"PG"dən MRAP "Matador"ları: Mina və pusquya qarşı təkmil avtomobil – Hərbi ekspert (FOTOLAR)

2018/03/teknologji-ushtarake_1483699683-256106345645_1520940739.jpg
Oxunub: 3193     15:22     13 Mart 2018    
MRAP avtomobillərinin əsl vətəni Afrikanın Rodeziya (indiki Zimbabave) respublikası hesab olunur. İllərdir hakimiyyətdə olan avropalı müstəmləkəçilərin övladlarına qarşı partizan müharibəsi aparan və resursları məhdud olan bir ölkədə istər-istəməz müəyyən qədər hiylələrdən istifadə etməli olursan. Əvvəlcə Rodeziyada "Land Rover" avtomobillərinin minaya qarşı davamlılığını artırmaq üçün çalışmalara start verildi. Qısa zaman sonra standart avtomobildən mina əleyhinə vasitə düzəltməyin mümkün olmayacağı üzə çıxdı.

MRAP konsepsiyasının ilk nümunəsi 1978- ci ildə istismara qəbul edilən "Buffel" zirehli 4x4 təkər formalı döyüş avtomobilləri oldu. Cənubi Afrika Respublikasında silahlanmaya qəbul edilən "Buffel", əsas məhvedici faktorun mina və əldədüzəltmə fuqaslardan ibarət olduğu Anqola və Namibiya ilə "sərhəd" müharibəsində geniş istifadə olundu. Nəticədə, Afrikada özünü doğruldan bu döyüş avtomobillərinə müxtəlif ölkələrdə kifayət qədər maraq artdı, təyinatları üzrə sifarişlər verildi və istehsal olundu.

Ölkəmizin silahlanamasında isə MRAP sinfinə aid "Matador" və "Marauder" zirehli avtomobillərindən istifadə edilir. Bu yazıda Sizə "Matador" zirehli avtomobili haqqında məlumat verəcəyik.

"Matador" - Cənubi Afrikanın "Paramount Group" şirkəti tərəfindən hazırlanan, İordaniya və Azərbaycan tərəfindən 2009- cu ildən kütləvi şəkildə istehsal olunan, 14.5 mm iriçaplı pulemyot ilə təchiz olunan zirehli avtomobildir. Əslində bu vasitəni zirehli avtomobillə yanaşı zirehli daşıyıcı və döyüş dozor kəşfiyyat maşını da adlandırmaq mümkündür.

Müxtəlif təyinatlar üzrə istehsal və istismar edilə bilər. Birgə layihə çərçivəsində ümumilikdə 110 ədəd nəqliyyat vasitəsinin istehsalı planlaşdırılıb.

Bu zirehli avtomobillər piyada bölmələrində şəxsi heyətin daşınması, hərbi konvoyların müşaiyət edilməsi, kəşfiyyat bölmələrinin dozor-patrul xidmətini həyata keçirməsi, xüsusi təyinatlı bölmələrdə isə desant avtomobili kimi istifadə edilməsi ilə yanaşı, uyğun avadanlıqlarla təchiz edildikdər sonra rabitə vasitəsi kimi komanda məntəqəsində, yaralıların təxliyəsi üçün sanitar avtomobili və ya teniki təminat maşını kimi də istifadə edilə bilər. Ən sonda isə üzərinə 8 ton yükqaldırma qabiliyyətinə malik qaldırıcı kran qurğusu da yerləşdirərək mühəndis texnikası kimi istifadə edilə bilməsi, universal platformanın imkanlarının nə qədər geniş olduğunu göstərir. Silah modullarının dəyişdirilə bilməsi "Matador"un istifadə spektrini daha da artırır. Standart olaraq 14.5 mm pülemyot ilə bərabər desant bölməsində olan şəxsi heyətin atıcı silahlardan atəş açması üçün 9 ədəd ambrazura mövcuddur. Silah modulundakı 14.5 mm pulemyot kiçik kalibrli top, müxtəlif markalı tank əleyhinə idarə olunan raket kompleksləri, AQS-17 və ya AQS- 30 avtomatik qumbaratanları ilə əvəz oluna bilər.

Minaların partlayış effektinin təsirini azaltmaq üçün avtomobilin alt hissəsini "V" şəklində hazırlanması və yol örtüyündən maksimum yüksəyə qaldırılması, partlayış zamanı özü təhlükə törədə biləcək aqreqat və mexanizmlərdən - mühərrik, transmisiya, yanacaq çənləri və s. zirehdən maksimum məsafədə yerləşdirməsindən - istifadə edildi.

Minadan qorunma səviyyəsi STANAG 4569 standartının 4-cü səviyyəsinə uyğundur. Yəni hər bir aparıcı təkər 3 tank əleyninə minanın (21 kq TNT ekvivalentinə bərabər), korpus isə iki tank əleyhinə minanın (14 kq TNT ekvivalentində) təsirinin toplam gücündən zirehli texnikanı qoruya bilir.

