Rusiya Baş Qərargahı: ABŞ Dəməşqə zərbə endirsə, cavab verəcəyik

2018/03/943_1520934231.jpg
Oxunub: 1273     17:38     13 Mart 2018    
“Dəməşqdə yerləşən Rusiya hərbi qulluqçularının həyatı üçün təhlükə yaranacağı halda Rusiya Silahlı Qüvvələri qarşı tərəfin mövqelərinə cavab zərbələri endirəcək”.

Ordu.az Vestifinance.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Valeri Gerasimov bəyan edib.

“Vaşinqton Dəməşqin hökumət küçələrinə raket-bomba zərbələri endirməyi planlaşdırır”, - deyə Gerasimov bildirib.

O qeyd edib ki, Dəməşqdə Suriya Müdafiə Nazirliyinin bütün obyektlərində həm də Rusiya hərbçiləri var.

“Odur ki, Vaşinqtona zərbə endirməzdən öncə qərarı yaxşı götür-qoy etməyi tövsiyə edərdim”, - deyə Gerasimov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Suriya   ABŞ  

Rusiya Baş Qərargahı: ABŞ Dəməşqə zərbə endirsə, cavab verəcəyik

2018/03/943_1520934231.jpg
Oxunub: 1274     17:38     13 Mart 2018    