Elədirsə, etiraf edin, yüngülləşəcəksiniz...

2018/02/435345345_1519646032.png
Oxunub: 5444     19:32     26 Fevral 2018    
Xocalı soyqırımı — 26 il qabaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının Ermənistan silahlı qüvvələri ilə birgə iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Xocalı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra orada qalan mülki əhali əsir götürüldü, müqavimət göstərməyə çəhd edənlər təmamilə məhv edildi. Bu əməllər mütəşəkkil və planlı formada həyata keçirildi.

Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə soyqırım kimi Pakistan və Sudan dövlət səviyyəsində tanıyır. Parlament səviyyəsində isə Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmişdi və yeganə nəqliyyat vasitəsi helikopterlə idi. Xocalıya sonuncu dəfə helokopter 1992-ci il yanvarın 28-də gəldi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsini əsasən atıcı silahlarla silahlanan yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil edirdi.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsində idi və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur oldu. Tezliklə aydın oldu ki, bu məkrli bir hiylədir. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək, onları gülləborana tutuldular. Qarlı aşırımlarda və meşələrdə zəifləyən və əldən düşən insanların çox hissəsi məhz Əskəran-Naxçevanik arasında erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.

İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri də bu günlərinə təsadüf etdi. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşdü və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan ediləcəkdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş verdi. Missiya sonra İrəvana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də Ermənistan silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edildi və yandırıldı, təkcə Malıbəylidə 50 nəfər öldürüldü, yaralandı və əsir götürüldü.

Bu iki faktı ardıcıl olaraq verməkdə məqsəd Milli məsələlərdə kənardan kiminsə gəlib bizə "gün" ağlayacağına, erməniyə "atma, Qarabağı qaytar" deyəcəyinə ümid edən ictimaiyyətin bu yöndə düşünən şəxslərini ayıltmaqdır. Ağlamaqla, yalvarmaqla qisas alınmaz. Qisas dediyin, əldə silah qətiyyətli hücumla alınar. Həmin günlərdə Azərbaycan dövləti vətəndaşlarının köməyinə çata bilmədi, hətta meyitlərin tam götürülməsi belə mümkün olmadı.

Bu vəhşiliklər haqqında xarici mətbuatda çoxsaylı məlumatlar dərc edilsə də bu günə qədər çox şey dəyişməyib.

Xocalı soyqırımında 366-cı alayın müstəsna xidmətləri var. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və qarşılıqlı münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatdı ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak edən hərbçiləri əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

366- cı motoatıcı alay (MAA) 4-cü Ordunun Gəncədə yerləşən 23-cü diviziyasının tərkibinə daxil idi. 1985- ci ildə 366 MAA Gəncədən Xankəndinə göndərildi. O zaman Azərbaycan rəhbərliyi respublika ərazisində baş verən hərbi birliklərin yerdəyişməsi ilə bağlı heç bir hesabat tələb etmədi. Tbilisidə yerləşən Zaqafqaziya Hərbi Dairəsinin Komandan müavini Ohanyan bu proseslərə rəhbərlik edirdi. Alayın tərkibində xidmət edən 129 zabit və gizirdən 49 nəfərinin erməni olması bəzi qaranlıq məsəslələri işıqlandıra bilər. 1991-ci ilin yazında alay komandiri vəzifəsinə polkovnik- leytenant Yuri Zarviqorov təyin edildi. Zaviqororov bu vəzifəyə təyin olunduqdan sonra bütün zirehli texnika və şəxsi heyət bəlli bir ödənişdən sonra faktiki olaraq ermənilərin tam sərəncamına verilirdi.

366 MAA xüsusi şöbəsinin rəisinin komandanlığa yazdığı № 02270 raportda Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edən Rusiya hərbçilərinin adları bir bir çəkilir:

-366 MAA komndiri polkovnik Yuri Zarviqorov,
-366 MAA komndiriinin arxa cəbhə üzrə müavini polkovnik Baylukov,
-366 MAA qərargah rəisi polkovnik- leytenant Serqey Kraumnin,
-1-ci MAT komandiri polkovnik- leytenant Arkadii Moiseev,
-2-ci MAT komandiri Seyran Ohanyan ( sonradan Ermənistanın MN),
-3-cü MAT komandiri mayor Qavril Nabokix,
-divizion komandiri kapitan İshaq Lixodeyn,
-alayın kəşfiyyat rəisi mayor Ayriyan və s.

