Suriyadan Livana boru xətti?| "Sputnik"dən amerikalılara Medvedevin hərbi planı ötürülüb – ANALİZ

2018/02/567567_1519731388.png
Oxunub: 6106     19:28     27 Fevral 2018    
Rusiya Suriyaya girdi, amma orada dayanmaq niyyətində deyil. Növbəti məntəqə Livandır. "National Interest" nəşrinin məlumatına görə Rusların məqsədi aydındır: Moskva Aralıq dənizində başqa bir baza əldə etmək istəyir. Bəzi məlumatlara görə, Dmitri Medvedev Rusiya Müdafiə Nazirliyinə Livanla hərbi əməkdaşlıq etməyə başlamaq haqqında göstəriş verib.

Livan Yaxın Şərqdəki Rusiyanın yeni ön mövqeyinə çevriləcəkmi? Bu mövzuda, Oregon ştatında müdafiə və tarix sahəsində mütəxəssis olan Amerikalı analitik Maykl Pek müzakirələr aparıb. Onun yeni məqaləsi "National Interest" jurnalında dərc edilib.

Müəllif əmin edir ki, Suriyadakı dəniz və hava bazalarını əldə edən Rusiya hazırda Livan istiqamətində kurs götürə bilər. Dəlil olaraq, Maykl Pek Dmitri Medvedevin qərarını göstərir.

Məqalədə göstərildiyi kimi, Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya Müdafiə Nazirliyinə Livanla hərbi əməkdaşlıq müqaviləsi hazırlamaq üçün təlimat verib. Moskva, Livan limanlarının Rusiya döyüş gəmilərinə açıq olmasını və Livan aerodromlarının Rusiya döyüş təyyarələri üçün tranzit nöqtələrinə çevrilməsini istəyir.

Pek Medvedevin bu əmri ilə əlaqədar məlumatları haradan əldə edib? Rusiyanın "Sputnik News" saytının ərəb dilində versiyasından! Maraqlıdır, ərəb dilində olan mətni Pek ingilis dilinə tərcümə edib. Və bu, əslində ən doğru dəyərləndirmədir.

Eyni metoddan istifadə edilərsə məlum olur ki, bu ilin fevral ayında Rusiyanın baş naziri Rusiya və Livan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanması üçün Müdafiə nazirinə Livanlı həmkarı ilə danışıqlara başlamaq haqqında təlimat verib. Saziş layihəsi müdafiə məsələləri üzrə informasiya mübadiləsini, terrorizmə qarşı birgə mübarizə sahəsində qarşılıqlı inam, eləcə də birgə hərbi təlim sahəsində əlaqələrin inkişafını nəzərdə tuturdu.

Bu bir uydurma və ya "Kremlin təbliğatı" deyil. Rəsmi sənəd mövcuddur. Bu, Rusiya Federasiyasının hökumət başçısının 2018-ci ilin fevralın 3- də imzalanan 145 saylı sərəncamıdır. Onun adı belədir: "Rusiya Federasiyası hökuməti ilə Livan Respublikası Hökuməti arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalanması haqqında".

"Rusiya Federasiyasının beynəlxalq müqavilələr haqqında" Federal Qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsasən hökumət "Rusiya Müdafiə Nazirliyinin, Xarici İşlər və digər icra hakimiyyəti orqanlarının Livan hökuməti ilə aralarında hazırlanan hərbi əməkdaşlıq haqqında sazişin ilkin layihəsini bəyənir". Rusiya Müdafiə Nazirliyinə maraqlı federal icra hakimiyyəti orqanlarının Livan tərəfi ilə görüşlərini təşkil etmək, razılıq əldə olunandan sonra Rusiya hökuməti adından sazişi imzalamaq salahiyyətləri verilib. Sərəncam Rusiya Federasiyası hökumətinin sədri D.Medvedev tərəfindən imzalanıb.

"Bu müqavilə birgə hərbi təlimləri, terrorizmə qarşı tədbirləri və Livan hərbi nümayəndələrinin Rusiyalı həmkarları tərəfindən təlimlərə cəlb olunmasını da özündə əks etdirəcək", - deyə Pek yazır.

