Çinin hərbi inqilabı: Daha ağıllı, daha yaxşı, daha sürətli, daha kiçik

2018/03/twtrGetty-Keith-Tsuji-China-aircraft-carrier_1520704550.jpg
Oxunub: 1969     21:54     10 Mart 2018    
“Böyük güc statusu”na nail olmağı milli məqsədinə çevirən Çinin hərbi modernizasiya cəhdləri Asiya-Sakit okean regionunda xüsusilə Çin və ABŞ arasında gərginliyin artmasına gətirib çıxarır. Çinin hərbi qüvvələri layihələndirməklə bağlı böyüyən gücü Cibutidə ilk xarici dəniz bazasının açılması ilə birlikdə daha da möhkəmləndi. Onun Cənubi Çin dənizindəki süni adaları, sürətli dəniz inkişafı ABŞ və müttəfiqləri üçün olduqca təhlükəli hal alıb. Çin hazırkı beynəlxalq düzəni yenidən formalaşdırmaq istəyir.

Çin Xalq Azadlıq ordusunun formalaşdırılması Soyuq Müharibənin və birinci Körfəz müharibəsinin başa çatmasından sonra daha da intensivləşdi. Qlobal sülh və çiçəklənmə dövrünün başlaması Çinin öz təhlükəsizliyinə yatırım etməsinə və rifahını yaxşılaşdırmasına imkan yaratdı. Son olaraq isə ölkə döyüş meydanı üçün qabaqcıl texnologiya və informasiya gücünü nümayiş etdirdi.

2004-cü ildə sabiq Çin prezidenti Hu Cintao XAO-ya informasiyalaşdırılmış şərtlər altında yerli müharibələri qazanmağı tapşırdı. Bu, ABŞ-ın hərbi əməliyyatları koordinasiya etmək və həyata keçirmək üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyə dair şəbəkə mərkəzli müharibə konsepsiyasına bənzər idi. Həmin konsepsiya ordunun yenidən təşkili və yeni qabiliyyətlərin hərbi qüvvələrə inteqrasiyasına dair qərar qəbul edən bir çox çinliyə təsir etdi.

2015-ci ildə cari prezident Si Tsinpinq yeni, əhatəli islahatlar elan etdi. Bu islahatlar əsasında elit qüvvələr formalaşdırılmalı, donanma qabiliyyətləri genişləndirilməli və XAO-nun qolları arasında ortaq əməliyyat imkanları yaxşılaşdırılmalı idi. Çin, həmçinin öz prioritetlərini kəmiyyətdən keyfiyyətə doğru dəyişdirdi. Dövlət mətbuatına görə, silahlı qüvvələrin 300 min nəfərlik sonuncu ixtisarı demək olar ki, tamamlanıb. Bu tendensiya hələ 1980-ci illərdə başlanıb və görünür hələ də davam edir. Həmin vaxtlar XAO-nun sayı təxminən 1 milyon nəfərə qədər azaldılmışdı.

Çinin mülki və hərbi liderləri dəfələrlə ordunun texnoloji cəhətdən dirçəldilməsinə dəstəklərini ifadə ediblər. Prezident Si Tsinpinq isə artıq müddətsiz texnoloji innovasiyanın əhəmiyyətini vurğulayır. 2017-ci ilin martında etdiyi çıxışında o, elm və texnoloji innovasiyadakı cəhdlərin artırılmalı olduğunu bir daha ifadə etdi.

Çinin müdafiə büdcəsi də sürətlə böyüyür. 2018-ci il üçün açıqlanan rəsmi rəqəmdə bunun 174,6 milyard dollar olduğu göstərilib. Bunun ötən ilə nisbətən 8,1% çox olduğunu artıq xəbər vermişik. Həmçinin, bu, son üç ildəki ən böyük artımdır. Lakin Çin öz pulunu necə bölüşdürdüyünə dair şəffaf məlumat təmin etmir. Nəticə etibarilə bəzi xarici mənbələr adətən Çinin həqiqi hərbi büdcəsinin söylənəndən xeyli çox olduğunu iddia edir.

