Düşmənin 3-cü yol “strategiyası”?| Ermənistan manevr döyüşlərinə ümid edir – Hərbi ekspert

2018/03/29062839_1134752350001045_3887800260285693952_n_1520854520.jpg
Oxunub: 8521     19:36     12 Mart 2018    
Erməni işğalçıları Qarabağın iqtisadi inkşafının zəruriliyini, əhalinin rifahını yüksəltməyi bəhanə edərək regionda hərbi-strateji yolların tikintisinə imkanları daxilində mühüm rol ayırırlar. Regionun əhalisinin Ermənistanla əlaqələrini saxlamaq üçün Xankəndi-Laçın-Gorus yolu tam kifayət edir. Bütün Qarabağ ərazisində yaşayan ermənilərin sayı ortasaylı bir Azərbaycan rayonunun əhalisi qədərdir. Еrmənilərin şişirdərək göstərdiyi əhali sayı 146 mindir. Bu əhali işğal altında olan 14500 kvadrat kilometr ərazidə yaşayır. Tək Bərdə rayonunun 957 kvadrat kilometrlik ərazisində əhalisinin sayı isə 152 min məfərdir.

Bununla belə, Ermənistan höküməti özünün çətin iqtisadi şəraitinə baxmayaraq, yuxarıda adı çəkilən yolu böyük trafik qabiliyyətli avtomagistral səviyyəsində inşa edib.

Amma müasir müharibədə bu yol Qarabağda 250 kilometrlik dağlıq sahə üzrə dartınmış erməni cəbhəsinin təhcizat və manevr imkanları üçün kifayət deyil. Əvvəllər erməni komandanlığı Qarabağa böyük həcmdə hərbi materiallar və silah daşıyaraq, uzunmüddətli döyüş əməliyyatları üçün strateji ehtiyatlar yaratmağa çalışırdılar. Hətta Azərbaycanı qəfil zərbə ilə hədələyərək cəzasız qalmaq ümidləri də var idi. Bu konsepsiyanı rəhbər götürən erməni işğalçıları Qarabağın dərinliklərində strateji sursat anbarları quraraq, cəbhənin dağətəyi və düzənlik sahələrində yerləşmiş təcavüz bazalarının təhcizatı üçün dağ dərələr ilə qorunmuş radial şosse yollarından istifadə edirlər. Bu yollar təbii maneələrin arxasında rokada şosseləri ilə kəsişərək əlverişli nəqliyyat qovşaqları yaradır. Azərbaycan ordusunun zərbə qüdrətinin belə tez artmasını gözləməyən düşmən, ordusunun belə əlverişli mövqedə olmasından istifadə edərək, həyasızlıqla konfrontasiya strategiyasını davam etdirmək niyyətində idi. Bu hərbi kommunikasiyaların operativ mənbələrinin, arxa bazalarının dayanaqlılığını təmin etmək üçün təbii maneələrin kafi olacağı düşmən təfindən fərz edilirdi. Azərbaycan tərəfinin təcavüzkarı cəzalandırma cəhdi, düşmən ordusunun qaya suxurlarında, hündürlüklərdə qurulmuş uzunmüddətli atəş höqtələrini addım-addım susdurub, müdafiəsinin dərinliklərinə girmək yolu ilə ola bilərdi ki, bu da böyük itkilər bahasına başa gələcəkdi.

Lakin 2000-ci illərin ortalarından başlayaraq Azərbaycan ordusunun müasir silah sistemləri ilə təhcizatına başlanması, erməni təcavüzkarlarını öz strategiyasını dəyişməyə məcbur etdi. Artıq Azərbaycan ordusunun atəş güçü imkan verir ki, düşmənin cəbhəsinin operativ dərinliyində yerləşən bütün hərbi kommunikasiya elementlərinə (yollara, qərərgahlara, yanacaq bazalarına, rabitə qovşaqlarına, silah anbarlarına, radiotexniki və meteroloji nəzarət məntəqələrinə, HHM divizionlarına) məhvedici zərbələr vursun. Bu isə düşmən ordusunun döyüş qabiliyyətini və əzmini qıraraq döyüşün ilk saatlarında onu iflic edib, bir neçə sutka ərzində tam məğlubiyyətinə gətirib çıxara bilər. Günü-gündən pisləşən demoqrafik durum artıq erməni rəhbərliyinə imkan vermir ki Qarabağın düzənlik hissəsində yerləşən cəbhə zolağının etibarlı müdafiəsi üçün lazım olan minimal qüvvələri orada saxlaya bilsin.