"Sputnik News"un ərəb dilli versiyasında çıxan bu vacib məlumatın ingilis versiyasında verilməməsi, hətta "Əl-Cəzirə" və Livanın "Daily Star" qəzetlərində dərc olunmaması ciddi maraq doğurur.

Maraqlı olan başqa tərəfdir. Müəllif qeyd edir ki, "Rusiya planı" barədə məlumat İran meylli nəşrlər tərəfindən təqdim edilib: "Hizbullah" təşkilatına yaxınlığı ilə tanınan "Əl-Mayadin" və "Əl-Manar" nəşrlərində məlumatlar dərc edildi.

Nə baş verir? Rusiya- Livan hərbi razılaşması diqqəti çəkən məqamı odur ki, qonşu Suriyadan fərqli olaraq, Livan və ordusu Qərbə yönəlib. Eyni zamanda, Livan Silahlı Qüvvələri hələ də rus silahlarından - tanklar və hücum tüfənglərindən istifadə edir. Lakin 2008-ci ildə Livan ordusu Moskvanın on ədəd MiQ-29 qırıcısinin tədarükündən imtina etdi. Bu gün Livan ordusunun silahlanmasında M60 və M48 tankları, M113 personal daşıyıcıları, tank əleyhinə TOW raketləri və s. Amerika və Avropa istehsalı sistemlər mövcuddur.

"Security Assistance Monitor"un hesabatına görə, 2008-ci ildən etibarən Obama və Tramp administrasiyaları Livana 357 milyon dollardan çox Livana hərbi yardım edib. Amerika Livanı dəstəkləməyə davam edir: M2 "Bradley" piyadanın döyüş maşını və altı ədəd MD-530G döyüş helikopterlərinin Livan Ordusunu bu il verildiyi açıqlanır. Təkcə bu ayın əvvəlində Birləşmiş Ştatlar Livan ordusuna 11,7 milyon dollar dəyərində silah-sursat çatdırıb.

Silahlar bir mədsədlə -"İŞİD"lə mübarizədə Beyruta kömək etmək məqsədilə çatdırılır. Bu təchizat Livan ordusunun "Hizbullah"ın "yardımçı" birliyi olmasına baxmayaraq davam edir. Pek, Vaşinqtonun "düşmənlərini çox gözəl təchiz etdiyini" ironiya ilə daha yaşı təsvir edir.

Daha sonra analitik əsas məsələyə toxunur: Livan, Suriya kimi Rusiyanın növbəti müttəfiqi olacaqmı? Dəməşq Kremli Tartus dəniz bazası ilə təmin etdi və Moskva artıq Aralıq dənizindədir. Hazırda rus qoşunları və təyyarələri Suriyadadır və Əsəd hökumətini dəstəkləyir.

Lakin Livana təklif olunan razılaşma, Livanda rus gəmilərinin yerləşməsini deyil, Rusiya və Livana qarşılıqlı səfərlərdən söz edir. Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "Rusiya və Avrasiya" proqramının direktoru Olqa Oliker bildirib. Yəni, Suriyaya aid olan razılaşmalara bənzər razılaşma hələ ki mövcud deyil. Rusiya hökumətinin sərəncamı "əlamətdar hadisə deyil", lakin bu istiqamətdə atılan bir addımdır. Ancaq bu addım "Yaxın Şərqdəki əlaqələri genişləndirmək üçün Rusiyanın səylərinin bir hissəsi" hesab oluna bilər. Livan daha çox tərəfdaş və geniş seçim əldə etmək istəyir.

Beyrutun Vaşinqtondan "daha çox kömək" alması üçün Rusiya-Livan hərbi razılaşmasının perspektivindən istifadə edə biləcəyi də mümkündür. Bu baxımdan Demokratiyanın Müdafiəsi Fondunun mütəxəssisi Toni Badran Vaşinqtonun Livanla bağlı Rusiya ilə mübahisələrdən qaçmasının lazım olduğunu düşünür.

