TSQ və ASO Afrində 415 kvadratkilometr ərazini azad edib

2018/02/thumbs_b_c_cfd4aef16e6fa61c398a46cb3890f2204576456_1519385954.jpg
Oxunub: 1101     19:38     23 Fevral 2018    
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin əməliyyatı nəticəsində bu vaxta qədər 415 kvadratkilometr ərazini terrorçulardan təmizləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, son qələbələr nəticəsində terrorçuların Türkiyə sərhədi ilə təmasının kəsilməsinə şimaldan 7, qərbdən isə 7,8 kilometr məsafə qalıb.

Qeyd edək ki, TSQ Baş Qərargahının bu gün səhər yaydığı bəyanatda 72 kənd, 7 qəsəbə, 20 strateji yüksəklik və bir terrorçulara aid baza olmaqla ümumilikdə 100 nöqtənin terrorçulardan təmizləndiyi və 1873 terrorçunun zərərsizləşdirildiyi qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: TSQ   ASO   Afrin  

TSQ və ASO Afrində 415 kvadratkilometr ərazini azad edib

2018/02/thumbs_b_c_cfd4aef16e6fa61c398a46cb3890f2204576456_1519385954.jpg
Oxunub: 1102     19:38     23 Fevral 2018    