Brayza Ermənistanı susdurdu: "İrəvan və digər bölgələrin əhalisi azərbaycanlılardan ibarət olub"

2018/03/img1554240456456_1510900536_1520495563.jpg
Oxunub: 25464     15:48     08 Mart 2018    
"Mənim anladığım odur ki, əvvəllər İrəvan quberniyasının sakinlərinin əksəriyyəti ermənilər olanadək, 1897-ci ildə Rusiya İmperiyasının əhali siyahıyaalmasının nəticələrinə görə, İrəvan da daxil olmaqla, digər bölgələrin azərbaycanlı əhalisi üstünlük təşkil edib".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin tarixi ərazilərimizlə bağlı səsləndirdiyi sözlərə toxunan Metyu Brayza sözün əsl mənasında Ermənistana layiqli cavab verib.

Onun sözlərinə görə, bölgədə həqiqətən də ermənilər məskunlaşanadək böyük əksəriyyəti azərbaycanlı əhali təşkil edib.

"Mənim anladığım odur ki, əvvəllər İrəvan quberniyasının sakinlərinin əksəriyyəti ermənilər olanadək, 1897-ci ildə Rusiya İmperiyasının əhali siyahıyaalmasının nəticələrinə görə, İrəvan da daxil olmaqla, digər bölgələrin azərbaycanlı əhalisi üstünlük təşkil edib", - deyə Metyu Brayza erməni mətbuatı susdurub.

Müharibənin başlanması ehtimalına toxunan, diplomat hərbi münaqişənin istənilən an alovlana biləcəyini qeyd edib: "Doğrudur, hərbi münaqişə istənilən an təmas xəttində alovlana bilər. Eyni zamanda, genişmiqyaslı müharibə ağır texnikanı təyin olunan yerlərə daşımaq üçün xeyli zaman və səy tələb edəcək".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Metyu-Brayza   İrəvan   Azərbaycan  

Brayza Ermənistanı susdurdu: "İrəvan və digər bölgələrin əhalisi azərbaycanlılardan ibarət olub"

2018/03/img1554240456456_1510900536_1520495563.jpg
Oxunub: 25465     15:48     08 Mart 2018    