Əslində qeyd etmək lazımdır ki, xarici mütəxəssislər sanki qəhvə qabında fala baxırlar. Halbuki söhbət Rusiya ilə Livan arasındakı hələ rəsmi müqavilələr, daha doğrusu, onların ilkin layihəsindən gedir. Digər analitiklər artıq ABŞ-ın hələ də mühkəm dayaqları olan Livanda Rusiyanın "konsolidasiyasını" görürlər.

Livanla razılaşmalar yolu, Rusiyanın Yaxın Şərqdəki əlaqələri genişləndirmək səylərinin davamıdır. Moskva nüfuzunu genişləndirə bildiyi yerlərdə də bunu edəcək.

Oleq Çuvakinin müşahidə etdiyi və şərhini verdiyi məqalə əslində burda sona çatdı.

Nəzərinizə mövzu ilə bağlı bəzi fikirlərimi çatdırmaq istəyirəm. Eyni bu metoddan (özünü daha baha satmaq) Ermənistan daim uğurla istifadə edir. ABŞ normal şərtlər daxilində Rusiya ilə hərbi əməkdaşlığa can atan Livan hakimiyyətinə düşünmədən "uğur arzu etməlidir". Bu arzuların nəticəsi iki saat sonra İsrail HHQ təyyarələri tərəfindən öz təsdiqini tapacaq. Rusiya heç bir vaxt Livanı İsraildən qoruya biləcək "çətir" rolunu oynaya bilməz. ABŞ "Hizbullah" məsələsində Livanı qorumağı istəsə belə bacarmazdı. Rusiya isə "Hizbullah"ı terror təşkilatı kimi tanımaması və dolayısı ilə, bəlkə də birbaşa onunla və İranla hərbi əməkdaşlığa başlaması İsrail tərəfini məmnun etməyəcək.

Müharibələr və rəngli inqilablar ilə "yaralanan" Yaxın Şərqdə hər zaman olduğu kimi yeni qarşıdurmalar baş verəcəyi qətiyyətlə istisna deyil.

2010-cu ildə ABŞ-ın "Noble Energy" neft şirkəti Aralıq dənizinin şərq sahillərində 453 milyard kub metr resursları olan şelf aşkar etdi. Son onilliklərdə dünyanın ən tanınan yatağı Leviafan adlandırıldı.

Daha yaxından tanış olduqda 5.8 kilometr dərinlikdə 3 milyard barel neft, lakin 7,2 kilometr dərinlikdə isə əlavə 1,2 milyard barel neft olduğu təsdiq olunur. ABŞ Geoloji Xidməti texniki çəhətdən çıxarıla bilən qaz ehtiyatlarının təxminən 3,5 trilyon kubmetr və 1,7 milyard barel neftdən ibarət olduğunu bildirirdi. "Noble Energy" şirkətinə təsdiqlənən bu sərvətləri çıxarmaq qalırdı, lakin onun maraqları rəsmi Beyrutun maraqlarına uyğun gəlmədi. 2011-ci ildə amerikalıların siqnalı ilə verilməsi ilə "Ərəb baharı" başladı.

İsrailin "Alon" yatağının işlənməsinə lisenziya alan, "Noble Energy" yaxşı bilirdi ki, bu yatağın sərhədləri bir tərəfdən Livanın 9- cu bloku ilə həmsərhəddir, digər tərəfdən bu 9-cu blok və digər 4-cü blok Livan hökuməti tərəfindən İtalyanın "Eni", Fransanın "Total" və Rusiyanın "Novatek" şirkətinə kəşfiyyat və hasilat üçün verilməsi haqqında saziş inzalayıb.

Səkkiz il əvvəl Təl-Əviv istədiyi kimi xüsusi iqtisadi zonasının sərhədlərini çəkib. Hazırda Leviafan yatağının 9-cu blokunun böyük bir hissəsinə İsrail iddia edir. Bu iddiaların qarşısına keçə biləcək qüvvə gözə dəymir. Bəlkə də bu səbəbdən Livan-Rusiya yaxınlaşmasını müşahidə edirik.

