Bakıdan İrəvana: Gürcüstan Baş nazirinin diqqətçəkici yükü - ANALİZ

2018/03/22815382_532581917086837_7195129153979634719_n_670_1520702070.jpg
Oxunub: 4236     21:07     10 Mart 2018    
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili sabah ölkəmizə səfər edəcək. Görüşlərdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq.

Lakin diqqət çəkən başqa bir məqam var. Gürcüstan Baş nazirinin Bakıya səfəri martın 2-də İrəvana səfərindən 9 gün sonra həyata keçirilir. Qeyd edim ki, martın 2-də Kvirikaşvili Ermənistanda səfərdə olub və Ermənistan rəhbərliyi ilə görüşərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Digər vacib faktor isə onun nümayəndə heyəti tərkibində dünən ölkəmizə səfər edən müdafiə naziri Levan İzorianın da olması idi.

Gürcüstan Müdafiə nazirinin Ermənistanda keçirdiyi görüşlər barədə məlumat yayılmasa da, ölkəmizə səfəri çərçivəsində Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalandı.

Bununla yanaşı, danışıqlar zamanı müdafiə nazirləri rəhbərlik etdikləri qurumlar arasında verifikasiya və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Tərəflər həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Faktiki olaraq, Gürcüstan həm Azərbaycan, qismən də olsa Ermənistanla yaxşı əlaqələr qurmağa çalışır. Bu da əlbəttə asan məsələ deyil. Çünki daimi diqqət tələb edən problemli məsələlərdən başqa, Gürcüstan-Azərbaycan ikitərəfli və ya üçtərəfli layihələri, Türkiyə-Azərbaycan arasında yüksək əməkdaşlıq münasibətləri mövcuddur. Lakin xatırladım ki, bütün hallarda Gürcüstan Ermənistana qarşı strateji layihələrdə iştirak edir.

Əlbəttə ki, Ermənistan hakimiyyəti buna çox qısqançlıqla yanaşır. Nəhayət, daha sadə bir reallıq var. Gürcüstan bu layihələrə qoşulmazsa, Ermənistan praktiki olaraq Gürcüstan üzərindən Rusiya və Qara dənizə çıxış elə edə bilər. Lakin Gürcüstan-Rusiya müharibəsi xəyanətkar Ermənistanın Gürcüstan üçün sərfəli qonşu olmadığını göstərdi.

Gələk əsas məsələyə... Hazırda ABŞ Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsində daha aktiv rol oynamağa başlayır. Burada, əlbəttə, əsasən Rusiya təhlükəsi və cənubdan İranın çıxış imkanlarının məhdudlaşdırlması kimi strateji məsələlər nəzərdən keçirilir və digər tərəfdən Gürcüstan vasitəsilə Ermənistana, oradan isə Suriyaya qədər uzanan Kremlin "qolları"nı kəsmək istəyir.

Bu mənada, Ermənistanla əməkdaşlıq ABŞ üzərindən Gürcüstan üçün qismən maraqlıdır. Çünki Gürcüstan yaxşı dərk edir ki, arxa qonşusu Ermənistanla münasibətləri dərinləşdirməsə, Rusiya ilə müharibə apardığı zaman olduğu kimi arxadan ənənəvi şəkildə zərbə alacaq.

Hazırda, əvvəllər görülməsi çətin ola bilən və ya qeyri-real görünən regional və geosiyasi praktikada Tramp yeni bir vəziyyət ortaya qoyub. Onun Ermənistan üzərinə Gürcüstan və ya Rusiya sanksiyaları ilə gəlməsi, o cümlədən Qarabağ münaqişəsi üzrə aktivliyini artırması hansısa mövcud planlardan xəbər verir. Odur ki, Gürcüstan Baş nazirinin ilk öncə İrəvana, daha sonra isə Bakıya səfər etməsi, ibtidai yanaşma tərzindən (yəni, bu əsla Gürcüstanın Ermənistana simvolik olaraq getməsi kimi qəbul edilmə bilməz) fərqli olaraq, ABŞ-ın bölgədə apardığı siyasətin tərkib hissəsi kimi nəzərdən keçirilməli və səfərin əskinə Bakıdan İrəvana önəmli mesajlar verəcəyi qeyd olunmalıdır.

Alpər Mövludoğlu
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Gürcüstan   ABŞ   Azərbaycan  

Xəbər lenti

Bakıdan İrəvana: Gürcüstan Baş nazirinin diqqətçəkici yükü - ANALİZ

2018/03/22815382_532581917086837_7195129153979634719_n_670_1520702070.jpg
Oxunub: 4237     21:07     10 Mart 2018    