Güllədən qorunma səviyyəsi isə STANAG 4569 satandartının 3-cü səviyyəsinə uyğundur. Ekipaj 2 nəfərdən ibarətdir. Desant bölməsində isə 12 nəfər daşına bilir. 14 yerlik avtomobilin tam döyüş çəkisi 15300 kq, yükgötürmə qabiliyyəti 4500 kq- dır. Şassinin yüksüz çəkisi 10800 kq-dır. Yerdən hündürlüyü 420 mm-dir.

Maşının uzunluğu 6570 mm, təkər bazası 4170 mm, eni 2470 mm-dir. 60 dərəcə bucaq altında olan yoxuşlara qalxa bilir.

Şossedə maksimal sürət 120 km/saat olan avtomobili heç kim nəhəng və ləng adlandıra bilməz. Dönmə radiusu 18 metr, ehtiyat gediş məsafəsi 700 km-dir.

Yük avtomobillərində kütləvi istehsal olunan mühərrik və transmisiyalardan istifadə edilməsi döyüş maşınlarının maya dəyərini və istismar xərclərini aşağı salır.

"MAN" şirkətinin istehsalı olan 176 Kvt və 924 Nm firlanma anına sahib mühərrik 12 pilləli sürət ötürücüsünə malik transmissiya ilə tandemdə çalışır. Avtmobil 15 Kvt gücündə iqlimə nəzarət avadanlığına sahibdir. Elektrik sistemi 24V ilə çalışır. Zirehli avtomobilin 1400 R20 ölçülü təkərləri 12.7 mm mərmilərlə deşilsə belə avtomobilin əlavə 50 km-dən az olmayan bir məsafə qət etməyə imkan verən xüsusi elementlərlə təchiz olunur.

"Matador" zirehli maşınlarında istifadə olunan passiv mina əleyhinə sistemin effektivliliyinin artırılması bəzi texniki qərarların tətbiq olunması sayəsində əldə olunub. Avtomobili mina partlayışından qorumaq üçün yerdən bir qədər də yüksəyə qaldırılması "Matador"un korpus hündürlüyünün artmasına səbəb olub. Bir çoxları bu göstəricini avtomobilin zəif cəhəti kimi göstərməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, MRAP tipli zirehli vasitələrin hamısı nisbətən yüksək ölçülərə malik olması onların xarakterik xüsusiyyətidir. Bu maşınlar birbaşa hücum əməliyyatı üçün nəzərdə tutulmur. Adətən ikinci dərəcəli daşınma, müxtəlif növ döyüş təminatı, rabitə və s. tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulur. Korpusun "V" şəkilli zirehli kapsula geometriyasına sahib olması partlayan minanın zərbə qüvvəsinin istiqamətini dəyişdirə bilir. Zirehləmədə istifadə olunan poladın markası və istehsalçısı barədə məlumat yoxdur. Ehtimal olunur ki, İsveçin ARMOX şirkəti tərəfindən istehsal olunan polad zireh materialından istifadə olunur. Daxili yanğın əleyhinə sistem mövcuddur. Zirehli avtomobil peyk naviqasiya sisteminə sahibdir.

ABS əyləc sistemi mövcuddur. "Matador" özünün yüksəklinin yarısı qədər su maneələrini keçə bilir; öndən, mərkəzdən və arxadan qapılara malikdir. Partlayışa davamlı kreslolar şəxsi heyəti mina, fuqas və digər sursatların təsirindən qoruyur. "Matador"un müxtəlif təyinatlar üzrə istifadə etmək məqsədilə silahları və təchizatı köklü şəkildə dəyişdirilə bilər. Məsələn, radiopartlayıcıları bloklama qurğusu zirehli avtomobili unikal bir silaha çevirir. Mərkəzi hava doldurma sistemi MRAP dayanmadan təkər təzyiqini ərazi şərtlərinə uyğun nizamlamağa imkan verir.

Ümumiyyətlə, əlavə sifarişlər əsasında müxtəlif çeşiddə silah sistemləri, əlavə təzyiq sistemi, radio və İP texnologiyalar, ABS əyləc sistemi, 8 tonluq kran, uzaq məsafə qət etmək üçün əlavə yanacaq çənləri və s. avadanlıqların quraşdırılmasına imkan verən bu avtomobil ordumuzun genişmiqyaslı əməliyyatlarında uğurla tətbiq ediləcək. Hazırda, "Matador" zirehli texnikasından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müxtəlif təyinatlar üzrə uğurla istifadə edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

Teqlər: MRAP   Matador   PG  

Xəbər lenti

"PG"dən MRAP "Matador"ları: Mina və pusquya qarşı təkmil avtomobil – Hərbi ekspert (FOTOLAR)

2018/03/teknologji-ushtarake_1483699683-256106345645_1520940739.jpg
Oxunub: 3194     15:22     13 Mart 2018    