Zakir Həsənov Belarusda yubiley medalı ilə təltif edildi - FOTO

2018/02/d2e460c956513ff159958030cc89d7b9_1519404893.jpg
Oxunub: 3033     00:51     24 Fevral 2018    
Minskdə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycanın Müdafiə naziri “Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.

Ordu.az

Teqlər: Belarus   Belarus-ordusu   Zakir-Həsənov  

Zakir Həsənov Belarusda yubiley medalı ilə təltif edildi - FOTO

2018/02/d2e460c956513ff159958030cc89d7b9_1519404893.jpg
Oxunub: 3034     00:51     24 Fevral 2018    