Bütün bu faktorları gözəl anlayan və nəzərə almağa çalışan erməni hərbi rəhbərliyi və onların xarici havadarları qəsb olunmuş torpaqları öz caynaqlarında saxlamaq üçün, nəsə yeni bir hərbi-siyasi müharibə konsepsiyası düşünməli idilər. Düşmənin davranışının analizi belə bir fərziyyə irəli sürməyə imkan verir ki, onlar yeni müharibə strategiyası hazırlamağa başlayıblar.

Bu strategiyanın mahiyyəti nədən ibarətdir?

Özlərinin əsas qüvvələrini ordumuzun zərbə vasitələrindən heç bir operativ-taktiki vasitə ilə qorumaq imkanı olmadığı üçün, onları KTMT hərbi-siyasi “çətiri” altında gizlədərək, Azərbaycanın Qarabağ bölgəsi ilə sərhəddə, Ermənistan ərazisində yerləşdirmək, Qarabağ ərazinində isə Azərbaycan ordusunun hücum tempinə maneə yarada biləcək minimal qüvvələr saxlamaq, onların müdafiə əzmini dağ-səhra mühəndis-müdafiə qurğuları ilə möhkəmləndirmək, irəliləyən ordumuzla aryerqard döyüşləri apararaq, əsas qüvvələrinin Qarabağa soxulması üçün zəmin yaratmaq, ordumuzu Qarabağın ikinci dağ silsiləsi ətəklərində qarşılayaraq onun hələ stabilləşməmiş cəbhəsinə və kommunikasiyalarına təhlükə yaratmaq, onu geri çəkilməyə məcbur etmək və s.

Bu planın reallığı haqqında aşağıda danışacağıq. Hələlik bu planıv nəzəri cəhətdən təminatını yaratmaq üçün erməni rəhbərliyinin gördüyü tədbirləri nəzərdən keçirək. Əlbəttə, bu planın nəzəri reallığını tək Ağdərə-Xankəndi-Laçın-Gorus-İrəvan magistralı ilə təmin etmək mümkün deyil. Bu yolla qısa zamanda Qarabağa böyük qüvvələr atmaq da mümkün deyil. Əsasən də atəş təsiri altında. Bunun üçün yeni yollar tələb olunur. Bu məqsədlə erməni komandanlığı 2013-cü ildən Vardenis-Zod-Ağdərə-Xankəndi yolunu çəkməyi israrla tələb edirdilər. Xaricdə yaşayan erməni iş adamlarının köməyi ilə sovet dovründən mövcud olan rayon əhəmiyyətli dar, yumşaq örtüklü yol yenidən quruluraq, 2017-ci ilin payızında bərk örtüklü şosse yoluna çevrildi. Təcavüzkar Ermənistan ordusunun təcavüz sürəti və manevr qabiliyyəti nəzəri cəhətdən də olsa artırıldı. Lakin döyüş teatrının relyefinə nəzər salsaq, görərik ki, bu şimal şossesinin Azərbaycanın Xanlar-Daşkəsən bölgəsində yerləşən birləşmələrinin artilleriyası tərəfindən atəş zərbəsinə məruz qalmaq təhlükəsi çox böyükdür. Belə ki, yüksək hündürlükdə yerləşən Qamışlı-Vəng-Almalıq nəqliyyat qovşağı Murovdağ silsiləsinin şimal ətəklərində yerləşən bizim ordu mövqelərindən hava yolu ilə təxminən 25 kilometr aralıda yerləşir. Bu o deməkdir ki, ordumuz bahalı raket sistemlərini işə salmadan da bu dörd yol qovşağını dağıdıcı atəş təsiri altında saxlaya bilər. Yalnız artilleriyanın manevr qabiliyyətini artırmaq üçün yol şəbəkəsini genişləndirmək tələb olunur.

Bunu diqqətdən yayındırmayan Ermənistan rəhbərliyi çıxış yolları axtarır. Vəng yaşayış məntəqəsi rayonunda HHM bölmələri ilə gücləndirilmiş hərbi birləşmə yerləşdirilib ki, Azərbaycanın bu qovşağa aviasiya və kəşfiyyat qüvvələrinin zərbə təsirini neytrallaşdıra bilsinlər. Amma artilleriya təsirini neytrallaşdırmaq erməni ordusu üçün qat-qat çətin vəzifədir.

