Erməni hərbi ekspert: "Hücum qısa vaxtda baş verəcək və itkilərimiz çox olacaq"

2018/03/101892234234_1510667383_1520868745.jpg
Oxunub: 4562     19:31     12 Mart 2018    
"Türkiyənin Naxçıvandan İrəvana hücum edəcəyi gün uzaqda deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Vahan Badasyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan dagılma təhlükəsi qarşısındadır. O, ölkəni tərk edənlərin sürətlə artdığını, iqtisadiyyatın talan edilməsini və xarici çağırışların artmasını, həm Azərbaycan, həm də Türkiyə tərəfindən müharibə təhlükəsinin artmasını, o cümlədən Türkiyənin Ermənistana hücum edəcəyi günün uzaqda olmadığını bildirib.

"Türkiyə Azərbaycan ərazisi olan Naxçıvandan Ağrı vadisi istiqamətində İrəvana hücum edəcək. Hakimiyyət tərəfindən cəmiyyətin belə bir qarışıqlığı dövründə rəqibə qarşı müdafiə təşkil edə bilməyəcəyik. Belə bir hücum qısa vaxtda baş verəcək və itkilərimiz çox olacaq", - deyə o qeyd edib.

O, yaranmış vəziyyətdən çıxış yolunu, yalnız hakimiyyət dəyişikliyində, yeni qüvvələrin formalaşmasında gördüyünü vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Azərbaycan-Ordusu   Müharibə  

Xəbər lenti

Erməni hərbi ekspert: "Hücum qısa vaxtda baş verəcək və itkilərimiz çox olacaq"

2018/03/101892234234_1510667383_1520868745.jpg
Oxunub: 4563     19:31     12 Mart 2018    