Çinin genişlənən hərbi gücü Birləşmiş Ştatlarla sürtünmə zonaları yaradır və heç bir tərəf də hərbi hazırlığın əksəriyyətinin digərinə cavab xarakterli olduğunu inkar etmir. Hər iki dövlət ortaq məxrəcə gəlməyə çalışmaqda davam edir, lakin onlar bu mənada məhdud uğurlar əldə etdilər və hərbi güclənmə Çinin ABŞ və müttəfiqlərinə böyüyən təhdid meydana gətirməsilə birlikdə davam edir.

Yanvar ayında nəşr olunan 2018-ci il ABŞ Milli Müdafiə Strategiyasında deyilir: “Çin hərbi modernizasiyana, təsir əməliyyatlarına və istilaçı iqtisadiyyatına təkan verir. Onun məqsədi isə qonşularına təsir etməklə Hind-Sakit okean regionunda üstünlüyünü bərqərar etməkdir. Çin öz iqtisadi və hərbi təsirlərini genişləndirməyə davam etdikcə, gücü möhkəmləndirməyi dövlətin uzun vədəli strategiyası kimi saxladıqca, o, yaxın vədədə Hind-Sakit okean regionunda hegemonluğunu ortaya qoymaq və gələcək qlobal niyyətlərinə nail olmaq üçün ABŞ-ı ərazidən didərgin salmaq məqsədilə öz hərbi modernizasiya proqramına davam edəcək. Bu müdafiə strategiyasının ən əsas məqsədi iki dövlət arasında şəffaf və qeyri-təcavüzkar yolu izləmək məqsədilə hərbi əlaqələr qurmaqdır”.

Pentaqonun 2017-ci ildə Pekinin hərbi inkişafına dair hesabatı Çinin hərbi modernizasiyasının məqsədi kimi ABŞ ordusunun imkanları ilə eyni səviyyəyə gəlməklə göstərilib. Həmçinin Çin prezidenti Si Tsinpinq oktyabrda baş tutan 19-cu Kommunist partiyası Konqresindəki çıxışında ordu üçün abstrakt lakin aqresiv məqsəd müəyyən etdi: Əsrin ortalarına qədər bütün sahələrdə birinci sinif olmaq. Si həm də Cənubi Çin dənizində Çinin süni ada quruculuğuna eyham vurub. Bu isə Birləşmiş Ştatlar, Yaponiya, Filippin və digər qonşularla ciddi gərginliyə səbəb oldu.

Çin eyni zamanda müdafiə innovasiyasını sürətləndirmək üçün mülki-hərbi partnyorluğunu da gücləndirir. Ötən ilin martında Çin hava, kosmos və raket texnologiyalarına dair 3 mindən çox patent verildi. May ayında isə Çin hökuməti Hərbi Araşdırma Tədqiqat İdarəetmə Komitəsi formalaşdırdı. Bu, Birləşmiş Ştatların Müdafiə üzrə Müasir Tədqiqat Layihələri Agentliyinə, yəni DARPA nümunəsi üzərində hazırlanıb. Ötən ay üzə çıxan görüntülərdə Çinin döyüş gəmisində elektromaqnit top görünüb. Bu elə bir şeydir ki, ABŞ da daxil olmaqla dünyanın geri qalan hissəsi hələki bunu hazırlamaq üzərində işlər aparır.

Çinin artıq iki aviadaşıyıcısı var, üçüncüsü isə 2015-ci ildən etibarən tikilməkdədir. Onun bir neçə texnoloji yeniliklərlə digərlərindən fərqli olacağı gözlənilir. Güman ki, ən önəmlisi Çin mühəndislərinin gəmini elektromaqnit təyyarə buraxma sisteminə uyğunlaşdırma səyləridir. Bu ilk iki aviadaşıyıcıda istifadə edilən xizək-tramplin sistemindən fərqlidir. Qısacaq EMALS adlanan sistemi ABŞ da yeni avidaşıyıcısı “USS Gerald R.Ford”da istifadə edir. Bu sistem təyyarənin qalxması zamanı heç bir çəki məhdudiyyəti qoymur və təyyarənin mənzilini və effektivliyini artırır. Çin Gəmiqayırma Sənaye Korporasiyası (CSIC) bundan başqa 2025-ci ilə qədər suya nüvə güclü aviadaşıyıcı da buraxacağını elan edib.