Şimaldan zərbəyə məruz qalmamaq üçün ermənilərə nisbətən cənubdan dağ silsilələrini yararaq, tunnellərlə təhciz olunmuş yollar çəkmək tələb olunur. Belə yollar hələlik zəif iqtisadiyyatı olan Ermənistan üçün hətta xarici köməklə də mümkünsüzdür. Onlar hələlik yalnız sovetlər vaxtı Azərbaycan mühəndislərinin layihələşdirdiyi və dağlarda yardığı yolları hamarlayıb bərk örtük çəkməyə qadirdirlər.

Nəticədə, operativ durumlarını nisbətən yaxşılaşdırmaq məqsədi ilə onlar yarımçıq əhəmiyyət daşıyan Zod-Norаbak-Kəlbəcər yolunu yenidən qurmaq fikrinə düşdülər. Sovetlər vaxtında salınmış yerli əhəmiyyətli bu torpaq-çınqıl örtüklü yolun əsas hissəsi nisbətən cənubdan keçərək, Azərbaycanın lüləli və reaktiv artilleriyasının (xüsusi artilleriya sistemləri istisna olmaqla) təsir dairəsindən kənarda qalır. Lakin Kəlbəcər-Zülfüqarlı-Vəngli xətti ilə dağ zirvələri yerləşdiyindən və bu istiqamətdə yol olmadığından, Ağdərə və Xankəndinə çıxış üçün Kəlbəcərdən yenə də Qamışlı-Vəng-Almalıq nəqliyyat qovşağına çıxmaq lazım olacaq. Bu marşrut da yuxarıda qeyd etdiyimiz kimi, düşmən təhcizatı üçün təhlükəli yoldur. Cermux-Dovşanlı-Qızıl Kəngərli və yaxud Sisyan-Daşlı-Fərrux şərti xətləri üzrə düşmən üçün dağ yolları salmaq maddi cəhətdən demək olar ki mümkün deyil. Buna görə də yaxın illər ərzində onun radial hərbi kommunikasiyaları şimaldan təhlükəli Qamışlı-Vəng-Almalı qovşağından keçən Vardenis-Vəng-Ağdərə şossesi, Gorus-Şuşa-Xankəndi-Əskəran şossesi, cənubdan Qafan-Zəngilan-Horadiz şossesi ilə təmin olunacaq.

Ola bilər ki, erməni komandanlığı hal hazırda cəbhə xəttindən ən uzaqda yerləşən Laçın-Kəlbəcər tuneli Ərikli-Zülfüqarlı yolunu genişləndirib qaydaya salmağa çalışsın. Bu yolla Gorusdan Ağdərəyə getmək Xankəndi yolundan daha çətin olsa da, dağlar arasında ehtiyat yol kimi də planlaşdırıla bilər.

Əgər ordumuzun zərbə qüvvələri düşmənin cəbhə xəttinin bütün operativ dərinliyində yerləşən qüvvələrinə sarsıdıcı zərbə vurmaq qabiliyyətinə malik olarsa, düşmən özünün əsas qüvvələrini Qarabağdan kənarda saxlamağa məcbur olacaq. Bu halda genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, Qarabağda düşmənin 246 kilometrlik cəbhə xəttinin təhcizatı üçün bu yolların buraxılış qabiliyyəti kifayət etməyəcək. Dağ yollarının xüsusiyyəti budur ki, hərbi kolonların orta sürəti 10-15 кm/saata düşür. Həmin hesabla düşmən ən tezi Ermənistandan Əskərəna 8-10 saata, Hadruta və Ağdərəyə isə 15-20 saat ərzində tam heyətli ehtiyat qüvvələri ata bilərlər.

Bütün sadaladığımız faktlardan görünür ki, düşmən Azərbaycan ordusunun zərbə və kəşfiyyat imkanlarını neytrallaşdırmaqdan ötrü manevr döyüşlərinə ümid edir. Onlar öz birləşmələri ilə cəbhə boyu və dərinliyində manevr edərək qarşı (Azərbaycan Ordusunun-red.) tərəfin cəbhə kəşfiyyatının diqqətindən yayınmaqla, böyük qüdrətə malik atəş sistemlərinin atəş zərbəsindən qaçaraq yaxın distansiyadan döyüş aparmaqa ümid edirlər. Bu halda da mərdlikdə bizim əskərdən üstün olmayan düşmən əskərinin elə böyük şansı yoxdur. Amma döyüş meydanını daha yaxşı tanımaq və mövqelərinin ərazi relyefinin daha yüksək nöqtəsində yerləşməsi onların şansını artırır. Bir şərtlə: əgər döyüş planına uyğun qrafiklə özlərini onlar üçün ayrılmış tanış döyüş mövqelərinə çatdıra bilsələr. Çatdıra bilməsələr, relyef onlar üçün də, Azərbaycan əskəri üçün də eyni dərəcədə yeni olacaq.

