Avetisyanlarla bağlı məhkəmənin qərarı təxirə salınıb

2018/03/546456_1520944062.jpg
Oxunub: 1434     20:32     13 Mart 2018    
Ermənistanda Avetisyanların öldürülməsinə dair Konstitutsiya məhkəməsinin qərarı təxirə salınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gümrüdə Avetisyanların ailə üzvlərinin qəddarlıqla öldürülməsi işində zərərçəkən tərəfin hüquqi varislərinin fərdi müraciəti, 13 mart tarixində yazılı qaydada Konstitutsiya məhkəməsində icraata qəbul edilib.

Bundan sonra Konstitutsiya məhkəməsi məşvərət otağına gedib, 2 saatdan artıq davam edən məşvərətdən qayıdan konstitutsiya məhkəməsi zərərçəkən tərəfin müraciətinə baxılmasını martın 16-dək təxirə salındığını elan edib. Təxirə salınmasına səbəb bu işlə bağlı praktikanın öyrənilməsi zərurətinin olması ilə əsaslandırılıb.

Xatırladaq ki, Avetisyanların işi üzrə yaşamaq hüququnun pozulması faktı üzrə mənəvi zərərin ödənilməsi tələbi ilə mülki iddia birinci məhkəmə instansiyasında icraata qəbul edilməyib.

Zərərəçəkən tərəfin nümayəndəsi Aramazd Kiviryan məhkəmənin bu qərarını yuxarı məhkəmə orqanlarına şikayət edib. Yuxarı məhkəmə orqanların qərarına əsasən isə bildirilib ki, mülki iddia cinayət prosessual məcəllədə nəzərdə tutulmayıb və müraciətə mülki prosessual çərçivəsində baxıla bilər. Bu halda iddiaya Ermənistanda baxılması mümkün deyil.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Avedisyanlar   Gümrü   Qətl  

Avetisyanlarla bağlı məhkəmənin qərarı təxirə salınıb

2018/03/546456_1520944062.jpg
Oxunub: 1435     20:32     13 Mart 2018    