2017-ci ilin avqustunda Çin Cibutidə ilk xarici dəniz bazasını tikdi. Burada daha 6 dövlətin hərbi mövcudluğu var. Dəniz Analizləri Mərkəzinin hesabatına görə, bu bazanın ən azı beş missiya zonasına dəstək vermə qabiliyyəti var: dəniz quldurluğuna qarşı mübarizə, kəşfiyyat materialları toplama, qeyri-döyüş evakuasiya əməliyyatları, sülhməramlı əməliyyatlar və terrorizmlə mübarizə. Çin Pakistanda ikinci hərbi bazasını tikəcəyinə dair iddiaları isə təkzib edib.

Cavab: Çin hərbi imkanlarını genişləndirməyə davam etdikcə ABŞ da bu təhdidlərə qarşı gücünü inkişaf etdirmə səylərini sürətləndirir. Bu həm texnoloji, həm də siyasi mənada belədir.

İddialara görə, Pentaqon Rusiya və Çindən təhdidlərə qarşı raketdən müdafiə siyasətini genişləndirir. Görünür, o, diqqətini İran və Şimali Koreyadan başqa istiqamətə çevirir. Ötən ay Senatın Silahlı Xidmətlər Komitəsinin dinləmələrində çıxış edən ABŞ Strateji Komandanlığının komandiri general Con Hayten Çinin ballistik raket inkişaf proqramının dünyanın ən aktiv və çeşidli olduğunu bildirib.

Siyasətə əlavə olaraq, Pentaqon ABŞ-ın raket təhdidlərini təsbit və məhv etmə imkanlarının inkişafı üzərində işləyir. Bu məqsədlə o daha yaxşı sensorlar əldə etməyə çalışır. Elektromaqnit silahlar və birbaşa enerji silahları (lazer) orta və uzaq vədədə effektiv həll ola bilər. Bu silah sistemlərindən atılan mərmilər anti-raket sursatlarından daha ucuz başa gəlir, lakin bu sistemlərdəki bəzi çatışmazlıqlar hələ də həll edilməmiş qalmaqdadır. Yaxın gələcək üçün isə donanma və quru qoşunları Hiper Sürət Mərmilərini səmərəli həll kimi görür və təkmilləşdirir.

ABŞ Çinin iddialarına qarşı Cənubi Çin dənizində sərbəst dənizçilik əməliyyatları (FONOP) aparmağa davam edir. Ümumi FONOP sayı ictimaiyyətə açıqlanmasa da, bəzi mənbələr 2017-ci ilin beş ayı ərzində bu əməliyyatların dörd olduğunu iddia edir. Həmin məlumatlarda Tramp administrasiyasının bu əməliyyatların tempini artırdığı da deyilir.

Bundan sonra nə olacaq: Birləşmiş Ştatlar ciddi hərbi üstünlüyünü saxlasa da, Çin enerji və qüvvə layihələndirmə imkanlarını inkişaf etdirməklə bu fərqi azaltmağa davam edir. Proses isə hər iki ölkəni bahalı silah yarışına sürüyür. Bəzi alimlər Çinin yüksəlməsinin hegemon güc olma üzərində ABŞ-la münaqişəyə yol aça biləcəyini bildirir. Bunun qarşısını almaq üçün isə iki dövlət öz strateji niyyətlərini bir-biri ilə əlaqələndirməyin konstruktiv və səmimi yolunu tapmağa çalışmalıdır.

Digər analitiklər nüvə gərginliyi təhdidinin qalmasının ABŞ və Çini hətta kiçik miqyaslı münaqişəyə girməkdən də çəkindirəcəyinə inanır. Onların fikrinə görə, ən pis halda bu məsələ hər iki ölkəni gərginliyi azaltma səylərini artırmağa məcbur edəcək. Xatırladaq ki, 2001-ci ildə Çin qırıcısı ABŞ kəşfiyyat təyyarəsi ilə qarşıdurmaya girərək, ABŞ təyyarəsini Çinin Haynan adasında fövqəladə eniş etməyə vadar etdi. İnsident iki həftə ərzində ABŞ hökumətinin çinli pilotun həlak olmasına görə dərin təəssüf hissi keçirməsini bəyan etməsi ilə həll edilmişdi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Xəbər lenti

Çinin hərbi inqilabı: Daha ağıllı, daha yaxşı, daha sürətli, daha kiçik

2018/03/twtrGetty-Keith-Tsuji-China-aircraft-carrier_1520704550.jpg
Oxunub: 1970     21:54     10 Mart 2018    