Belə manevr döyüşləri aparmaq üçün ərazidə yol örtüyünün daha yüksək sıxlığı tələb olunur ki, buna da dağlıq ərazidə nail olmaq çox çətindir. İkinci dərəcəli problem Ermənistan ordusunun kəşfiyyat və rabitə sistemlərinin mənəvi çəhətdən köhnə olmasıdır. Bu baxımdan, onun “İsgəndər” raket kompleksini də effektiv tətbiq edə bilməsi şübhə doğurur. Bu raket peyk və aviasiya kəşfiyyatı komponentləri olan bir döyüş sisteminin elementidir. Dağ yollarında 5-6 kilometr uzunluqda hərəkət edən batalyon kolonlarını zərbədən qorumaq məsələləri elə də asan deyil. Düşmənin avtomobil və tırtıllı texnikaları köhnə olduğundan tez-tez təmir olunur. Dağ yollarında hərəkət zamanı texnikanın nasazlığından yaranan problemlər qaçılmaz olacaq. Nasaz texnika kolonun hərəkət sürətinin daha da azalması deməkdir.

Bütün bu mülahizələri yekunlaşdıraraq demək olar ki, erməni tərəfinin kommunukasiyaları genişləndirmə planı, konkret olaraq Vardenis-Ağdərə yolunun yenidən qurulması işləri Azərbaycan üçün, əlbəttə, problemlər yaradır. Bu preblemin həlli üçün tədbirlər hazırlanıb həyata keçirilməlidir.

Bunun üçün Murov silsiləsi zirvələrinin ətəklərində silsilə boyunca və silsilənin dərələri boyunca yol şəbəkəsini sıxlaşdırmaq lazım olacaq. Böyük vəsait tələb etməsinə baxmayaraq bu işləri görmək lazımdır.

Bu həm regionda qüvvələrimizin cəbhə boyu manevr imkanlarını artırar, həm də az məskunlaşmış Murov ətəklərini sıx əhalisi olan regiona çevirə bilər. Erməni strategiyasının fərz etdiyimiz şəkildə dəyişməsi Azərbaycan ordusunun heç bir vəzifəsini konseptual olaraq dəyişmir. Necə ordumuzun müasir silanlarla təhciz olunması tələb olunurdusa, eləcə də tələb olunur. Əsasən də müasir rabitə, kəşfiyyat və radioelektron mübarizə vasitələri, universal döyüş qabiliyyətli zirehli piyada maşınları, minaları məsafədən zərərsizləşdirən sistemlər, 152/155 mm kalibrli uzaqvuran artilleriya sistemləri, yüksək dəqiqlikli idarəolunan döyüş sursatları, kəşfiyyat PUA-ları, raket sistemlərinin yerli istehsalı, universal təyyarələr, müasir HHM sistemləri və s. Düşmən zəbt etdiyi ərazinin hər nöqtəsini müdafiə taktikası tətbiq etsə də, yüksək mobilliyi olan qüvvələrlə manevr müharibəsi aparsa da, sadalanan sistemlər düşmənin hər iki formada döyüş taktikasına qarşı ordumuzun döyüş effektivliyini artırır.

Sonda qeyd edək ki, düşmənin strategiyasının, taktikasının, hiyləgərlik üsullarının dəyişməsindən asılı olmayaraq bizim ordu quruculuğunun bir amalı olmalıdır: Keyfiyyətli və operativ kəşfiyyat aparan, maneələrdən yaxşı qorunan dayanaqlı rabitəsi olan, sarsıdıcı atəş gücünə malik yüksək mobillikli ordu qurmaq.

Hərbi ekspert Vüqar Miraslanov
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Qarabağ   Müharibə  

Düşmənin 3-cü yol “strategiyası”?| Ermənistan manevr döyüşlərinə ümid edir – Hərbi ekspert

2018/03/29062839_1134752350001045_3887800260285693952_n_1520854520.jpg
Oxunub: 8522     19:36     12 Mart 2018    