WSJ: ABŞ İncirlikdəki aviabazada əməliyyatların sayını məhdudlaşdırıb

2018/03/345345_1520931986.jpg
Oxunub: 1387     17:05     13 Mart 2018    
ABŞ Türkiyənin İncirlik aviabazasından həyata keçirilən hərbi əməliyyatların sayını ciddi şəkildə məhdudlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hərbi əməliyyatlarla paralel olaraq İncirlikdə yerləşdirilən daimi əsaslı hərbi qulluqçuların da sayının məhdudlaşdırılması nəzərdə tutulub.

Rəsmi şəxslər qeyd ediblər ki, bunun səbəbi ölkələr arasında gərginliyin artmasıdır.

Xatırladaq ki, yanvar ayında İncirlikdəki aviabazadan A-10 qırıcılarının eskadriliyası Əfqanıstana göndərilib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ-Türkiyə   İncirlik  

WSJ: ABŞ İncirlikdəki aviabazada əməliyyatların sayını məhdudlaşdırıb

2018/03/345345_1520931986.jpg
Oxunub: 1388     17:05     13 Mart 2018    