Xocalı faciəsinin iştirakçılarından 29 nomrəli helikopterin pilotu olan "Həmas" üzvü pilot Zahid əl Məhəmmədin və 40 saylı helikopterin heyətində mühəndis olan Suriya ermənisi Razdan Minoyan adına da axtarılanlar siyahısında rast gəlinmir.

366 MAA ermənilərə hədiyyə edilməsində general polkovnik Qromov, general leytenant Qrekov, general Ohanyan (Zaqafqaziya hərbi dairəsinin Komandan müavini), deputat Andronov iştirak etdi.

Bu raportda sadalanan 60 yaxın zabit və gizirin həmin gecə 107 nəfərin öldürdüklərini rusiyalı xüsusi şöbə əməkdaşı adbaad sadalayır. İndiyə qədər itkin olan 150 nəfər soydaşlarımız barədə bu raportda məlumat var: "02-19 MM nomrəli "Kamaz" avtomobilində cox sayda ölü azərbaycanlıları yandırdılar".

Xocalı faciəsi bütün Azərbaycan kişilərinin alnında bir namus ləkəsidir. Heç kim və heç kim özünü bu ləkədən qoruya bilməz. Ləkənin təmizlənməsi üçün ildırım sürətli bir müharibəyə ehtiyac var. Anlayıram ki, təzyiq altındayıq. Bəzən uzunmüddətli gözləmə pauzalarına və erməniləri qorumaq üçün hərtərəfli təzyiqlərə məruz qalırıq. Razılaşaq ki, təzyiqləri bəhanə edib Xocalı qisasını daha bir 26 ilə, yəni sonrakı nəslə saxlamaq haqqımız yoxdur! Biz neçə Dərbəndi, Zəngəzuru, İrəvanı, Borçalını, Təbrizi unutduqsa, bizdən sonrakılar da Qarabağı elə unudacaqlar. Bəlkə də sözdə, dildə unutmayacaqlar. Amma sonrakı nəsil namus ləkəsi kimi Xocalını qəbul etməyəcək.

11 mart 1992-ci ildə Rusiya Silahlı Qüvvələrini rəsmi mətbuat orqanı olan "Krasnaya Zvezda" qəzetində 366 MAA Xocalı hadisəsini törətməsi ilə bağlı geniş məqalə ilə dərc edildi. Ən azından 366 MAA komandiri polkovnik- leytenant Yuri Zarviqorov təcili surətdə cəzalanmalıdır. Bu müqayisə olunacaq bir tədbir deyil. Amma kökü kəsilən nəsillərə, əsirlikdə özlərini öldürən qızlarımıza "sizləri unutmadıq" deməyə heç olmazsa sözümüz olardı.

Heç kim Silahlı Qüvvələrə və XXO əli qana batan terrorçuları Azərbaycan Respublikası ərazisində və kənarda zərərsizləşdirməyi qadağan etməyib və edə də bilməz. Bunun üçün dövlətin əlində olan bütün nəticə verə biləcək güc və vasitələrdən istifadə edilməlidir. Bu istiqamətdə nəticəsi olacaq istənilən addım və metod hamı üçün qəbulediləndir.

Bu qəbuledilməz vəziyyətin iki çıxış yolu var:

- Xocalı soyqırımında əli olanlar məhkəmə qarşısına çıxarılıraraq Azərbaycan CM-nin müvafiq maddəsilə cəzalanır;
- Fiziki cəhətdən zərərsizləşdirilir.

Birinci yol zaman baxımından mümkünsüz qədər uzun və nəticəsiz görünür. Cinayət işinin bu qədər şahidi sağ ikən 200 vərəqlik cinayət işi bir ay əvəzinə 26 il çəkərsə, məhkəməyə qədər şahid qalmaz. Bəlkə cənablar siz də son şahidin son mənzilə yola düşməsini gözləyirsiniz? Elədirsə, etiraf edin, yüngülləşəcəksiniz.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı-soyqırımı   Qisas  

Elədirsə, etiraf edin, yüngülləşəcəksiniz...

2018/02/435345345_1519646032.png
Oxunub: 5445     19:32     26 Fevral 2018    