Dünyanın nüvə arsenalı və ya ölkələrin Rubikonu keçməsi barədə - ANALİZ

2018/03/fb213213_1520523524.jpg
Oxunub: 2610     01:30     09 Mart 2018    
Yanvarın sonlarında “Qiyamət günü saatı”nın əqrəblərini “nüvə gecəsi”nə 30 saniyə daha yaxın etdilər. Hazırkı proseslər, 1953-cü ildə hidrogen bombasının ilk dəfə sınaqdan keçirildiyi dövr kimi nüvə hadisələri müstəvisində təkrarlanır.

Martın 7-də ictimailəşdirilən “Dünya nizamı 2018” filminin fraqmentlərindən birində Rusiya prezidenti Vladimir Putin məşhur rus aparıcı Vladimir Solovyova hansı şərtlər daxilində nüvə müharibəsi başlayaca biləcəyindən bəhs edir. Əgər raket hücumundan xəbərdarlıq sistemləri Rusiya ərazisinə istiqamətlənən raket hücumunu qeydə alsalar, Putin cavab olaraq nüvə zərbəsi barədə əmr verəcək. Rusiya prezidenti bunun qlobal dəhşətlərə səbəb olacağını anladığını gizlətmir. “Bir sual vermək istəyirəm: Rusiyanın olmadığı dünya nəyə lazımdır?”, - deyə Putin bildirir.

Artıq aydınlaşdırmaq vaxtıdır: kim, necə, nə vaxt və hansı şərtlər daxilində hər şeyi məhv etməyə qadir nüvə zərbəsi endirə bilər?

Yaxşı xəbərdən başlayaq

Dünyada nüvə silahlarının ümumi sayı azalmağa doğru davam edir. Stokholm Dünya Problemlərinin Araşdırılması İnstitutunun məlumatına görə, 2017-ci ilin əvvəllərində 9 nüvə gücünün arsenalında təxminən 4150 operativ yerləşdirmə nüvə döyüş başlığı var idi. Döyüş başlıqlarının ümumi sayı 14935 təşkil edir. Onların 93 faizi Rusiya və ABŞ-ın ixtiyarındadır.

2016-cı ilə dünyada döyüş başlıqları daha çox idi. Dəqiq ifadə etsək, 15395 ədəd. Əgər bu rəqəmi 1980-ci illərin ortalarında nüvə güclərinin silahlanmasında yer alan 70 mindən çox başlıqla müqayisə etsək, ümumiyyətlə optimizmlə fərəhlənmək də olar. Amma bir neçə “amma” var.

Nüvə silahı nədir və o, hansı ölkələrin silahlanmasında var?

Nüvə silahı bioloji və kimyəvi vasitələrlə birlikdə kütləvi məhvetmə silahı hesab edilir. O, atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır.

Nüvə silahının atışını təyyarələr, sualtı gəmi və ya yerüstü qurğulardan həyata keçirmək olar. Nüvə döyüş başlıqları müxtəlif məsafələrə malikdir, lakin hazırda bu raketlərin zərbə endirməyə qadir olmadığı regionlar Yer kürəsində sadəcə olaraq mövcud deyil.

Nüvə silahının tətbiqinin səbəbi olaraq milyonlarla insan həyatını itirir, təbiət vahidləri məhv olur və sonradan dəyən zərəri hesablamaq mümkünsüz hala gəlir. 1945-ci ildə ABŞ tərəfindən həyata keçirilən Xirosima və Naqasaki bombardmanlarını xatırlamaq kifayət edir.

“Soyuq müharibə” ərəfəsində SSRİ və ABŞ arasında nüvə raketləri mübadiləsinin planetdə həyata son verəcəyi düşünülürdü.

Real müharibə şərtlərində nüvə silahı iki dəfə tətbiq edilib: 1945-ci ilin avqustunda ABŞ Xirosima və Naqasakiyə nüvə bombaları atanda. Bu zərbələrin dəhşətli nəticələri Yaponiyanın kapitulyasiya etməsinə səbəb oldu. Həmin dövrdən etibarən dünyada nüvə silahının fərqli gücə malik 2000-dən çox sınağı keçirilib.