Yaxın Şərq xəritəsinə baxdıqda Rusiyanın regiondakı mövcudluğunu yalnız Suriya ilə məhdud olmayacağı anlaşılır. Bu vəziyyətdə Livan birbaşa Rusiya maraqlarının daxilində olduğu nəzərə çarpır. Suriya və Livanın dəniz sahillərinin ümumi uzunluğu təxminən 420 kilometrdir. Dənizə bir çıxış həmişə ... dənizə çıxışdır. İsti dənizlərə çıxış əldə etməyin vacibliyini Rusiyada Böyük Pyotrun səfər kampaniyasının başlanmasından daha öncə anladılar. İndi isə bu faktorlara Rusiyanın dominantlıq etmək istədiyi enerji layihələri əlavə olunduqda, Moskvanın canfəşanlığının əsas səbəbləri başa düşülür. Daha sonra xəritənin sağ tərəfinə baxırıq: Aralıq dənizindən Hind Okeanına çıxış yalnız nisbətən neytral Misirin ərazisində yerləşən Süveyş kanalı ilə mümkündür. Amma heç kim Misirin gözlənilmədən əks istiqamətdə Rusiya rəqiblərinə tərəf yönəlməyəcəyinə təminat verə bilməz. Buna görə, Rusiya okeana çıxış üçün ancaq zəmanətli dost ölkələrin dəniz sularından istifadə etməyi üstün tutur.

Bu əsasla, biz Rusiyanın regionda təsir zonasını genişləndirmək məqsədilə Livanı da bu zonaya əlavə etməsini Qara dəniz ilə Aralıq dənizləri arasındakı ərazidə enerji strategiyasının bir hissəsi kimi baxmalıyıq. Nəzərə alsaq ki, Rusiya İran və "Hizbullah" ilə kifayət qədər birgə döyüş təcrübəsinə malikdir, o zaman (İsrail faktorunu nəzərdən almamaq şərti ilə) Rusiyanın Livanda möhkəmlənməsi nəticəsində Əsəd rejiminin nisbətən rahat həfəs ala biləcəyini görərik. Digər tərəfdən Həriri hökuməti (Həriri özü də Kral ailəsinin üzvüdür, atası kimi onun da heç vaxt səslənməyən "Şeyx" titulu var) Səudiyyə Ərəbistanının Livanda təsirinin azalmasını istəməyəcək.

Leviafan yatağının Livan və İsrail üçün əhəmiyyəti çətin ki qiymətləndirilə bilsin. Heç bir vaxt iki rəqib ölkə belə bir ehtiyatlara malik olmayıblar. Livan bu məsələdə kifayət qədər tədbirli davranmalıdır. İsrailin istənilən təlimlərində ehtimal olunan düşmənin qismində "Hizbullah" çıxış edir, təlimin son mərhələsi isə Livanın cənub ərazilərinin ələ keçirilməsi ilə başa çatır.

Analizi ümumiləşdirsək o zaman Rusiya, ABŞ və İsrailin əslində Livan üzərində əsas maraqlarının bölgənin ələ keçirilməsi deyil, enerji ehtiyyatlarının istifadəsi, o cümlədən gələcəkdə çəkiləcək boru kəmərlərinə nəzarətin olduğunu görərik. Böyük Güclərə Suriya üzərindən Livan vasitəsilə Aralıq dənizinə çıxacaq, gələcək boru kəməri layihələri uğrunda mübarizə daha önəmlidir. Buna görə, "Sputnik"in ərəb versiyasına baxmağa da ehtiyac yoxdur...

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Livan   Rusiya-ABŞ   Boru-xətləri  

Suriyadan Livana boru xətti?| "Sputnik"dən amerikalılara Medvedevin hərbi planı ötürülüb – ANALİZ

2018/02/567567_1519731388.png
Oxunub: 6107     19:28     27 Fevral 2018    