Qarabağda erməni əsgərinin ölüm işi gecikdirilir

2018/02/56456_1516957474_1519403857.jpg
Oxunub: 1220     00:34     24 Fevral 2018    
İşğal altında olan Qarabağda erməni əsgərinin ölməsində günahkar olan şəxsi İrəvana təxliyyə etmirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 21-də apellyasiya cəza məhkəməsi, 2016-cı ildə əsgər yoldaşı tərəfindən öldürülən Hovhanes Harutyunyanın hüquqi varisinin şikayətinin araşdırılmasını təxirə salıb.

Məhkəmə sədri bildirib ki, ölüm işində günahkar olan Mikayel Zakaryan Qarabağdan İrəvana təxliyyə edilməyib. Nəticədə, Zakaryanın məhkəmədə iştirakı təmin edilməyib.

İlk məhkəmə iclasında iş üzrə prokuror da iştirak etmədiyindən, növbəti iclas 29 mart tarixinə təyin edilib.

Ölən hərbi qulluqçunun valideynləri məhkəmə tərəfindən ölüm işində günahkar bilinən Mikayel Zakaryanın 10 il azadlıqdan mərhum edilməsinə dair qərarından narazılıq edərək, bunu yüngül cəza hesab edirlər. Onlar apelyasiya məhkəməsinə müraciət edərək, ən ağır cəzanın verilməsini tələb edirlər.

İttihama görə, Zakaryan münaqişə zəminində avtomatdan atəş açaraq Hovhanes Harutyunyanı öldürüb. Bundan başqa Samvel Zeynalyanla mübahisə edərək, bir-birinə qarşı fiziki güc tətbiq ediblər.

Xatırladaq ki, Hovhanes Harutyunyan 2016-cı ilin 17 mart tarixində, saat 17:30 radələrində işğal altında olan Qarabağ ərazisindəki qanunsuz hərbi hissələrin birində öldürülüb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   İrəvan   Erməni-əsgəri  

Qarabağda erməni əsgərinin ölüm işi gecikdirilir

2018/02/56456_1516957474_1519403857.jpg
Oxunub: 1221     00:34     24 Fevral 2018    