Hazırda 9 ölkə nüvə silahına sahibdir. Bu ölkələr Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır. Bu ölkələrdən hansınınsa yaxın gələcəkdə nüvə silahından imtina edəcəyini düşünmək sadəlövhlük olar. Onların hərbi biri nüvə potensiallarının modernləşdirilməsi, yaxud inkişafı yönündə fəaliyyət göstərirlər.

Yayılmanın qarşısını almaq uğrunda mübarizə

Dünya nüvə silahının tətbiqindən qısa müddət sonra onun dəhşətli nəticələri barədə fikirlərin nə qədər real olduğunu anladı. İkinci Dünya Müharibəsindən sonra tezliklə müxtəlif ölkələrdə nüvə fəalkətlərinin qarşısının alınması uğrunda fəaliyyət göstərən hərəkatlar yarandı.

1950-ci illərdə bu hərəkatın əsas aktivisti Britaniya filosofu və riyaziyyatçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bertran Rassel (1872-1970) idi. 1955-ci ildə o, Albert Eynşteynlə birgə sülh məqsədilə tezliklə silahlanmaya və elmin fərqli istiqamətə yönəlməsinə çağırış edən manifest hazırladı.

Nüvə silahının yayılmasının qarşısının alınması barədə müqavilə qüvvəyə 1970-ci ildə mindi. Onu 170 ölkə, o cümlədən 5 nüvə gücü – ABŞ, Rusiya (o zaman SSRİ) Böyük Britaniya, Fransa və Çin. Şimali Koreya müqaviləni 1985-ci ildə imzaladı, lakin 2003-cü ildə ondan çıxdı. Hindistan, Pakistan və İsrail müqaviləni imzalamayıblar.

Bu müqavilənin uğurlu tətbiqi ilə bağlı Cənubi Afrikada aparteid illərində nüvə silahının (İsrailin dəstəyi ilə) hazırlanması halını xatırlamaq olar. 1991-ci ildə CAR könüllü şəkildə müqaviləyə qoşularaq özünün böyük olmayan nüvə arsenalını məhv etdi.

Nüvə güclərinin müxtəlif tipləri

İlk dəfə nüvə silahı ABŞ silahlanmasında meyadana gəlib, lakin onu nasist Almaniyasında yəhudiləri məhv etmək məqsədləri olmadığı təqdirdə bunu böyük məmnuniyyətlə Berlin üçün edə biləcək avropalı alimlər hazırlayıblar. Nüvə silahının yaradılması üzrə Manhetten layihəsinin iştirakçıları arasında əksər alimlər yəhudi mənşəli idi, digər alimlər isə macar dilinin daşıyıcılarıdırlar.

ABŞ-da nüvə silahının peyda olmasından az sonra SSRİ də atom bombası yaratdı.

Böyük Britaniya və Fransa əvvəlcə öz nüvə arsenallarını müharibədə qalib gələn güclər kimi müqavilə müttəfiqi qismində ABŞ-dan aldı.

Çin nüvə silahının ilk sınaqlarını 1964-cü ildə həyata keçirdi – bu ölkənin nüvə proqramı əvvəlcə SSRİ-nin aktiv dəstəyi ilə həyata keçirilirdi. Həmçinin nüvə silahına sahib olan Çin də özünü bütün digər nüvə gücləri kimi apararaq onun yayılmaması barədə müqaviləni imzaladı.

Ən sirli nüvə fücü İsraildir. Böyük ehtimalla bu ölkə nüvə silahının yaradılması üzrə texnologiya və materialları ABŞ-dan alıb. İsrail heç vaxt onda nüvə silahının olmasını təsdiq və ya inkar etməyib, lakin şüurlu şəkildə nüvə silahının yayılmaması barədə müqaviləyə qoşulmayıb.

Ümmilikdə, İsraildə sadəcə nüvə silahı yoxdur, bu, Yarışinelin sirri olan strateji nüvə triadasıdır.

İranın nüvə aspirasiyaları isə İsraildə xoş olmayan hisslər oyadır. Hərçənd İsrailin İranın nüvə alimlərinin küləvi şəkildə öldürülməsinə və onların kompüter sistemlərinin qəribə viruslarla sıradan çıxarılmasına aidiyyətinin olub-olamamasını da heç kəs bilmir.

