“Dağıstan” Xəzər dənizinin akvatoriyasına daxil olub

2018/03/1030_1520938883.jpg
Oxunub: 1710     19:03     13 Mart 2018    
Rusiyanın Xəzər Dənizi Flotiliyasının “Dağıstan” raket gəmisi Xəzər dənizinə daxil olub.

Ordu.az News.rambler.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Gəminin qarşısında duran əsas tapşırıq döyüş hazırlığı elementlərinin icra edilməsi üçün nəzərdə tutulan naviqasiya-hidroqrafik araşdırmalar həyata keçirməkdən ibarətdir. Bu, dənizin dibinin relyefini müəyyənləşdirmək və Xəzər dənizi akvatoriyasında baş verən dəyişikliklərdən xəbərdar olmaq üçün həyata keçirilən tapşırıqdır.

Toplanılan məlumatlar şturman xidmətinin xəritələrində əks ediləcək və oradan flotiliyanın bütün gəmilərinə paylanacaq.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Dağıstan   Xəzər-dənizi   Rusiya  

“Dağıstan” Xəzər dənizinin akvatoriyasına daxil olub

2018/03/1030_1520938883.jpg
Oxunub: 1711     19:03     13 Mart 2018    