Trampdan yeni gediş: Qarabağ qlobal strateji siyasətin başlanğıcında

2018/02/345646_1518778958_1519388209.jpg
Oxunub: 7895     16:10     23 Fevral 2018    
Birləşmiş Ştatlar və Rusiya qarşıdurması gedikcə dərinləşir. ABŞ-ın maliyyə nazirliyinin “Kremlin siyahısı”nı açıqlamasından sonra, Rusiyanın oliqarx və yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edilməsinə dair yeni siyahı hazırlanıb.

Vaşinqton Moskvaya qarşı təzyiqlərini artırır və Rusiyanın əsas iqtisadi sahələrindən biri olan hərbi sənayesinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, ABŞ şantaj və qorxu yolu ilə digər dövlətlərlə hərbi texniki əməkdaşlığına mane olmağa çalışır.

ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret isə deyib ki, artıq bu sanksiyalar ucbatından Rusiya hərbi sənaye müəssisələri ilə bağlanan 3 milyard dollar dəyərində müqavilələr pozulub.

Qeyd edək ki, Ermənistandakı ABŞ səfirliyi Ermənistanın sanksiyalarla üzləşə biləcəyinə dair hökumətə xəbərdarlıq edib.

Siyasi şərhçi Aleksandr Skakov hesab edir ki, ABŞ-ın sanksiya tətbiq etmək istədiyi ölkələrə Rusiya ilə hərbi əməkdaşlıq bəhanə olacaq.

"Yəni Amerika tərəfi Ermənistana qarşı təzyiq göstərmək istəyərsə, sanksiyalar tətbiq edəcək. Əsas məqsəd Qarabağdır. Əgər Birləşmiş Ştatlar münaqişə tərəflərinə təsir etməyə cəhd edərsə, bu avtomatik olaraq Qarabağ münaqişəsinin həllində Amerika təsirini artıracaq. Yəni Tramp hökümətinin rus-erməni hərbi texniki münasibətlərinə təsir etmək planı varsa, o zaman Qarabağ münaqişəsinin həlli üzrə də müəyyən planı olmalıdır. Lakin bunu bu cür təsəvvür etməyə hələki heç bir əsas yoxdur", - deyə politoloq bildirib.

Ekspert bildirir ki, istənilən bütün hallarda, hətta sanksiyalar tətbiq olunsa belə Ermənistan rus silahından imtina etməyəcək. Ona görə ki, Rusiya Ermənistana silahları çox aşağı qiymətlə təklif edir, belə silahları bu qiymətə digər dövlətlərdən əldə etmək mümkün deyil.

Sanksiyalar fonunda əsas məsələ kəskin maliyyə problemləri olan Ermənistanın Azərbaycandan fərqli olaraq rus silahlarına qarşı alternativ silahlanma yollarının olmamasıdır. Bu baxımdan güzəştli şərtlərlə silah əldə etməkdən mərhum edilən Ermənistanın ciddi təhlükəsizlik problemləri meydana çıxacaq.

Qeyd edim ki, Birləşmiş Ştatların niyyəti bölgənin hərbiləşdirilməsinə son vermək, Qarabağ danışıqlarında rəhbər mövqe tutmaqdır. Rəsmi Vaşinqtonun qeyd edilən ismarıcları sanki uzunmüddətli məqsədə yönəlmiş qlobal strateji siyasətin başlandığına dair bir sübutdur.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   ABŞ-Rusiya   Ermənistan   Sanksiya  

Xəbər lenti

Trampdan yeni gediş: Qarabağ qlobal strateji siyasətin başlanğıcında

2018/02/345646_1518778958_1519388209.jpg
Oxunub: 7896     16:10     23 Fevral 2018    