator” Kubandakı aviapolka təhvil verilib

2018/03/received_2494794027413417_1520954061.jpeg
Oxunub: 987     23:12     13 Mart 2018    