"Türkiyə və ABŞ Münbic üzərində razılaşıb" – Çavuşoğlu

2018/03/11654684645_1520939622.jpg
Oxunub: 1689     19:13     13 Mart 2018    
"YPG Münbicdən çəkildikdən sonra orda təhlükəsizliyi Türkiyə və ABŞ əsgərləri təmin edəcək. YPG-nin çəkilməsinə də iki ölkə nəzarət edəcək”.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu fikirləri Moskvada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

“YPG-nin olduğu bölgələr necə dayanıqlı hala gətirilər, kimin idarə edəcəyinə zəmanət yarada bilərik. Təməl prinsip əhali nisbətinə görə idarəçiliyin olmasıdır. YPG heç bir halda olmayacaq. Münbicdən YPG çəkildikdən sonra orda ABŞ və Türkiyə əsgərləri olacaq. YPG-nin çəkilməsinə də nəzarət edəcəyik. Buranın təhlükəsizliyini kim təmin edəcək – ABŞ və Türkiyə. Əvvəlcə bu modeli Münbicdə, daha sonra digər ərazilərdə tətbiq edəcəyik. Bu, həm Rəqqaya, həm də Fəratın şərqində YPG-nin nəzarətindəki yerlərə aiddir”, - deyə Çavuşoğlu vurğulayıb.

19 martda ABŞ-la baş tutacaq görüşdə yol xəritəsi dəqiq olaraq tarixlərilə birlikdə bəlli olacaq. Nə qədər müddətdə nə ediləcək, digər tərəfə necə keçiləcək, bunlarla əlaqəli təqvim və s. hamısı dəqiqləşdiriləcək. Təbii ki, sonuncu görüşdə fərqli olduğumuz şeylər ola bilər, amma bir anlayışa doğru irəliləyirik”, - deyə nazir əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   ABŞ   Münbic  

"Türkiyə və ABŞ Münbic üzərində razılaşıb" – Çavuşoğlu

2018/03/11654684645_1520939622.jpg
Oxunub: 1690     19:13     13 Mart 2018    