Hindistan nüvə silahına öz gücü ilə sahib olub, lakin britaniyalılar əvvəlcə döyüş başlıqlarının yaradılmasına hindlilərə kömək edirdilər. Hindistanın nüvə potensialının güclənməsi Hindistan-Pakistan qarşıdurması ilə bağlıdır. Maraqlıdır ki, bu qarşıdurmanın əsası da məhz köhnə koloniyasını iki yerə bölən britaniyalılar tərəfindən başladılıb.

1965-ci ildə Kəşmiri uğursuz şəkidlə itirən, 1971-ci ildə Banqladeşin özünü müstəqil elan etməsindən sonra ərazisi xeyli kiçilən Pakistan 1972-ci ildə bəzi məlumatlara görə, Hollandiyadan oğurlanan texologiyalarla öz nüvə proqramını başlatdı.

Şimali Koreya onda nüvə bombasının olduğunu 2005-ci ildə açıq şəkildə etiraf etdi. Hərçənd xüsusi nüvə mütəxəssislərinin hazırlanması üzrə Sovet-Koreya proqramı hələ 1956-cı ildən fəaliyyət göstərirdi.

2017-ci ildə Şimali Koreya qiymətləndirmələrə görə, hidrogen bombasının sınaqlarını həyata keçirdi. Daha sonra aşkarlanan fotoşəkillər isə bu bombanın (yaxud onun modelinin) içərisinə qitələrarası raketin başlığının yerləşdirilməsi üçün çox miniatür olduğu bəlli oldu. Şimali Koreyada hazırda məhz hansı nüvə silahlarının olması heç kəsə bəlli deyil.

Geri dönüş. Təhdidlər

2010-cu ildə Rusiya və ABŞ nüvə arsenalının məhdudlaşdırılması barədə yeni strateji müqavilə (New START) imzaladı. Buna baxmayaraq hər iki tərəf hazırda öz nüvə arsenalının aktiv şəkildə modernləşdirilməsini həyata keçirir. ABŞ zaman-zaman Rusiya yeni nüvə sistemləri yaratmaqda ittiham edir, Moskva isə Vaşinqtona eyni məğzdə cavablar verir.

Əgər Rusiya prezidenti Vladimir Putin tərəfindən Federal Yığıncağa xitabən edilən bəyanata inansaq, Amerikanın ittihamları əsassız deyil. Əgər ABŞ-ın yeni nüvə doktrinasına nəzər salsaq, Rusiyanın da ehtiyat etməsi özünü doğruldur.

Həmçinin nüvə silahının terrorçuların əlinə düşməsi də dünyanı yeni məhv təhdidi ilə üz-üzə qoya bilər. Məsələn, İŞİD-in sahib olacağı nüvə silahı Suriya və İraqdakı hadisələrin miqyası və nəticələrini çoxdan dəyişə bilərdi. Yaxud ABŞ və ya Rusiyanın nüvə zərbəsi endirmək barədə qərarı bəşəriyyətə “Qiyamət günü”nü yaşada bilər.

İndiki dövrün “Soyuq müharibə” illərindən əsas fərqi hər hansı partizan xarakterli antihərbi fəaliyətin olmamasındadır. Riskləri başa düşmək üçün Donald Tramp, yaxud Vladimir Putin təhlükənin bütün miqyasını nəzərə alırlar, ancaq “Soyuq müharibə” illərində, məsələn, Andrey Saxarov kimi şəxsiyyətlər var idi və onun rəhbərlik etdiyi hərəkatın ritorikasını nə ABŞ, nə də SSRİ təkzib etmirdi.

Hazırda hər iki tərəfin rəsmi ritorikası açıq şəkildə militarist, hərbi xarakter daşıyır, hiss olunur ki, dünyada vahid liderin olması uğrunda mübarizə gedir, proqressiv ictimaiyyət isə dünyanın nüvə təhlükəsi ilə üzbəüz olmasına dair təhdidlərə diqqət yetirməkdən başqa hər işlə məşğuldur. Maraqlıdır, insanlar üfüqdəki nüvə müharibəsindən ya qorxmurlar, ya da nüvə kölgəsinə çevrilməyin mahiyyətini anlamaqla bağlı çətinlik yaşayırlar, halbuki o, heç vaxt olmadığı qədər yaxındır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Nüvə-silahı   Rusiya-ABŞ  

Dünyanın nüvə arsenalı və ya ölkələrin Rubikonu keçməsi barədə - ANALİZ

2018/03/fb213213_1520523524.jpg
Oxunub: 2611     01:30     09 Mart 2018    