“ABŞ Suriya özrə öhdəliklərini yerinə yetirə bilmədi” - Lavrov

2018/03/456456_1520943909.jpg
Oxunub: 834     16:22     13 Mart 2018    
“ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Suriya üzrə yeni qanun layihəsi daxil etmək cəhdi Vaşinqtonun bu ölkədə atəşkəsə nail olmağa dair 2401 saylı qətnaməyə dair öhdəliklərini yerinə yetirə bilmədiyini isbat edir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Şərqi Quta yaxınlığında mövqe alan və “Ən-Nüsra Cəbhəsi” terror təşkilatına rəhbərlik edən qismində Vaşinqton öhdəliklərini yerinə yetirmək istəmir. ABŞ yalnız bir şey istəyir: Suriya hökməti atəş açmağı dayandırsın və onlar nəfəslərini dərsinlər. Təhlükəsizlik Şurası isə terrorçuların nəfəslərini dərməsini istəmir və buna imkan da olmayacaq”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, ABŞ Şərqi Qutadakı hərbçilərinə yaşayış ərazilərini atəşə tutmağı dayandırmaq əmri verməlidir.

“ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada əməli fayda verməklə bağlı çətinlik çəkir. Dünən Nikki Heyli yeni qətnamə qəbul etmək təklifini irəli sürdü, deməli, onlar öncəki qətnaməyə dair öhdəlikləri yerinə yetirə bilmədiklərini etiraf edirlər”, - deyə Lavrov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Lavrov   ABŞ-Suriya  

Xəbər lenti

“ABŞ Suriya özrə öhdəliklərini yerinə yetirə bilmədi” - Lavrov

2018/03/456456_1520943909.jpg
Oxunub: 835     16:22     13 Mart 2018    